Dermatologiya nədir? – Dəri, saç, dırnaq, zöhrəvi və ağız boşluğu xəstəlikləri – müayinə, diaqnostika və müalicə
Dermatologiya – dəri, saç, dırnaq, zöhrəvi və selikli qişaların xəstəliklərini elmi cəhətdən araşdıran, diaqnostika, müalicə və profilaktika ilə məşğul olan tibbi ixtisas sahəsidir. Bu sahə səpgi, qaşınma, ləkə, sızanaq, saç tökülməsi, dırnaq dəyişiklikləri və şübhəli xalların qiymətləndirilməsini əhatə edir.
Dəri bədənin “sadəcə örtüyü” deyil: bir çox daxili xəstəliklər özünü dəri əlamətləri ilə göstərə bilər. Buna görə də dermatoloji şikayətlər bəzən daha geniş tibbi qiymətləndirmə tələb edir.
Mündəricat
- Dermatologiya nədir?
- Dermatoloq hansı sahələrə baxır?
- Dəri xəstəliklərinin əlamətləri
- Dermatoloji müayinə necə aparılır?
- Hansı analizlər və testlər istənilə bilər?
- Daxili orqanlarla əlaqə
- Müalicə necə aparılır?
- Nə zaman təcili müraciət etməli?
- Dəri xərçəngi və dermatoonkologiya
- Tez-tez verilən suallar
- Qəbul və əlaqə
Dermatologiya nədir?
Dermatologiya nədir sualı ilə tez-tez müraciətlər olur. Dermatologiya tibbin bir sahəsidir və dəri ilə onun əlavələrinə aid xəstəliklərin elmi cəhətdən araşdırılması, müalicəsi və profilktikasından cavabdehdir. Ümumi dermatologiya ilə məşqul olan ixtisas həkimlərinə dermatoloq və ya dəri həkimi deyirlər. Dermatoloqlar əsasən dəri, dırnaq, saç, ağız boşluğu və cinsi xəstəliklər ilə məşqul olurlar. Lakin, bu sahə çox geniş olduğu üşün bəzən saç xəstəlikləri ilə məşqul olan dermatoloq həkimlər trixoloq, cinsi xəstəliklər ilə məşqul olan dəri həkimləri isə veneroloq olaraq adlanır. Uşaq dəri xəstəlikləri ilə daha çox məşqul olan dermatoloq üçün isə pediatrik dermatoloq ifadəsi işlənə bilir. Dəri xərçəngi sahəsində püxtələşən dermatoloq həkimlərə dermatoonkoloq deyilir. Estetik-komsetoloji sahəyə daha çox meyl edən dəri həkimlərinə isə dermatokosmetoloq deyilir. İlk baxışdan qarışıq və qəliz görsənsə də bütün adlar və titullar dermatoloq, dəri həkimi və ya dermatoveneroloq ixtisası altında birləşir.
Dermatoloq hansı sahələrə baxır?
Dermatoloq gündəlik praktikada ən çox aşağıdakı problemlərlə qarşılaşır (müxtəlif klinika səhifələrində də bu xəstəlik qrupları geniş qeyd olunur):
1) İltihabi və allergik dəri xəstəlikləri
Ekzema / atopik dermatit
Kontakt dermatit
Seboreyalı dermatit
Övrə (qızılca/qızartı-qaşınma epizodları)
2) Sızanaq və piy vəzisi problemləri
Akne (yeniyetmə və böyüklərdə)
Rozasea / kuperoz (damar “ulduzcuqları” və qızartı)
3) Yoluxucu xəstəliklər
Viral xəstəliklər (məs., herpes və s.)
- Cinsi yolla keçən zöhrəvi xəstəlilər (siflis, qonoreyya)
Göbələk infeksiyaları (dəri, saç, dırnaq)
Bakterial dəri infeksiyaları (qızıl yel, sarı yara)
Bəzi parazitar problemlər (qoturluq, gənə)
4) Avtoimmun və xroniki xəstəliklər
Psoriaz (sədəf)
Digər immun mənşəli dermatozlar
5) Saç və dırnaq problemləri
Saç tökülməsi (müxtəlif tiplər)
Dırnaq göbələyi və digər dırnaq distrofiyaları
6) Dəri törəmələri və şişlər
Papilloma, nevus (xal), kondiloma və digər yenitörəmələr
Dəri xərçəngi riskinin qiymətləndirilməsi və erkən aşkarlanma üçün müayinə
Dermatologiyanın alt ixtisasları
- Trixologiya: saç və saçlı dəri problemlərini.
- Venerologiya: cinsi yolla keçən xəstəliklər.
- Dermatoonkologiya: dəri xərçəngi və şübhəli törəmələr.
- Pediatrik dermatologiya: uşaqlarda dəri xəstəlikləri.
- Dəri cərrahiyyəsi: Prosedural dermatoloji xidmətlər
Dəri xəstəliklərinin əlamətləri nələrdir?
Dəri xəstəlikləri əksər hallarda qabıqlanma, qızartı, qaşıntı, köpəşmə, şişmə, suluqlanma, quruluq və s. əlamətlər şəklində özünü göstərir. Dırnaq xəstəlikləri isə dırnaqlarda qalınlaşma, saralma, qaralma, ayrılma, qopma və s. şəklində özünü biruzə verir. Saç xəstəlikləri isə özünü saçlarda yağlanma, qabıqlanma, kəpəklənmə, qaşıntı, saç tökülməsi və ya alopesiyalar formasında özünü göstərir. Cinsi yolla keçən xəstəliklər zamanı isə qasıqda qaşıntı, qabıqlanma və törəmlər meydana gəlir. Əksərən yolxucu olurlar.
Ümumiyyətlə saç, dırnaq, dəri və ağız boşluğunun selikli qişa xəstəlikləri bir çox hallarda daxildən gələn sistem problemləri ilə əlaqəli olur. Bu baxımdan dermatoloqlar və ya dermatoveneroloqlar sistem xəstəliklərini araşdırmaq üçün xəstəni əlavə müayinələrdən keçirdir. Əlavə olaraq laborator, radioloji, mikrobioloji o cümlədən göbələk testi, dəri biopsiyası və s. tələb edə bilər. Müayinələr nəticəsində daxili xəstəliklər aşkar edilərsə dəri xəstəliklərinin müalicəsi digər ixtisas həkimləri ilə müştərək şəkildə aparılır. 21-ci əsrin dermatologiyası əksər hallarda multidissiplinar xarakter daşıyır.
Dermatoloji müayinə necə aparılır?
Dermatoloji müayinə adətən 3 mərhələdən ibarətdir:
- Anamnez (şikayətlərin tarixi): başlanma vaxtı, tətikleyicilər, istifadə olunan dərmanlar, allergiya, ailə anamnezi
- Fiziki baxış: səpginin tipi, yayılması, dərinin quruluğu/yağlılığı, selikli qişa və dırnaqların qiymətləndirilməsi
- Dermatoskopik müayinə: xallar və törəmələrin 10×20 dəfə böyüdərək baxmaq
- Dəri biopsiyası: dəri toxumasından patoloji analiz üçün nümunə götürülməsi
- Wood lampası: ilə vitiliqo müayinəsi. , ağ ləkələrin təyini, qəhvəyi ləkə müayinəsi.
Klinika səhifələrində də ən çox vurğulanan diaqnostika komponentləri: dermatoloq baxışı, dermatoskopiya və laborator/histoloji müayinələrdir.
Hansı analizlər və testlər istənilə bilər?
| Test/Metod | Nə üçün istənilir? |
|---|---|
| Mikoloji test (göbələk testi) | Dəri/saç/dırnaq göbələyini təsdiqləmək üçün |
| Laborator analizlər | İltihab, allergiya və ya sistem problemləri şübhəsində |
| Dəri biopsiyası | Diaqnozu dəqiqləşdirmək və ya şübhəli lezyonu qiymətləndirmək üçün |
| Dermatoskopiya | Xal/ləkə və şübhəli törəmələrin daha detallı baxışı üçün |
Dəri xərçəngi və dermatoonkologiya
Xal və ləkələrin dəyişməsi (ölçü, rəng, sərhəd, asimmetriya, qanama, qaşınma) hallarında dermatoonkoloji qiymətləndirmə vacib ola bilər.
- Ətraflı: Dermatoonkologiya
- Ətraflı: Dəri xərçəngi nədir?
Dəri xəstəliklərinin daxili orqanlarla əlaqəsi
Dəri daxili orqanların güzgüsüdür. Dərinin daxili xəstəliklərlə əlaqəsi elmə çoxdan məlumdur. Dəri, saç, dırnaq və ağız boşluğundakı xəstəliklər bir çox gizli gedən daxili orqan xəstəliklərdən xəbər verə bilər. Dermatologiya uzmanı dəri xəstəliyinin səbəbi və provokasiyaedici amilləri təyin etmək üçün diaqnoz qoyduqdan sonra xəstədən əlavə testlər tələb edə bilər. Dəri xəstəliyinin növü təyin edilmədən heç bir zaman daxili orqanların araşdırılması aparıla bilməz.
Yəni, diaqnoz qoyulmadan testlərə başlamaq olmaz. Bu işi yalnız dermatoloq müayinəsi sonrası dəri həkimi özü qərar verir. Araşdırmalar nəticəsində dəri xəstəliyi ilə daxili orqanlar arasında əlaqə tapılarsa müalicələr ortaq aparılır. Yəni bir dəri xəstəliyinin müalicəsi, diaqnostikası, profilkatikasında başqa ixtisas həkimləri də cəlb edilə bilər əgər dermatoveneroloq tərəfindən qərar verilərsə. Bəzi dəri xəstəlikləri dəriyə məhdud qaldığı üçün müalicəsi daha rahat olur. Tək bir məlhəmlər xəstəliyi sonlandırmaq da mümkündür.
Dəri xəstəlikləri qurd invaziyaları ilə əlaqəsi
Qurd dəri xəstəliklərinin səbəbi ola bilər. Lakin, bağırsağın qurd invaziyaları olaraq bildiyimiz parazitar infeksiyalar, disbakterioz, qəbizlik və s. hər zaman dəri xəstəliklərinin yaranma səbəbi deyildir. Ölkəmizdə yanlış olaraq həm həkimlər, həm də valideynlər tərəfindən bütün dəri xəstəliklərinin səbəbi olaraq qurd və bağırsaq problemləri olacağı düşünülür. Bundan ötrü valideynlər və həkimlər lazımsız qurd analizləri və qurd müalicələri təyin edirlər.
Xüsusən uşaqlarda səpgilərin qurdla əlaqəsi olduğu düşünülərək lazımsız müdaxilələrə və müalicələrə başlanılır. Bunlar nəyinki lazımsız maliyyə məsrəfinə səbəb olur, hətta antiparazitar müalicələr əlavə ciddi yan təsirlər də verə bilir. Dəri xəstəliyinin müalicəsi gecikdirildiyi üçün dermatoloq qarşısında əlavə çətinliklər yaranır. Qurd dəridə qaşıntılı qızartı səbəbi ola biləcək çox az saylı dəri xəstəliyi vardır. Ehtiyac olduğu təqdirdə dəri həkimi dəri xəstəliyinin diaqnozunu qoyduqdan sonra qurd testləri və müalicələri təyin edə bilər. Həkim məsləhəti olmadan lazımsız testlər və müalicələr tövsiyyə edilmir
Dermatologiyada müalicə
Dəri xəstəliklərinin müalicəsi və profilaktikası dermatologiya ixtisası qarşısında duran əsas vəzifədir. Müalicələrin medikamentoz və cərrahi vəyaxud prosedural üsulları vardır. Medikamentoz üsulların da iki forması var. Dəri xəstəliklərin yerli müalicəsi və daxili müalicəsi. Yerli müalicələr zamanı dəri səpgilərinə məlhəmlər, losionlar, şampunlar, sabunlar, nəmləndiricilər tətbiq edilir. Bu cür müalicələrin faydası ilə bərabər yan təsirləri də vardır. Daxili müalicələr isə həblər, iynələr vasitəsi ilə aparılır.
Prosedural üsullar dedikdə isə törəmələri və xalları cərrahi yolla aradan qaldırılması nəzərdə tutulur. Dəridəki səpgilərə inyekisiyalar yolu ilə dərmanlar yeridilərək müalicələr aparıla bilər. Krioterpiya və ya maye azot üsulları ilə ziyillər, kondilomalar, ət xalları, dəri xərçəngi və digər dermatoloji problemlər öz həllini tapa bilir. Əksər dəri xəstəlikləri xroniki olsa da xəstələri şəfasına qovuşdurmaq mümkündür. Buna nail olmaq üçün bəzən sistemik steroid, oral izotretinoin və s. kimi ağır dərmanlar istifadə edilir. Xüsusən sızanaqların müalicəsi üçün tez-tez istifadə etdiyimiz roaccutane dərmanı müəyyən fəsadlar versə də sızanaqları tamamiylə yox etmək mümkündür.
Dermatoloji müalicə həmişə “bir krem yazmaq” deyil. Müalicə strategiyası diaqnozdan və xəstəliyin ağırlığından asılıdır:
1) Yerli (topikal) müalicələr
Kremlər, məlhəmlər, losyonlar, şampunlar, keratolitiklər və s.
2) Sistem müalicələri
Həkim göstərişi ilə ağızdan dərmanlar və seçilmiş hallarda inyeksiya müalicələri
3) Prosedural müalicələr
Dəri törəmələrinin xaric edilməsi (lazım olduqda)
Radiodalğalı üsullar kimi cərrahi texnologiyalar klinik praktikada istifadə oluna bilər.
Estetik dermatologiya: kimyəvi pilinq, lazer, mikroiynə terapiyası kimi prosedurlar bəzi klinikalarda dermatologiya istiqamətinin bir hissəsi kimi təqdim olunur.
Təcili dermatoloqa müraciət edilən hallar
- Sürətlə böyüyən, qanayan və ya sağalmayan yara/lezyon
- Yüksək hərarət fonunda sürətlə yayılan səpgi
- Üz/göz ətrafında sürətli şişkinlik, nəfəs darlığı (allergik reaksiya şübhəsi)
- Qısa müddətdə kəskin pisləşən infeksiya əlamətləri (irinləmə, güclü ağrı)
- 2–3 həftədən uzun çəkən qaşınma, qızartı, səpgi
- Təkrarlayan akne, iz qalması, ağrılı düyünlər
- Dırnaq rənginin dəyişməsi, qalınlaşma, qopma
- Saç tökülməsinin artması və ya ocaqlı seyrəlmə
- Yeni yaranan və ya dəyişən xal / ləkə / düyün (ölçü, rəng, sərhəd, qanama, qaşınma və s.)
Profilaktika: dərini qorumağın praktik qaydaları
Bu hissə rəqib klinika səhifələrindən fərqli olaraq “pasiyentə praktik plan” verir:
Günəşdən qorunma: SPF, kölgə, pik saatlarda ehtiyat
Dəri baryerinin qorunması: yumşaq təmizləyici, nəmləndirici, həddindən artıq skrabdan uzaq durmaq
Saç və dırnaq gigiyenası: ortak manikür alətlərinə diqqət, göbələk riskinin azaldılması
Şübhəli törəmələrin izlənməsi: yeni və dəyişən xalların vaxtında müayinəsi (erkən aşkarlanma prinsipi)
Tez-tez verilən suallar (FAQ)
Dermatologiya nə ilə məşğul olur?
Dəri, saç, dırnaq, zöhrəvi və selikli qişa problemlərinin diaqnostika, müalicə və profilaktikası ilə.
Dermatoloji müayinə nələri əhatə edir?
Anamnez + dəri baxışı + ehtiyac olarsa dermatoskopiya və laborator/biopsiya kimi əlavə müayinələr.
Dəri xəstəlikləri niyə gecikdirilməməlidir?
Bəzi xəstəliklər xronikləşə, ağırlaşa və ya başqa sistem problemlərinin göstəricisi ola bilər
Dəri xərçəngi üçün müayinə lazımdır?
Şübhəli lezyonlar və risk faktorları olduqda diaqnostika üçün peşəkar dermatoloqa müraciət edilməlidir. Cünki, erkən dermatoloji qiymətləndirmə həyat qurtarıcıdır.
.
XİDMƏTLƏR
İŞ SAATLARI
| BAZAR.E | 10:00-15:00 | Randevu al |
| ÇƏRŞƏNBƏ.A | 10:00-15:00 | Randevu al |
| ÇƏRŞƏNBƏ | 10:00-15:00 | Randevu al |
| CÜMƏ.A | 10:00-15:00 | Randevu al |
| CÜMƏ | 10:00-15:00 | Randevu al |
| ŞƏNBƏ | 10:00-15:00 | Randevu al |
ƏLAQƏ MƏLUMATLARI
DERMATOLOGİYA VƏ DƏRİ İLƏ BAĞLI DAHA ÇOX ÖYRƏN

Saç tökülməsinin təbii yolla müalicəsi, effektiv üsullar və tövsiyyələr
Saç tökülməsi həm qadınlarda, həm də kişilərdə ən çox rast gəlinən dermatoloji problemlərdən biridir.

Dəridə qəhvəyi ləkələr – səbəbi, diaqnostikası və dermatoloji yanaşma
Dəridə qəhvəyi ləkələr dermatoloji praktikada ən çox rast gəlinən piqmentasiya

Dermatoskopik müayinə nədir ?
Dermatoskopik müayinə (bəzən dermoskopik müayinə, dermatoskopiya və ya dermoskopiya



