B.e - Şənbə 10:00-17:00

Bazar - İŞ GÜNÜ DEYİL

(051) 444 66 44

info@mehdiiskandarli.com

Kutanoz Klinika

Atatürk prospekti 203/209

Qulaq arxasında qabıqlanma səbəbi nədir ?

qulaq arxasında qabıqlanma səbəbi

Qulaq arxasında qabıqlanma səbəbi ilə dermatoloji klinikamıza tez-tez müraciət olunur. Randevu alanlar arasında hər yaş qrupundan olan pasientlər o cümlədən pediatrik pasientlər də vardır. Qulaq arxasının qabıqlanması şikayətlərinə paralel şəkildə qulaqarxasının çatlaması, qızarması, qaşınması, kəpəklənməsi və s. kimi əlamətlər də əlavə oluna bilər. Bir çox hallarda qulaqların arxasında qabıqlanma problemi heç bir simptom vermir. Fəqət əksər hallarda qulaq arxasında qızartı, qaşıntı və qabıqlanma paralel şəkildə özünü göstərir. Dermatoloq Mehdi İskəndərli onu da əlavə edib ki, qulaqların arxasında qızarıqlıq və qabıqlanma problemi xarici qulaq keçəcəyinə sirayət edə bilər. Bəzi hallarda qulaqların arxasında heç bir şikayət olmadığı halda pasientlərin xarici qulaq keçəcəyində qaşıntı və qabıqlanma problemi meydana gəlir.  Dəri həkimi Mehdi İskəndərli vurğulayır ki, qulaqarxası qaşınma, qabıqlanma və qızarqılıq problemini törədən bir çox ekzogen və endogen səbəblər vardır. Lakin qulaqlarda qızarıqlıq və qabıqlanmanın səbəbi nə olursa olsun müalicə üsulları vardır. Ona görə pasientlər ümidsiz olmamlıdırlar. 

Qulaq arxasında qabıqlanma səbəbi kimi daxili orqanların infeksioz mənşəli xəstəliklərini nümunə gətirmək olar. Buraya daxili orqanların aktiv və ya latent formalı bakteriyal, mikobakteriyal, parazitar, funqal və viral infeksiyaları aiddir. Məsələn yuxarı tənəffüs yollarının bakteriyal və viral infeksiyalarından sonra nəyinki qulaq arxasında qaşınma və qabıqlanma hətta saçlı dəridə, bədəndə də eyni tipli səpgilər yarana bilər. Əsasən dəmrov mənşəli dəri xəstəlikləri qulaqarxasında qaşınma və qabıqlanma yaradır. Bu cür dəri xəstəlikləri qulaq məməsində çat və qızarıqlıq da meydana gətirə bilər. Qulaq məməsində qızartı uşaq dəri xəstəlikləri və ya pediatrik dermatologiyanın bir parçası şəklində daha çox özünü göstərir. Belə ki, allergik dəri xəstəlikləri və atopiya hallarına meyilli uşaqlarda qulaqda ağrılı çat tez-tez meydana gəlir. Qulaqarxasında ağrılı qızartı və qabıqlanma probleminin mənşəyini təyin etmək üçün dermatologiya uzmanı xəstədən laborator, bakterioloji, mikoloji, sitoloji və histopatoloji testlərdən keçirdə bilər. Hətta diaqnozun 100% dəqiqliklə təyini üçün dəri biopsiyası da icra edilir deyə Dr. Mehdi İskəndərli sonda qeyd etmişdir. 

 

 

Paylaş

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

2 Responses

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər