B.e - Şənbə 10:00-17:00

Bazar - İŞ GÜNÜ DEYİL

(051) 444 66 44

info@mehdiiskandarli.com

Kutanoz Klinika

Atatürk prospekti 203/209

Ölənlərlə ölməzlər

ölənlərlə ölməzlər

Atalar ölənlərlə ölməzlər deyib. Mənası isə odur ki, mərhuma görə depresiyaya düşmək, həyatdan küsmək, ömür boyu yas saxlamaq və s. halları pislənilir və nikbin gələcəyə doğru baxmaq təşviq edilir. Yəni, ən əziz adamı itirdikdən sonra belə qəlbinin pessimist duyğularla yüklənməsinə icazə verilmir əks halda sən də diri ikən mənən ölmüş sayılırsan. İndi düşünün ölü olmayan, sağ olan şəhidlərlə ölmək nə qədər faciəvi ölümdür. Şəhidlərin ölmədiyini bildiyimiz halda bəzi insanlar onlara birgə ölür. Sosial mediada, Tv-də, panolarda şəhidlərin fotolarını dayanmadan paylaşmaq ağılar söyləmək, rəhmət söyləmək, doğum günlərini xatırlamaq şəhidlik fəlsəfəsinə ziddir.

Şəhidlik elə bir zirvədir ki, onları tərif etməklə, yad etməklə, təbliğ etməklə onların olduğu zirvədən daha yüksək zirvələrə qaldırmaq mümkün deyildir. Zatən deyilib ki, şəhidlər ölmür onlar sağdır. Ancaq onlarla ölmüş birisi kimi rəftar etmək, zorla yaşatmaq cəhdi xətalı işdir. Şəhidlər sağdırsa onları zorla linklərdə, postlarda, panolarda və s. kimi virtual vasitələrdə yaşatmağın nə mənası var. Onlar Allahın yanında sağdırlarsa gəlin imkan verək Allahın yanında da yaşasınlar. Onları Allahın nəzdindən endirib pis dünyamızda zorla yaşatmaq cəhdi yalnız özümüzü öldürmək mənasını verir. Şəhidlər öz canlarından ona görə keçdilər ki, biz diri qalaq, dim dik olaq. Ölənlərlə birgə ölmək bir günahdır, sağ olan şəhidlərlə birgə ölmək daha dəhşətli günahdır. Gəlin bu işlərə onların prizmasından də baxaq. Onlar bu işlərə nə deyərədilər. Biz şəhid olduq ona görə ki, sizi mənən öldürək ? Gəlin ölənlərlə ölməzlər deyən ataların sözlərinə qulaq asaq. 

 

P.S. Şəhidlər üçün ediləbiləcək ən böyük hörmət və ehtiram xiyaban ziyarəti və ruhuna oxunan dualardır

 

 

Paylaş

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər