B.e - Şənbə 10:00-17:00

Bazar - İŞ GÜNÜ DEYİL

(051) 444 66 44

info@mehdiiskandarli.com

Kutanoz Klinika

Atatürk prospekti 203/209

Dəri həkimi ağızda yara verən aftoz stomatit problemini müalicə edirmi?

Aftoz stomatit əlbəttə ki, dəri həkimi tərəfindən müalicə edilir. Dermatoloq sadəcə dəri deyil eyni zamanda dırnaq, saç, ağız boşluğunun xəstəlikləri ilə məşquldur. Ağız boşluğunda ən sıx görülən problemlərdən biri aftoz stomatit problemidir. Aftoz stomatit ağızda ağrılı yara şəklində özünü göstərir. Ağız yarası adətən mərcimək böyüklüyündə olur. Mərkəzi ağ, ətrafı qırmızı rəngdə olur. Ağızda yara və xoraların elmi adı aft olaraq keçir. Qidalanma problemi yaradan oral aftlar əsasən dodaqa yara, dildə yara, dil kənarında yara, yanaqlarda yara, sərt damaqda yara kimi özünü göstəri. 

Adətən 7-10 gün ərzində öz-özünə sağalan aftlar bəzi hallarda daha uzun müddətə sağalır. Yaralar meydana gələrkən bəzi xəstələrdə baş ağrısı, halsızlıq, oynaq ağrıları və qızdırma da ola bilər. Bəzi insanlarda xüsusən qadınlarda ağızda yara ilə bərabər genital bölgədə yaralar yarana bilər. Oral aft probleminin çoxlu sayda endogen, həmçinin ekzogen səbəbləri vardır. Bəzən təkrarlayan oral aftlar Behçet xəstəliyi fonunda da yarana bilir.  Ağzıda yara şikayəti ilə dermatoloq həkimə müraciət edilən təqdirdə ağız yaralarının səbəbi nədir sualına cavab vermək üçün əlavə müayinələr, testlər təyin edilə bilər. 

Cünki aftoz stomatit əksər hallarda daxildən gələn müəyyən patologiyalar ilə əlaqəli olur. Ağız boşluğunun gigiyenası başda olmaqla xarici faktorlar da oral aft yaradabilər. Bütün bu səbəblər dermatoloq tərəfindən kliniki, laborator, radioloji müayinələrdən sonra təyin edilir. Bəzi hallarda aftoz stomatitin səbəbi aşkar edilmir. O zaman xəstəlik idiopatik olaraq qəbul edilir və müvafiq müalicələr təyin edilir. Bunda başqa aftoz stomatit probleminə bənzər çoxlu sayda dəri xəstəlikləri vardır. Onların bir birindən fərqləndirilməsi bir çox dermatoloq üçün çətinlik yarana bilər.

Buna görə xəstəlikləri ayırd etmə üçün dəri həkimi xəstədən sitoloji, patoloji, bakterioloji, laborator, genetik, radioloji və s. testlərdən keçirdə bilər. Amma unutmayın ki, oral aftoz stomatit probleminin müalicəsi vardır. Xəstələr ümidsiz olmamalıdırlar. Ağız yaralarının müalicəsi həblər, inyeksiyalar, qarqaralar, kremlər istifadə etməklə aparılır. Təkrarlayan oral aft probleminin uzun müddətlik remissiyasını əldə etmək mümkündür. Aşkar edilmiş səbəbdən asılı olaraq ağızda xora problemindən biryolluq qurtulmaq da olur. 

 

 

Paylaş

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər