Anusda qaşınma səbəbi nədir ?

anusda qaşınma

Anusda qaşınma şikayətləri ilə klinikamıza tez-tez müraciətlər olunur. İstər qadınlar, istərsə də kişilərdə anal dəliyin qaşınması problemləri sıx rast gəlinir. Anusda qaşıntı böyüklərlə bərabər uşaqlarda da rast gəlinir. Hətta uşaqlarda anusda ağ ləkələr fonunda qaşınma yarana bilər. Ümumiyətlə anus ətrafında qaşınma ya tək başına, ya da dəridə meydana gələn qaşıntılı qızartılı səpgilər fonunda yaranır. Bir çox hallarda isə anal qaşınma  zamanı əksər xəstələr anal dəlik ətrafında ələ gələn kütlə və şişkinlik problemindən şikayət edirlər.  Dermatoloq müayinəsi sırasında bu cür xəstələrdə anusda papilloma problemi aşkar edilir. Anal gicikmə səbəbi ola bilən anal papillomalar mənşəcə müxtəlif ola bilər. Ət xalı formasında eləcədə HPV mənşəli anal kondiloma formasında ola bilər. Dermatoloq Mehdi İskəndərli vurğulayır ki, anusda gicikmə anus papillomaları tərəfindən törədilibsə o zaman maye azot, eləcə də kremlər ilə müalicə edilir. Anal ziyillər və ya HPV törəmələri anus ətrafı qaşınma səbəbi kimi zamanında müalicə edilməzsə gələcəkdə dərinin onkoloji xəstəliklərinə keçid baş verə bilər.

anusda qaşınma

Anusda qaşınma problemi ilə dəri həkimi məşqul olmasının səbəbi həm də dəri xərçənginin nadirən olsa anus ətrafında yerləşməsidir. Anal dəliyin qaşıntısı əgər onkoloji xəstəliklər fonunda özünü göstərir isə dermatoonkoloq ilə məsləhətləşmələr aparılmalıdır. Dermatologiya uzmanı qeyd edir ki, bəzi dəri xəstəlikləri anal dəliyi ətrafında da yarana bilər. Müxtəlif mənşəli dəmrovlar, funqal infeksiyalar, bakterial infeksiyalar, avtoimmun mənşəli dəri xəstəlikləri anusda qaşıntı yarada bilər. Dəri həkimi əlavə edir ki, anusun qaşınması allergik mənşəli dəri xəstəlikləri də törədə bilər. Bundan əlavə parazitar invaziyalar dediyimiz qurd xəstəlikləri anusun gicikməsi ilə nəticələnə bilər. Görsənidiyi kimi arxa nahiyyədə qaşınma problemi multifaktoriladır. Anusda göynəmə və qaşınma şikayəti ilə dermatoloq həkimə müraciət etdiyiniz təqdirdə uzman həkim sizə laborator, mikrobioloji, radioloji, parazitar testlərdən keçirdə bilər. Hətta diaqnozun dəqiqləşdirilməsi üçün dəri biopsiyası da təyin edilə bilər. Cünki, anal göynəmə verən dəri xəstəliyinin səbəbi tapılmadan müalicələr təyin edilmir. Uzman Dermatoloq Dr. Mehdi İskəndərlinin sözlərinə görə anal pruritus vəya anal qaşınmanın müalicəsi vardır.

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Dermatoloq Mehdi İskəndərli Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Türkiyə, Ege Universitetinde rezidentura keçmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi kimi elmi məqalələri pubmed platformasında dərc edilmişdir, ölkəmizdə ilk dəfə meymunçiçəyi xəstəliyini aşkar etmişdir, Avropa Dermatovenerologiya Akademiyasının (EADV) üzvüdür.

7 Responses

    1. Salam. Kiside bes anus da anus etrafinda xirda yumuru yasti formada sis kimi nese var 3 4 dene.. bu hpv ol biler ki ??? Kisilerde anusda hpv tutm ehtimali var ? Ve ya bu ne ola biler hec bir sikayet vermirnagrinqasima yoxdu

  1. Salam mende anuada qasinti var illerdi beledir 7 il bundan qabag qurda qarwi mualice etdirdim ve onunla beraber mene farklobent mazi yazdilar etdim kecib getdi ama yeniden yaranib yeniden qurda qarwi mualice etdim ama qawinti kecmir o mazi yeniden vururam 15 gun kecir yeniden bawdiyir bunun sebebi ve ya bunu sagaltmaq mumkundurmu
    ?

  2. Salam mende uzun muddetdirki anusda qasinti var 7 il bundan qabaq analiz verdim qurd cixdi mualice yazdilar ve farklobent mazi etdim kecib getdi yeniden bawdadi yeniden getdim analiz verdim qurda qarsi mualice yazdilar ve o mazi surturem ama 15 gun dayanir qasinti yeniden basdiyir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir