B.e - Şənbə 10:00-17:00

Bazar - İŞ GÜNÜ DEYİL

(051) 444 66 44

info@mehdiiskandarli.com

Kutanoz Klinika

Atatürk prospekti 203/209

Xayada qaşıntı nədən yaranır ?

xayada qaşıntı

Dermatoloq Mehdi İskəndərli qeyd edir ki, xayada qaşıntı kişilər arasında geniş yayılmış dermatoloji problemlər arasındadır. Xayalarda qaşınma hər yaşda özünü göstərə bilər. Oturaq həyət tərzi sürənlər, obez olanlarda bu cür hallara daha tez-tez rast gəlinir. Xayada qaşınma əskərən xarici faktorların təsirindən yaranır. Bəzi hallarda xayalarda gicikmə daxili xəstəliklər fonunda da yarana bilər. Peşəkar dermatoloq xayalarda gicikmə probleminin əsas səbəbini təyin etməyi bacarmalıdır. Dəqiqləşdirlmiş diaqnoz naminə dermatoloq xəstədən dəri biopsiyası, laborator, mikrobioloji, radioloji testlər tələb edə bilər. Xayadakı dəri problemləri səbəbi tapılmadan müalicə edildiyi təqdirdə çox zaman müalicə uğursuzluğu ilə nəticələnir. Odur ki, bu cür problemlərin müalicəsi üçün mənşəyi bilinməyən kremlərin istifadəsi qaşıntını daha da artıra bilər. Xaya qaşıntısının digər səbəbləri arasında düzgün təyin edilməmiş yerli terapiyalardır. Beləki, həkim məsləhəti olmadan genital bölgə üçün tətbiq edilən kremlər, məlhəmlər və şampunlar dəridə geri düzəlməyən fəsadlar verə bilər. Bu zaman qaşıntı ilə bərabər göynəmə və yanma hissi də yaran ola bilər. 

 

Dəri həkimi Mehdi İskəndərli vurğulayır ki, bəzi kişilərdən xayada qaşıntı şikayəti cinsiyyət bölgəsinin qaşıntısı fonunda özünü göstərir. Yəni, dəridə qaşınma sadəcə xayalarda deyil, qasıqda, aralıqda, anal bölgədə, penisdə də yaranır. Bəzi dəri xəstəlikəri vardır ki, onlar xayalarda qızartı, qalınlaşma, bərkimə, qabıqlanma əlaməti verir. Məhz bu səbəbdən xayalarda qaşınma problemi yaranır. Bəzi hallarda isə xaya dərisində heç bir qızartı, qabarma, sulanma, qabıqlanma olmadığı halda xəstələr qaşıntıdan şikayət edirlər. Xayada qaşıntı verən xarici səbəblər arasında istifadə edilən şampunlar və sabunlardır. Tez-tez tərləmə və genital bölgənin daimi nəm qalması qaşınma yaradan digər səbəblər arasındadır. Bəzi infeksioz dəri xəstəlikləri də xaya qaşınması verə bilər. Allergik dəri xəstəlikləri, dəmrovun əksər növləri xayada qaşınma verə bilər. Dermatoveneroloq sonda qeyd edir ki, səbəbi nə olursa olsun, istər daxili səbəblər, istərsə də xarici səbəblər xayalarda qaşınmanın müalicəsi vardır. Belə xəstələr ümidsiz olmamalıdırlar. Xayada gicikmə verən səbəb tapıldığı təqdirdə xəstəlikdən biryolluq qurtulmaq da mümkündür. 

 

 

Paylaş

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

10 Responses

    1. Salam. Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, ?: https://mehdiiskandarli.com Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur ??☘️

  1. Salam həkim. Məndə xayalarda qaşıntı var. Həmdə həm xaya dərisi həmdə penis qabığ çıxarır? Bu neden ola bilər? Yəni ciddi heç bir şey yoxdu?

    1. Salam Həsən bəy. Sualınızın cavabını məqaləni axıra qədər oxuyaraq tapa bilərsiz. Ancaq konkret olaraq sizdə hansı səbəbdən yaranır sualının cavabını əyani müayinələrdən sonra təyin etmək olar. Müraciət etmənizi tövsiyyə edirik. Hörmətlə

  2. Salam doktur. Məndə bir neçə gündür xəyalarda deyil. Penisdə qaşınma var belə diskamfort qaşınma olur onun səbəbi zəhmət olmasa desəz sevinərəm.

    1. Salam Hüseyn bəy! Penisdə qaşınma verən patologiyalar çoxdur. Olar ki, ciddi bir dəri xəstəliyinə bağlı yaransın, olar ki, adi səbəbdən penisdə qaşınma yaransın. Dəqiq diaqnoz və səbəbin təyini üçün mütləq əyani müayinələr lazımdır. Müraciət edin yardım edərik sizə. Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, ?: https://mehdiiskandarli.com Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur ??☘️

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər