Penisdə axıntı səbəbi nədir ?

penisdə axıntı

Penisdə axıntı şikayəti cinsi aktiv həyat yaşayan kişilərin kabusudur. Adətən kişilərdə sidik yolundan axıntı problemi qorunmasız şüphəli cinsi əlaqə  sonrası yarana bilər. Belə kişilərdə səhərlər alt patlarda ləkələr, alt palatarın bulaşması hallarıda müşahidə edilir. Sidik kanalından gələn maye bəzilərind sarıya çalan, bəzən isə ağ rəngli ola bilər. Paralel şəkildə bu xəstələrdə sidik kanalında ağrı və göynəmə şikayəti də ola bilər. Bəzilərində isə penis başında qaşıntı və göynəmə kimi əlamətlər verə bilər. Kişilərdə bu cür diskomfort verən əlamətlər əsasən kiçik bayıra çıxarkən başverir. Ümumiyyətlə işədikdən sonra penisdə ağrı, göynəmə, qaşıntı cinsi yolla keçən zöhrəvi xəstəliklərə işarə ola bilər. Penisdən axıntı problemi də adətən sidiyə gedəndən sonra özünü göstərə bilər. Sidiyə çxarkən ağ mayenin gəlməsi kişiləri adətən bir başa dermatoloq və ya dəri zöhrəvi uzmanına götürən başlıca əlamətdir. Kutanoz Klinikaya ümumiyyətlə bu əlatmətlərlə müraciət edən xəstələr çox olur. Xəstələrdə penis başında yanma və göynəmə, eləcədə sidik kanalından axıntının gəlməsi başlıca görülən şikayətlərdir.

penisdə axıntı

Penisdə axıntı əksər hallarda veneroloji xəstəliklərə işarədir. Lakin bu cür problemlər zöhrəvi olmayan xəstəliklər ilə əlaqəli də meydana gələ bilər. Tənasül orqanın başında qızartılar yaradan dəmrov tipli dəri xəstəlikləri və ikincili infekiyalar penisdən axıntı və maye gəlməsini təqlid edən əlamətlə verə bilər. Lakin bu heç də cinsi yolla keçən xəstəliklərə işarə deyil. Belə olan halda peşəkar dermatoloq penisdən axıntı səbəbini ümumi dermatoloji xəstəliklər yaxud zöhrəvi xəstəliklər ucbatından yarandığını dəqiq diaqnoz ilə ayırd etməlidir. Bunun üçün dəri həkimi penisdə axıntı problemi olan xəstədən  sidik kanalından yaxma analizi tələb edə bilər. Bundan əlavə sidik və qan analizləri də istənilər bilər. Nəticələrdə cinsi yolla keçən mikroblar aşkr edilərsə dermatoloq antibioterapiya təyin edə bilər. Bundan əlavə dermatoloq cinsi yolla keçən veneroloji xəstəliklər o cümlədən genital herpes, papillomalar, kondilomalar, göbələk xəstəlikləri və s təyin etmək üçün cinsi bölgənin ətraflı müayinəsini istəyə bilər.  Penisdə axıntı probleminin çarəsi vardır, xəstələr ümidsiz olmamlıdırlar.

penisdə axıntı

 

 
 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

2 Responses

  1. Salam .bu yazılanlar məndə var bunun müayinəsi neçəyə başa gələr axıntə ilk ağ idi indi sarı gəlir imkanım olmadığı üçün həkimədə gedə bikmirəm mənə bir yardım edin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər