Əbabil quşları Qarabağı necə qurtardı ?

əbabil quşları

Əbabil quşları Quranda bir dəfə adı keçən ifadədir. Əbabil sözü ərəbcədən ”quş sürüsü” mənasını verir və Quranın 105-ci surəsində hallanır. 105-ci surə fil surəsi adlanır. 

Ey peyğəmbər! Görmədinmi Biz fil ordusunu nə hallara saldıq ? Onların planlarını necə alt-üst etdik ? Onların üstünə əbabil quşları göndərdik. Onlar da onların üzərilərinə yanar daşlar atmağa başladılar. Bax beləcə Biz düşməni çeynənmiş saman parçasına çevirdik.

Fil surəsində Məhəmməd peyğəmbərin doğumundan bir-necə il əvvəl Məkkədə baş vermiş müharibə ilə əlaqəli ayələr yer almaqdadır. Belə ki, Yəmən hakimi iqtisadi üstünlüklər əldə etmək üçün Kəbəni yıxmaq məqsədi ilə Məkkəyə hücum edir. Əbrəhə olaraq bilinən Yəmən hakiminin ordusunun əsas hissəsini fillər təşkil edirdi. Tam üstünlüyə malik olan Əbrəhə ordusu Məkkəyə daxil olur. Lakin, Allah möcüzə göstərərək məkkəlilərə yardım edir. Beləki əbabil quşlarının sürüsü Əbrəhə ordusunun üzərinə gələrək çoxlu sayda kiçik daşlar atmaqla fillər başda olmaqla ordunun bütün komponenti məhv edilir. Bu minvalla Allah məkkəliləri və Kəbəni qoruyur. 

Bəs 2-ci Qarabağ müharibəsinin Fil surəsinə nə bağlayır ? Bildiyimiz kimi 2-ci Qarabağ müharibəsi PUA savaşı olaraq yadda qaldı. 5-ci nəsil müharibəsi aparıldı. Azərbaycan ordusunun tam üstünlüyü ilə keçdi. AR Müdafiə Nazirliyinin yaydığı video görüntülərdən PUA-ların düşmən samasından roketlərin necə atılmasını və düşmənin tankları başda olmaqla müxtəlif hərbi texnikalarının o cümlədən canlı qüvvələrin parça-parça edilməsini gördük. Eyni ilə əbabil quşlarının atdığı yanar daşlar hesabına əbrəhənin fillərdən ibarət ordusunun tarumar edilməsi kimi. 2-ci Qarabağ müharibəsi ilə fil surəsi arasındakı paralelliyi gözardına vurmaq olmur. Bu paralellik insanı heyran etməyə bilmir. Əbabil quşu bir interpretasiyada ”quş sürüsü” mənasını verir. Digər interpretasiyada isə ebabil quşu konkret bir quş cinsi olduğu vurğulanır. Dolayısı ilə Bayraktar PUA-ları Qarabağı qurtaran dəmir əbabil quşları idi. Tanrı hər zaman haqlı olanın, məzlumun yanındadır. Allah 1300 il öncə Kəbəni Əbrəhədən əbabil quşları ilə necə qurtarmışdısa, Qarabağımızı da 1300 il sonra dəmir əbabil quşları ilə qurtardı. Şükürlər olsun !!

Ey peyğəmbər! Görmədinmi Biz fil (tank) ordusunu nə hallara saldıq ? Onların planlarını necə alt-üst etdik ? Onların üstünə əbabil quşları (pua) göndərdik. Onlar da onların üzərilərinə yanar daşlar (roket) atmağa başladılar. Bax beləcə Biz düşməni çeynənmiş saman parçasına çevirdik.

 

EHTİMAL EDİLƏN ƏBABİL QUŞU CİNSİ – APUS APUS 


 
 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər