Dirsəkdə qabıqlanma nədən xəbər verir ?

dirsəkdə qabıqlanma

dirsəkdə qabıqlanma

Dirsəklərdə qabıqlanma tez-tez görülən dəri problemləri içərisindədir. Bir çox dəri xəstəlikləri məhz dirsəklərdə qabıqlı qızartılar şəklində özünü göstərə bilər. Belə dəri səpgiləri adətən qaşıntılı olur. Lakin, dirsəkdə qabıqlanma həmişə qaşıntılı və qızartılı olmur. Sadəcə dirsəklərin qabıqlanması xəstəliyin ana əlaməti ola bilər. Dirsəyin qabıqlı olması ən sıx quruluq və travmalara bağlı yaranır. Dirsəklər tez-tez sürtünmələrə məruz qaldığı üçün dəridə qabıqlanma, quruluq yarana bilər. Lakin, bəzi ciddi dəri xəstəlikləri özünü qabıqlı qaşıntılı qızartılar şəklində gösətər bilər. Məsələn, dəmrov xəstəliyi sadəcə dirsəklərdə deyil bədənin istənilən sahəsində o cümlədən dizlərdə qabıqlanma verə bilər. Dəmrov xəstəliyinin çoxlu növləri vardır. Onlardan ən ciddi olanı pullu dəmrov xəstəliyidir. Elmi adı psoriaz olan bu xəstəlik əsasən dizlərdə qızartılar şəklində göstərir. Psoriaz xəstəliyi dirskəklərdə qaşıntılı qızartılar formasında da başalaya bilər. Bəzi pullu dəmrov xəstələrində qabıqlı qaşıntılı qızartılar eyni anda həm dizlərdən, həm də dirsəklərdən başlaya bilər. Hətta zamanla bütün dəriyə yayıla bilər. 

 

Dirsəkdə qabıqlanma hər zaman pullu dəmrov səbəbindən yaranmır. Kontakt dermatitlər də dirsəklərdə qabıqlanma yarada bilər. Bəzi nadir dəri xəstəlikləri dirsəklərdən başlanğıc götürərək bədənin digər sahələrinə yayıla bilir. Dirskəklərdə yaranan dəri problemləri geniş sepktrə sahib olduğu üçün səbəbi təyin etmək üçün mütləq peşəkar dermatoloq rəyi lazımdır. Dermatoloq həkim dirsəkdə qabıqlanma səbəbini təyin etmək üçün xəstədən əlavə olaraq laborator, radioloji, histopatoloji, mikrobioloji testlərdən keçirdə bilər. Dəri biopsiyası dirsəkdə qabıqlanma səbəbini təyin etmək üçün tez-tez müraciət edilən diaqnostik metoddur. Allergik dəri xəstəlikləri də dirsəklərdə qabıqlı qızartılar verə biləcəyi üçün əlavə olaraq allergik dəri sınaqları da verilə bilər. Lakin, unutmaq lazım deyil ki, dirsək qabıqlanmasının səbəbi nə olursa olsun müalicəsi vardır. Dirsəkdə qabıqlanmaların müalicəsi əksər hallarda uzun müddətli olur. Davamlı qaydada dəriyə qulluq və mütəmadi məlhəmlərin sürtülməsi məsləhət edilir. Lakin, göbələk, bakterial və digər infeksioz səbəblərdən yaranan dirsək qabıqlanmaları tam sağala bilir. Mehdi İskəndərli sonda əmin edir ki, diz və dirsək qabıqlanmasının çarəsi vardır. 

 

 

 
 
 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər