Dizlərdə qabıqlanma səbəbi nədir ?

dizlərdə qabıqlanma səbəbi

Dizlərdə qabıqlanma səbəbi ilə dermatoloq həkimə tez-tez müraciətlər olur. Dizlərin qabıqlanması xüsusən qadın pasientlərdə ciddi diskomfort yaradan dəri problemlərindəndir. Belə xəstələrdə qabıqlı qızartılar sadəcə dizlərdə deyil bədənin başqa nahiyyələrində də qaşıntılı qabıqlı qızartılar yarana bilər. Dizlərdə qabıqlı qızartılar əksərən qaşınma ilə özünü göstərir. Dizlərdə qızartı olan pasientlərin dirsəklərində də bənzər dəyişiklər aşkar etmək mümkündür. Dermatoloq Mehdi İskəndərli bildirir ki, diz dirsək qabıqlanması əksər hallarda paralel şəkildə meydana gəlir. Bir çox hallarda diz dirskək qızartıları yayılaraq bədənə, saçlı dəriyə, əl və ayaqlara da yayıla bilər. Bəzi dəri xəstələrində diz və dirsək kəpəklənməsi sonrası dəri büküşlərində qızartılar xüsusən, qoltuq altında, məmə altında, qasıqda, diza arxasında, qulaq arxasında qaşıntılı eritematoz qızartılar meydana gəlir. 

dizlərdə qabıqlanma səbəbi

Dizlərdə qabıqlanma səbəbi müxtəlifdir. Dəri həkimi qeyd edir ki, dəmrov mənşəli dəri xəstəlikləri əksərən dizlərdə qaşıntılı qabıqlar yaradır. Ətraf mühitdə mövcud olan allergenlər dəri ilə təmasdan sonra diz dirsək qızartısı səbəbi ola bilər. Cərrahi əməliyyatlardan sonra, kəskin stress sonrası, ağır infeksioz xəstəliklərdən sonra dizlərin qabıqlanması ortaya çıxa bilər. Qarayanız adamlarda dərinin tünd olmasına bağlı olaraq dizlərin qabıqlanması ilə bərabər dizlərdə qaralma da müşayət oluna bilər. Dizlərin qabıqlı olması həm də daxili xəstəliklər fonunda da yarana bilər. İnfeksioz xəstəliklər, avtoimmun problemlər, endokrinoloji xəstəliklər, hətta daxili orqanların xərçəngi də dizin qabıqlanması səbəbi ola bilər. 

Dermatologiya uzmanı Mehdi İskəndərli sonda qeyd etmişdir ki, dizlərin qabıqlanması müalicəsi olan problemdir. Səbəbi nə olursa olsun bu cür xəstəliklərin çarəsi vardır. Müalicələrdən öncə dermatoloqlar adətən dizin qabılqanması səbəbini ortaya çıxartmağa çalışırlar. Dizlərdə qabıqlı qızartılar verən müxtəlif dəri xəstəlikləri ola biləcəyi üçün diaqnoz dəqiqləşdirilməlidir. Diaqnozunun dəqiqləşdirilməsi üçün isə uzman dermatoloq xəstədən laborator, radioloji, mikrobioloji testlər tələb edə bilər. Dəri biopsiyası üsulu ilə hətta diaqnozu 100% dəqiqliklə təyin etmək mümkündür. Dermatoloq Mehdi İskəndərli əmin edir ki, dizlərində qaşıntılı qabıqlı qızartıları olan pasientlər ümidsiz olmamlıdırlar. Cünki, bu cür problemlərin müalicə üsulları çox çeşidlidir

 

 

 
 
 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər