Vitiliqo xəstəliyinin tam müalicəsi bütün ala xəstəliyi problemindən əziyyət çəkənləri maraqlandıran sualdır. Ümumiyyətlə dəridə ağ ləkələr şikayəti ilə müraciət edən xəstələrin sayı çoxdur. Təbii ki, dərinin ağ ləkələri hər zaman vitiliqo xəstəliyi ilə əlaqəli olmur. Dermatoloq Mehdi İskəndərli əlavə edib ki, dəridə ağarma şikayəti olanlar xüsusi müayinələrdən sonra ala xəstəliyi və ya vitiliqo xəstəliyi diaqnozu qoyulur. Vitiliqo xəstəliyinin diaqnostikası isə kliniki, lampa, laborator və dəri biopsiyasına əsaslanan histopatoloji analizlərə görə təyin edilir. Fəqət, bəzən vitiliqo xəstəliyinin əlamətləri o qədər bariz olur ki, tək baxışla diaqnozu təstiqləmək olur. Lakin, təcrübəmizdə çox hallar olur ki, vitiliqo xəstəsinə yanlış olaraq dəridə ağ ləkələrin səbəbi olan tamam fərqli diaqnozlar qoyulur. Yaxud, dəriyə ağ ləkələrin düşməsi adi ekzogen səbəblərə bağlı olduğu halda xəstələrə yanlışlıqla vitiliqo diaqnozu qoyulur. Ona görə Dr. Mehdi İskəndərli dönə-dönə vurğulamışdır ki, dəridə ağ ləkələrin yaranma səbəbi və onların dəqiq dinaqstikası peşəkar dermatoloq tərəfindən aparılmalıdır.
Vitiliqo xəstəliyinin tam müalicəsi sualına gəldikəd ki, bu iş mümkünsüz deyildir. Lakin, unutmamaq lazımdır ki, ala xəstəliyinin müalicəsi çətindir. Ala xəstəliyinin tam müalicəsi orqanizmdən, pasientin şansından, provokasiya edən faktorlardan, dərmanların keyfiyyətindən, profilaktika qaydaların əməl etməkdən və s. kimi faktorlardan asılıdır. Dəriyə ala düşdüyü zaman erkən diaqnostika və müalicələrə başlanılarsa xəstəlikdən qurtulmaq şansı da vardır. Lakin, tam əksi də gözlənilə bilər. Zamanla bütün dərinin ağarması halı da baş verə bilər. İstənilən halda dərisində ağ ləkəsi olan pasientlər zamanında dermatoloq həkimə müraciət etməli və ilkin müalicələrə başlamalıdırlar. Pediatrik qrupun dərisində ağ ləkənin yaranması hər zaman vitiliqo xəstəliyinə şüphə oyandırmalıdır. Cünki, vitiliqo probleminin erkən uşaqlıq dönəmindən müalicə və profilaktikası təşkil edilərsə xəstəliyin qarşısı alına bilər və hətta ağ ləkələrin sağalması da görülə bilər. Sonda dəri həkimi Mehdi İskəndərli qeyd edir ki, vitiliqodan qurtulmaq çətin olsa da mümkünsüz deyildir. Odur ki, vitiliqo xəstələri ümidsiz olmamalıdırlar. Dermatologiya uzmanına vaxtında müraciət edilməli və erkən müalicələrə başlamalıdırlar.