Ən yaxşı dermatoloq necə olmalıdır ?

ən yaxşı dermatoloq

Ən yaxşı dermatoloq necə olmalıdır ? – CAVAB

 

Təəssüf ki, bəzi hallarda ölkəmizdə, dermatogiya sahəsində, ən yaxşı dermatoloq tərəfindən bir mənalı qarşılanmayan, mütərəqqi səhiyyəyə malik ölkələrin tibbi praktikasında görülməyən və ümumdünya səhiyyə təşkilatının (ÜST) məsləhət bilmədiyi üsul və metodlar tətbiq edilir. Bu isə soydaşlarımızın düçar olduğu dəri xəstəlikləri problemlərinin daha da pisləşməsinə səbəb olur. Haqlı olaraq bu da dəri xəstələrini daha etibarlı dəri həkimi axtarışına sövq edir. Dermatoloq Mehdi İskəndərli tərəfindən söylənilən fikirlərə əsasən həmvətənlərimizin rahatlığı naminə peşəkar dermatoloq xüsusiyyətinə dair  top 20 özəllik tərtib etmişdir: 

 

Ən yaxşı dermatoloq necə olmalıdır ? ÖZƏLLİKLƏR

  1. Psoriaz və ya pullu dəmrov  xəstələrinə daxilə kortikosteroid və ya hormonal dərmanlar verməz
  2. Vulqar akne xəstəliyi ilə gənə xəstəliyini  qarışdırmaz
  3. Demodeks paraziti yəni gənə paraziti ilə mübariəz aparmaz
  4. Sızanaq xəstəliyi müalicəsi üçün bağırsağı yumaz
  5. Çivzələrin müalicəsi üçün qurd müalicəsi təyin etməz
  6. Sızanaq müalicəsi üçün xəstələrə qurd analizi verdirməz
  7. Akne xəstəliyi müalicəsi üçün ehtiyac olanda roacccutane dediyimiz oral izotretinoin dərmanını təyin etməkdən imtina etməz
  8. İnternet üzərindən xəstə müayinəsi və dərman təyinatı etməz
  9. Dəri xəstələri “qarantiya” tələbində olsalar da onlara heç zaman ən sadə dəri xəstəliyi olsa belə “qarantiya” verməz
  10. Ən yaxşı dermatoloq ingilis dilini bilir.
  11. Beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış edir
  12. Beynəlxalq dermatoloji elmi jurnallarında elmi məqalələri olur
  13. Ən güclü dermatoloq ümumdünya səhiyyə təşkilatının protokollarını bilir və tətbiq edir.
  14. Qərb ölkələri səhiyyə standartlarına uyğun tibbi davranış sərgiləyir
  15. Ağır dəri xəstəliklərinin müalicəsində bitki tərkibli və bioloji aktiv əlavələrdən istifadə etməz
  16. Sübuta dayanmış təbəbətin tətbiqi ilə məşqul olur
  17. Ən güclü dəri həkimi həm də yaxşı terapevt olmalıdır.
  18. Dəri xəstəlikləri ilə müraciət edən pasientlərə daxili xəstəliklər fonunda baxa bilməlidir
  19. Dəri xəstələrinə və dəri xəstəliklərinə akademik yanaşma sərgiləyər
  20. Ən yaxşı dəri həkimi sadəcə dəri deyil, eyni zamanda saç tökülməsi, dırnaq, ağız boşluğunun selikli qişasının və cinsi xəstəliklərin müalicəsi və profilaktikasını aparmalıdır.

Dermatologiya uzmanı Dr. Mehdi İskəndərli tərəfindən söylənilənlərə əsasən onu da qeyd edə bilərik ki, Azərbaycanda və paytaxtı Bakıda ən yaxşı dermatoloq deyə biləcəyimiz və top 20 özəliklərə sahib peşəkar mütəxəssislərimiz az da olsa vardır. Bu baxımdan ölkəmizin dəri və zöhrəvi xəstəlikləri sahəsinin daha inkişaf edəcəyinə ümidliyik. Pasientlər də ümidsiz olmamalıdırlar. Ən ağır dəri xəstəliklərini etibar edəcəkləri təcrübəli dermatoloq və ya dəri və zöhrəvi xəstəlikləri mütəxəssisləri ölkəmizdə mövcuddur.

ən yaxşı dermatoloq

ən yaxşı dəri həkimi

ən yaxşı dermatoloq

ən yaxşı dermatoloq

ən yaxşı dermatoveneroloq

 
 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Dermatoloq Mehdi İskəndərli Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Türkiyə, Ege Universitetinde rezidentura keçmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi kimi elmi məqalələri pubmed platformasında dərc edilmişdir, ölkəmizdə ilk dəfə meymunçiçəyi xəstəliyini aşkar etmişdir, Avropa Dermatovenerologiya Akademiyasının (EADV) üzvüdür.

6 Responses

  1. Salam doktor,mənim bir problemim var o da məni cox narahat edir,sacimda kəpək var,ozudə aşırı dərəcə,topa topladı başım,nə edim mən?

    1. Salam. Başda kəpək verən çox xəstəlik vardır. Diaqnozu dəqiqləşdirəndən sonra müalicə təyin etmək olar. Müraciət edə bilərsiz yardım edərik sizə. Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, 🌐: https://mehdiiskandarli.com Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur 🍃🌺☘️
      Hörmətlə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir