Atopik ekzema xəstəliyi müalicə olurmu ?

atopik ekzema xəstəliyi

Atopik ekzema xroniki allergik dəri xəstəliyi hesab edilir. Pediatrik qruplarda daha çox görülür. Lakin, atopik dermatit xəstəliyi hər yaşda görülə bilər. Dəridə qaşınma və qızartı şikayətləri ilə müraciət edirlər. Ağır formalarda dəridə qabıqlanma, axıntı və likenifikasiya adlandırdığımız dəridə qalınlaşma görülə bilər. Dərinin allergik xəstəliyi sayılan atopik dermatit problemi özünü erkən uşaqlıq vaxtlarında göstərməyə başlayır. Ona görə bu xəstəlik uşaq dəri xəstəlikləri arasında baxılır. İki aylığından etibarən uşaqların yanağında qızartı və qaşıntı şikayəti ilə başlayır. Daha sonra dərinin bükəklərində qaşıntı və qızartı şikayəti davam edir. Daha ağır formalarda istənilən nahiyyədə dəridə şiddətli qaşıntı verən qızartılar yarana bilər. Lakin unutmaq lazım deyil ki, yanaqlarda qızartı və bükənəklərdə qaşınma sadəcə atopik dermatit xəstəliyi ilə əlaqəli olmur. Başqa dəri xəstəlikləri də vardır ki, eyni klinik əlamətlə verə bilər. Dermatoloq Mehdi İskəndərli əlavə edir ki, diaqnozun dəqiqləşdirilməsi üçün mütləq əyani müayinələr və testlərə ehtiyac duyulur. 

Atopik ekzema xəstəliyi
Atopik ekzema xəstəliyi

Atopik ekzema xəstəliyi genetik səbəblərdən yaranır. Adətən valideynlərin birində atopik vəziyyət aşkar edilir. Yəni, valideynlərdə allergik rinit, konyuktivit, astma ola bilər. Uşaqda atopik dermatit problemi varsa gələcəkdə onda da allergik rinit, konyuktivit və astmanın yaranma riski vardır. Bu baxımdan atopik dermatit xəstəliyi olan insanlar daima dermatoloq nəzrətində qalmalı və müalicələr almalıdırlar. Atopik dermatit xəstəliyi əsasən yaz və payız aylarında kəskinləşdiyi üçün dermatoloqla konsultasiyalar aparılmalıdır. Atopik dermatit xəstəliyinin müalicəsi vardır. Valideynlər və xəstələr ümidsiz olmamlıdırlar. Atopik ekzemanın müalicəsi dermatologiya uzmanı tərəfindən aparılsa da valideynlər də profilaktikada yaxından iştirak etməlidirlər. Atopik dermatitin müalicəsi üçün dəri həkimi adətən yerli və daxilə kortikosteroidlər, immunupressiv terapiyalar, topikal D vitamini analoqlarını, antibiotiklər, topikal immunomodulyatorlar, emollientlər, antihistaminiklər təyin edir. Müalicələr individualdır. Xəstənin yaşı, cinsi, ağırlığı və s. müalicə taktikasını təyin edir. Günəş şüası dəridə qaşıntı və qızartını azaldır. Ona görə atopik dermatit xəstələrinə günəşli sezonlarda mütəmadi qaydada günəş vannalarının qəbulu da məsləhət edilir.


 
 
 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər