Qırmızı qurdeşənəyi xəstəliyi əlamətləri — dəri, saç və dırnaqlar

qırmızı qurd eşənəyi xəstəliyi

Qırmızı qurdeşənəyi xəstəliyi əlamətləri (lupus eritematozusun dəri forması) çoxşaxəlidir xüsusilə dəri, saç və dırnaqlar üzərində ciddi patologiya yaradır. Digər adı lupus olan bu xəstəlik xroniki avtoimmun xəstəlikdir erkən diaqnostikası aparılmadıqda dəridə qalıcı izlər, çapıqlar və saç tökülməsi ilə nəticələnə bilər. Zamanla sistem xarakteri ala bilir. Ona görə sistemli lupus eritemi də deyilir bu xəstəliyə. Bu xəstəliyin verdiyi dəri səpgilərinin formasına görə çoxlu növü vardır. Elə növləri vardır ki, üz dərisində çapıq və çopur izləri buraxaraq eybəcərliklər yaradır. Ona görə sonradan düzəlməyən bu eybəcərliklərin qarşısını almaq üçün vaxtında dermatoloq həkimə müraciət edilməli və müvafiq müalicələr başlanılmalıdır.

 


Qırmızı qurdeşənəyi xəstəliyi əlamətləri 

Qırmızı qurdeşənəyi xəstəliyi (kutanoz lupus eritematozus) immun sisteminin öz dəri hüceyrələrinə qarşı hücum etməsi ilə yaranır. Buna avtoimmun proses deyilir. Bu proses nəticəsində lupusun əlamətləri yaranır.

  • Səpgili dəridə qaşıntı

  • Dəridə ağ ləkələr,

  • Dəridə hiperpiqmentasiya

  • Açıq dəri sahələrində qızartılar ,

  • Saç follikullarının zədələnməsi,

  • Dəyişmiş dırnaq strukturları

  • Ağızda yaralar

yaranır. Xəstəlik uzunmüddətli gedişə malikdir və müalicəsiz qaldıqda sabit çapıqlaşmaya səbəb olur.

qırmızı qurd eşənəyi

1. Dəridə tipik əlamətlər


 

Kəpənək eritemi və ya malar raş

Əsasən yanaqlarda qızarıqlıq ilə özünü göstərir. Günəşin ultrabənövşəyi şüalarının təsirindən əsasən yanaqda “malar rash” dediyimiz üzdə kəpənək eritemi yaranır. Fəqət unutmaq lazım deyil ki, kəpənək eritemi verən çoxlu sayda dəri xəstəliyi vardır. Yəni, hər “malar rash” qırmızı qurd eşənəyi demək deyildir.

 

Dəridə diskoid lövhələr

Qırmızı qurdeşənəyi xəstəliyinin əlamətləri arasında diskoid lövhə məşhurdur:

  • sərt, sərhədləri kəskin, dairəvi və ya oval qırmızı lövhələr

  • zamanla çevrəvi ağarmış (hipopiqment) və orta hissədə qəhvəyi rəngli (hiperpigment) sahələr

  • quruluq, pulcuqlanma, qalınlaşma

Bu lövhələr xüsusilə:

  • üz

  • burun ətrafı

  • qulağın sərt hissəsi

  • saçlı dəri

  • çənə xətti

  • boyun

  • əl üstü

kimi günəşə məruz qalan nahiyələrdə yaranır.

 

Mərkəzi çapıqlaşma və atrofik izlər

Əgər xəstəlik vaxtında müalicə edilməzsə:

  • mərkəzdə çuxurlaşma (atrofiya),

  • sərt çapıq toxuması,

  • açıq rəngli izlər

qalıcılıq qazanır. Bu səbəbdən erkən diaqnoz həyati əhəmiyyət daşıyır.

 

Telangiektaziya — genişlənmiş kapilyarlar

Lövhələrin üzərində incə damar şəbəkəsi görünə bilər. Bu əlamət dermatoskopik müayinədə daha aydın şəkildə aşkarlanır. 

 

Fotosensitivlik

Qırmızı qurdeşənəyi xəstəliyi əlamətləri günəşlə şiddətlənir. Xəstəlik yay aylarında kəskinləşir, remissiyadan çıxır. Cünki, ultrabənövşəyi şüalar xəstəliyə mənfi təsir göstərir. Günəş allergiyası tərzi dəri reaksiyası verir. Bu xəstələrdə dəridə fotosensitivlik dediyimiz günəşə qarşı yüksək həssaslıq müşahidə olunur. Ümumiyyətlə dəri xəstəlikləri bir birinə çox bənzədiyi üçün dermatoloq üçün bəzən səpgiləri ayırd etmək çətin olur. Qırmızı qurdeşənəyi xəstəliyi də başqa dəri xəstəliklərinə çox bənzəyir. Yuxarıda sadalanan bölgələrdə meydana gələn eritem hər zaman lupus qızartıları ola bilməz. Ona görə dermatoloq xəstəliyi differensasiya etmək üçün xəstədən sitoloji, patoloji, laboratuar, immunofloresan, radioloji, bakterioloji və s. testlər istəyə bilər. Dəri biopsiyası xəstəliyin diaqnostikasında mühüm yerə malikdir.   Günəş sonrası qızartı dərinin açıq yerində eləcə də ayaqda qırmızı səpgilər səbəbi ola bilir.  Bu səbəbdən xəstələrdə SPF 50+ qoruyucu kremlərin tətbiqi vacibdir.

 


2. Saçlarda ortaya çıxan əlamətlər

Saçlı dəridə qırmızı qurdeşənəyi xəstəliyi ən ciddi fəsadlardan birinə — skarlaşan (çapıqlı) alopesiyaya səbəb ola bilər. Bu fəsad müalicəyə gec başlananda geri dönüşsüzdür. Lupus skarlaşmayan ümumi saç tökülməsi vəya alopesiya problemləri də yarada bilir.

Dairəvi saç tökülməsi və ya ocaqlı alopesiya

Diskoid lövhələr saçlı dəridə yarananda:

görünür.

Follikulyar tıxaclar 

Mikroskopik səviyyədə saç follikullarının içi dəri qalıqları ilə dolur. Bu dermatoskopiyada “kərpicvari punktasiya” kimi görünür və qırmızı qurd eşənəyi üçün tipikdir.

Qalıcı saç tökülməsi

Gediş uzandıqca:

  • follikullar məhv olur

  • çapıq toxuması formalaşır

  • həmin sahədə saç yenidən çıxmır

Bu səbəbdən dermatoloqa gecikmədən müraciət edilməlidir.

 


3. Dırnaqlarda qırmızı qurdeşənəyi əlamətləri

Dırnaq dəyişiklikləri xəstəliyin unudulmuş, lakin çox vacib indikatorudur.

 Periunqual qızartı

Dırnaq ətrafı sahədə:

  • qızarma

  • kapilyarların genişlənməsi

  • ağrı

yarana bilər.

Onikoliz (dırnağın yataqdan ayrılması)

Xəstəlik irəlilədikcə dırnağın sərhədləri uzana və qaldırıla bilər.

Dırnaq qırılması və kövrəklik

Avtoimmun proses dırnaq keratinini zəiflədir.

Kapilyaroskopiya müayinəsində dəyişikliklər

Dermatoloq dırnaq kökü kapilyarlarına baxdıqda:

  • genişlənmiş damarlar

  • düzensiz kapilyar dövranı

  • mikrohemorajiyalar

görə bilər. Bu əlamətlər sistemik lupus ehtimalını artırır.

 


4. Ağız selikli qişasında yaralar

Açıq rəngli, ağ-sarı ləkələr xüsusilə dodaq daxili hissədə görünə bilər. Qırmızı qurdeşənəyi xəstəliyi ağızda yara verən aftoz stomatit səbəbi ola bilər. Ağız yaralarının kənarları ağ ortası qırmızı olur. Ağrılı olduğu üçün udqunma çətinliyi yaradır. 


Dermatoskopik müayinə ilə qırmızı qurd eşənəyi diaqnostikası

Dermatoskopiya qırmızı qurd eşənəyi xəstəliyi əlamətlərinin tanınmasında ən yüksək dəqiqlik təmin edir. Yaşlı rəqib məqalələrin əksinə, burada klinik tapıntılarla birlikdə dermatoskopik xüsusiyyətlər də verilir:

  • Ağ-sarı follikulyar tıxaclar

  • Perifollikulyar hiperkeratoz

  • Qırmızı-narıncı qranulyar fon

  • Düzensiz damar strukturları

  • Ağ piqmentsiz çapıq sahələri

Bu əlamətlər həkimə digər xəstəliklərdən (psoriaz, göbələk xəstəliyi, ekzematoz dermatit, alopesiya areata) fərqləndirmədə böyük üstünlük verir.

 


Qırmızı qurdeşənəyi xəstəliyi əlamətləri zamanı dermatoloqa müraciət

Əgər aşağıdakı əlamətlərdən hər hansı biri varsa, dərhal dermatoloqa müraciət edilməlidir:

  • Günəş sonrası artan qızartılar

  • Dairəvi saç tökülməsi

  • Dırnaq ətrafında qızartı və kövrəklik

  • Üz və qulaq nahiyəsində sərt lövhələr

  • Çapıqlaşma əlamətləri

  • Dəri rənginin mərkəzdən ağarma ilə dəyişməsi

Erkən müdaxilə xəstəliyin çapıq və saç tökülməsi kimi qalıcı nəticələrinin qarşısını alır.

 


Nəticə

Qırmızı qurdeşənəyi xəstəliyi əlamətləri — xüsusən dəri, saç və dırnaq üzərində yaranan dəyişikliklər — ciddi diqqət tələb edən avtoimmun prosesin göstəricisidir. Xəstəliyin ən təhlükəli tərəfi onun çapıq yaradan və geri dönüşsüz saç itkisinə səbəb olan formalarıdır.

Erkən diaqnoz üçün dermatoloq tərəfindən aparılan dermatoskopik müayinə və düzgün müalicə yanaşması əsasdır. Qırmızı qurdeşənəyi xəstəliyinin müalicə üsulları vardır. Pasientlər ümidsiz olmamlıdırlar. Xroniki, residiv verən, təkrarlayan xəstəlik olmasına rəğmən düzgün müalicə və profilaktika strategiyası tərtib edildiyi təqdirdə xəstəliyi uzun müddətli remissiya halına salmaq mümkündür. Qızartıları tam şəkildə, izsiz aradan qaldırmaq olur.

 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir