Herpes xəstəliyinin tam müalicəsi mümkündür ?

herpes-xəstəliyinin-tam-müalicəsi.jpg
Herpes xəstəliyinin tam müalicəsi mümkündürmü ?

Əlbəttə mümkündür! Bu xəstəliyinin kəskin vaxtında müvafiq həb, kremlər istifadə etməklə çox qısa zamanda şikayətləri söndürmək olur. Hətta ay ərzində bir neçə dəfə təkrarlayan genital herpes həmlələrini də uzun müddətliyinə yox etmək olur. Ümumiyyətlə bu xəstəlik dərinin ən adi, ən çox öyrənilmiş və müalicəyə çox qısa zamanda müsbət cavab verən bir virus xəstəliyidir.

Herpes xəstəliyi nədən yaranır?

Bu bir virus xəstəliyidir. Törədicisi herpes simplex virus 1 (HSV 1) və herpes simplex 2 (HSV 2). HSV 1 əsasən ağız, dodaq və üz nahiyyəsində herpetik səpgilər yaradır. HSV 2 isə genital bölgədə əsasən penis başı, penis şaftı, bud, qasıq və yanlarda herpetik səpgilər yaradır. Qadınlarda isə vagina ətrafında böyük və kiçik dodaqlarda, bud və yanlarda su toplayan qabarcıqlar, suluqlar verə bilər. 

Herpesə kimlər yoluxur?

Əksər insanlar HSV 1 virusuna yoluxurlar. Ömründə bir dəfə olsa da hər kəsin dodağında uçuq dediyimiz su qabarcığı şəklində şikayətləri ola bilər. Cinsi aktivliyi yüksək olan şəxslərin əksəriyyəti isə HSV 2 virusuna yoluxurlar. Əksər hallarda bu viruslara insanlar səssiz yoluxurlar. Amma bəzilərində ilk yoluxma epizodu çox şiddətli keçir. Ağız içərisində yaralar, cinsiyyət bölgəsində (genital) yaralar, qızdırma, ağrı, şişkinlik, halsızlıq ola bilər.

Herpesə yoluxan hər kəs müalicə almalıdırmı?

Xeyir! Dediyimiz kimi əksər insanlar bu viruslara yoluxurlar. Amma onlardan az bir qismi herpes xəstəsi olur. Əksəriyyəti asemptomatik olur. Yəni heç bir şikayətləri olmur. Kimlərdə ki, vaxtaşırı yanma, göynəmə, qaşıntı verən, su qabarcıqları gösətərən qızartılı herpetik səpgilər yaranırsa onlara herpes xəstəsi demək olar. Bəzi insanlarda isə genital herpes həmlələri çox tez-tez təkrarlayır. Ayda bir neçə dəfə herpetik səpgilər yaran bilir. Bu isə pasientdə ciddi diskomfort yaradaraq həyat keyfiyyətini aşağı salır. Belə olan halda xəstələr herpes xəstəliyinin tam müalicəsi məqsədi ilə dermatoloq həkimə müraciət edirlər. 

Herpes viruslarından qurtulmaq mümkündürmü?

Xeyir! Viruslardan qurtulmaq olmur, amma xəstəlikdən yəni herpetik səpgilərdən uzun müddətliyinə qurtulmaq olar. Ümumiyyətlə istənilən virusa bir dəfə yoluxan insanlar bir daha ondan qurtula bilmir əksər hallarda. Onlar ömrün sonuna qədər hüceyrələrimizdə gizli şəkildə qalır. Herpes virusları da o cümlədən.

Genital herpesin qan analizləri varmı?

Bəli var. Amma əksər hallarda dermatoloq və ya dəri həkimi bu analizləri istəmir. Yalnız xüsusi hallarda HSV 1 və HSV 2 analizləri istəniləndə qanda müsbət nəticələr aşkarlana bilər. Bu nəticələr xəstənin ömrünün sonuna qədər müsbət qalır. Heç bir müalicə ilə onu neqativləşdirmək olmur. Sağlam bir insan da HSV 1 və HSV 2 analizlərini verərəsə onlarda müsbət nəticələr çıxar. Lakin bu o demək deyil ki, onlar mütləq müalicə ediləməlidir. Genital herpes müalicəsi yalnız suluqlanma, qızartı, şişkinlik, ağrı, göynəmə və s. əlamətlər verdiyi təqdirdə dermatoloq və ya dəri həkimi tərəfindən təyin edilir.

Genital herpes xəstəliyi sonsuzluq problemi yarada bilərmi?

Əsla! Bu xəstəlik müsbət proqnoza malikdir. Nə qadında, nə də kişilərdə sonsuluq səbəb ola bilməz.

 

 

dermatoloq mehdi iskəndərli

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.


2 şərh var

  • Seymur

    09/04/2022 at 22:57

    Salam hekim, men cinsi yolla bulaşan herpese yoluxmuşam onun tam mualicesi varmı ?

    Reply

Şərh Bildir

E-mail adresiniz yayımlanmayacaq. Lazımı sahələr * işarəsi ilə qeyd olunub.




ŞƏFANIZI BİZDƏ TAPIN





ŞƏFANIZI BİZDƏ TAPIN