Gənə xəstəliyinin müalicəsi ölkəmizin dermatologiya gündəmində duran bir nömrəli sualdır. Pasientlər tərəfindən tez-tez gənə xəstəliyi müalicə olunurmu sualı ünvanlanır. Əvvala onu söyləmək lazımdır ki, gənə adında bir xəstəlik yoxdur. Elmi adı demodex folliculorum olan və zooloji olaraq gənələr qrupuna daxil olan bu mikrob üz dərisində yerləşən kommensal bir canlı kimi hər bir insanda mövcuddur. Daha dəqiq desək üz dərisindəki yağ vəzləri və tük köklərində yaşayan canlılardır. Bağırsaqlarda necə çoxlu sayda mikrob koloniyalar var, eləcə də üz dərisində demodex folliculorum dediyimiz gənə koloniyaları vardır. Dərisində heç bir səpgisi olmayan insandə belə gənə vardır. Bağırsağın normal florasına daxil olan bakteriyaları tamamiylə məhv etmək necə mümkünsüzdürsə, dərinin normal florasına daxil olan gənəni də tamamiylə təmizləmək mümküsüzdür. Bəs nədən bəzi xəstələr və həkimlər gənə xəstəliyinin müalicəsi adı altında bu parazitin dəridən tamamiylə təmizlənməsinə çalışırlar ? Gənədən birdəfəlik qurtulmaq üçün nədən hər cür prosedurlara müraciət edilir ?. Bu suallara birqədər aydınlıq gətirməyə çalışaq.
Gənə müxtəlif tipli dəri xəstəliklərinin yaranmasında iştirak edirlər. Bu xəstəliklər də gənələrin sayları dəfələrcə artır və dəri xəstəliklərini törədirlər. Demodex folliculorum mikroblarının sayını azaltmaq üçün gənə əleyhinə preparatlar istifadə etmək olar. Lakin sadəcə gənə preparatları ilə dəri xəstəliklərini müalicə etmək mümkün deyildir. Gənənin də iştirak etdiyi dəri xəstəliklərinin müalicəsində başqa preparatlar da istifadə edilməlidir. Dermatoloq əgər düzgün kompleks müalicələr təyin edərsə xəstənin bütün şikayətləri aradan qalxaraq üz dərisi səpgilərdən azad olar. Fəqət dəridən götürülən gənə testi hər zaman müalicələrdən sonra belə müsbət çıxa bilər. Belə olan halda gənənin tam təmizlənməsi üçün əlavə müalicələrə gərək duyulmur. Cünki bu parazit heç bir zaman dəridən təmizlənə bilməz. Gənə xəstəliyinin müalicəsi adı altında demodex folliculorum mikrobundan qurtulmaq adına aparılan bütün müalicələr əbəsdir. Üzdə yaranan sızanaq, çivzə, akne problemlərində isə gənə mikroblarının heç bir rolu yoxdur. Ölkəmizdə çox təəəssüf ki, gənə xəstəliyinin müalicəsi adın altında sızanaq və ya akne müalicələri aparılır ki, bu da yanlışdır.
78 Responses
salam Mehdi bey menim evladim bu xestelikden 14 ildi ki eziyyet cekir .Uzunde temiz salamt yer qalmayib. Iranda Rossiyada Azerbaycanda uzun muddet mualice alib amma hec bir irelileyis olmayib.Amma herden mualice olmadan bele sakitlesir bir muddet sonra yeniden baslayir. Cox uzun suren bir xestelikdi Artiq hec bir mualice almayir cunku bezib.Bize bir meslehet verin .Onceden tesekkur edirem.
Salam Rühəngiz xanım. Suala görə təşəkükrlər. Bəli bu xəstəlik xroniki xəstəlikdir. Lakin müalicəsi var. Hətta xəstəliyi biryolluq itirməyi vəd edən üsullar da var. Bu problemi səbrlə, mərhələli şəkildə həll etmək mümkündür.
Salam Mehdi hekim.Menim de ovladimin 18-iz yasi var,ondada uzunde sizanaqlar emele gelib.Dermatoloqa apardim dedi usaqinin sizanaqindan analiz goturmek lazimdir.Buda ancaq Bakidadir.Guya deri altinda gene var.Sizden xahis edirem bu xestelik barede etrafli qeyitler edesiniz ve malicesi barede etrafli yazmagnizi rica edirem.
Salam Məharət bəy. Suala görə təşəkkürlər. 18 yaşında bir xəstədə gənə problemi olmaz. Böyük ehtimal sızanaq xəstəliyindən əziyyət çəkir onun da müalicəsi tamam fərqlidir. Xəstəni müayinəyə gətirsəniz biz onu testlərdən keçirdib müvafiq müalicələr təyin edərik. Sızanaq vaxtında müalicə edilməsə üzündə getməyən çopurlar yarana bilər. Ona görə müalicələr erkən başlanılmalıdır. Hörmətlə
https://mehdiiskandarli.com/akne-xesteliyi-veya-sizanaq/
Salam doktur. Bu problem mendede var illerdi.hansi testlerden kecmeliyem.butun analizderden kecmisem problem yoxdu deyirler.birce gene var.hansi testlerden kecmeliyem geldikde
Salam Sevda xanım. Sualınız görə təşəkkürlər. Dünyanın heç bir yerində xəstə müayinə edilmədən analiz təyin edilmir. Analiz təyini çox individual məsələdir və hər xəstə üçün müxtəlif olur. Analiz istəyinin standartı olmur. Hər şey xəstə müayinəsinin nəticəsindən sonra məlum olur. Bəzən olur heç analizlərə ehtiyac da olmur. Odur ki, tələsməyin. İlk öncə klinikaya gəlməyə çalışın. Ehtiyac olarsa analizləri biz sizə təyin edəcəyik.
Salam doktorum menim qardaşın 18 yaşı var bedeni coox qaşınır gene ola bilermi ??
Salam Tural bəy. Suala görə təşəkkürlər. Gənələr əsasən üz dərisində problemlər yaradır. Bədəndə gənə qaşıntı vermir. Başqa səbəblər var onu araşdırmaq lazımdır.
Kükürd tozunu it burnu cubugunun kuluyle qarisdirib üzə vurmaq olar demodeks üçün
Salam Nərgiz xanım. Məsləhət etmirəm. Xeyri də yoxdur
Hekim müalicə neciye başa gəlir ortalama
Salam Sabit bəy. Bu cür təfərruatlı suallar ancaq müayinədən sonra cavablandırılır. Öncədən mümkün deyildir
7 aydır müalicə alıram sağalıb ama qurtarmır demodeks üçün hansı krem ya maz dərman nə məsləhət görürsüz Xahiş köməy edin
Nərgiz xanım. Bu xəstəlik bir kremlə düzəlməz. Müayinəsiz heç bir həkimdən müalicələr qəbul etməmənizi tövsiyyə edərdim.
Salam doktor məndə də 3 aydir ki dəri gənəsi var ilk başda boynum sepdi hekimə getdim üzden yaxma alib dedi genedi .ilk 1 ayin müalicesinde boynumdaki bütün sepkiler getdi yaxşı oldu amma üzümdəki qızarti sepkiler getmir artiq 3aydi müalice aliram hal haziedada müxtelif dərman peraparatlari ,sistemler və mazlarla .amma hələdə yaxşı gam efffekt yoxdur bir azalir bir artir biri quruyir başqasi çıxır .ilk biynuçda olmuşdu amma o tam sağalıb
Salam Ülkər xanım! Sualınıza görə təşəkkür edirəm. Ola bilsin sizdə gənə yox, başqa dəri xəstəliyidir. Müraciət edin sizə yardım edərik. İstər gənə, istərsə də başqa dəri xəstəliklərin müalicəsi aparılır mərkəzimizdə.
Salam həkim, demodeks xəstəliyi üçün Yam mazından istifadə etmək olar mı? Və bu xəstəliyin müalicəsi üçün hər hansı pəhrizi varmı? Öncədən təşəkkürlər
Salam Gülnaz xanım. Suala görə təşəkkürlər. Yam mazı məsləhət deyil. Sızanaqda dieta var. Şirniyyatdan uzaq durmaq lazımdır. Lakin, tək dieta ilə sızanaq düzəlməz. Əlavə müalicələr təyin edilməlidir. Müraciət etsəniz yardım edərik sizə. Keçmiş olsun
Salam doktor mende tekce qollarimda ve qiclarimda guclu qasinma var esasen axwamlar cox qasinir birdeki isti olan kimi guclu qasinir xahiw edirem yardimci olasiz
Salam. Səbəbini aşkar etmək lazımdır hər şeydən öncə. Diaqnoz qoyulmasa müalicələrin səmərəsi olmaz. Müraciət edin yardım edərik sizə. Hörmətlə
Salam həkim.Mənim qızımın 21 yaşı var.üzündə həm irinli həm adi səpgilər var 2 ildən çoxdur.bir neçə dəfə müalicə alıb.səpgilər cüzi azalmışdı.indi yenə də artıb.xahiş edirəm bir məsləhət verin.öncədən təşəkkürlər.
Salam Sevda xanım. Məsləhətim odur ki, müraciət edəsiniz. Ola bilər sizdə sızanaq problemi var. Sızanağın səbəbi tapılmasa sürtülən kremlərin heç bir xeyri olmaz. Əksinə vaxt itkisinə bağlı olaraq xəstəlik daha da dərinləşə bilər. Klinikamıza müraciət edin yardım edərik sizə. Hörmətlə
Salam hekim menim Qaynanamın 60 yaşı var 2 ildir gene düşüb üzünə nəqədər müalicə edirsə xeyir yoxdur bu gene ona iş yoldaşından keçib iş yoldaşının üzünü aldığı sapı öz üzünə vurub bilməyib dəri həkimində gedib kasmetoloqada gedib xeyri yoxdur hekim permetrinovaya məlhəmi kömək edər yoxsa deməz sizi narahat edən Tərtər rayonundan Gülnar xanım isdiyirem bizə kömək edəsiniz Qaynanamın hem şəkəri var hemde teziqi var həkim permetrinovaya məlhəmi pis təsir edmez həkim sizin məsləhətlərinə çox gözəldir həkim sağolun sizi narahat edirem
Salam Gülnar xanım. Xəstənin müayinə və müalicəsini istəyirsinizsə xəstəni klinikaya gətirin. Xəstə əyani müayinə olamsa resept təyin edilə bilməz. O krem üzə vurulmur. Müraciət edin yardım edərik sizə. Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, ?: https://mehdiiskandarli.com Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur ??☘️
Salam hekim menim 40 yasim var ozumde seker xestesiyem men daga getim dincelmeye ordan gelenen sora menim belimi qasima tutu bas qosmadim sora basladi qolumun alti qasindi baldirarim sora doxdura getim biri dedi qotrsan maz yazdi yaxdim bednime 5 gun tesir elamadi sora uzuru sayin cinsimin boyrleri qasindi pirsiq kimi sisdi doxdra getim dedi gene dusub oda bir maz duzaldi yaxdim 5 gun oda xeyri olmadi qasinma gena var ancag axsamlar qasniram bu qasinmaya ne edaq ki vetsin uzum qsnmirancag deyim yerlar qasnir el barmaqlarimn arsida qasnir
Salam. Dəridə qaşınma şikayətinin 1001 səbəbi ola bilər. Əgər qotur xəstəliyi əleyhinə verilən müalicələrin xeyri olmayıbsa o zaman başqa səbəblər araşdırılmaldır. Müraciət edin yardım edərik sizə. Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, ?: https://mehdiiskandarli.com Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur ??☘️
Salam hekim menim 19 yaşm var 11 sinifde üzümde sizanaqlar olmaga başladi mende stres kecirdende hirsimi sitresimi üzumden cixardiram adet qalib evveler az idi ama sizanaqlari ellediyime gore indi hedinen cox olub day düzelmir bezen qaşnr ozumu gucle saxliyiram bezende dersle meşgul olanda xeberim olmadan yene elimi üzüme apariram sizce neynemeliyem ??
Salam. Özünüz heç nə etməyin. Şikəyətiniz davam edirsə müraciət edin sizi müalicə edərik. Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, ?: https://mehdiiskandarli.com Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur ??☘️
Salam doktor qizimin uzunde esasen de burun agiz dodaq etrafinda sizanaqlar yayilib .Dermatoloqun qebulunda olub analizde gene cixib .pis qoxulu maz yazib iyinden durmaq mymkun deyil mazi tuduqdan sonra krem yazib .O kremi cekir yanir uzu dehwet yandirir doze bilmir .hekimi deyir ele olmalidi?
Salam Natəvan xanım. Əgər verilən müalicələrə rağmən şikayətlər davam edirsə müraciət edə bilərsiz yardım edərik sizə. Gənə xəstəliyinin müalicəsində qoxulu kremlər istifadə edilmir tərəfimizdən. Müalicələrimi xəstələrə əlavə diskomfort vermir. Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, ?: https://mehdiiskandarli.com Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur ??☘️
Salam mənim üzümdə 2 ildirki bu prablem var çox həkimə getmişəm və dəri altı gənə olduğunu söyləyiblər bir sualım kükürtlü sabunla səhər axşam dərini yusam bir xeyri dəyərmi?
Salam Rəvan bəy. Gənə və ya sızanaq xəstəliyi sadəcə kükürt sabunu ilə düzəlməz. Kompleks müalicələr almalısız.
Salam hekim. Zehmet olmasa deyin, demodex başda ola bilirmi? Ve baş dərisində bakteriyal follikulitler yaranmasına səbəb ola bilərmi?
Önceden teşekkür edirəm.
Salam Səbuhi bəy. Sualınıza görə təşəkkür edirəm. Başda sızanaq əsasən bakterial mənşəli olur. Gənə başda sızanaq verməz. Başda sızanaq başqa səbəblərdən də yarana bilər. Hər şey xəstə müayinəsindən sonra məlum olur. Hörmətlə
Salam doktor.Cox sagolun ki bele melumatlar paylaşırsınız suallari cavablayirsiniz. Menim 31 yasim var hardasa 15 ildi sizanaqdan eziyyet cekirem. Burnumda uzumun alnimdan basqa her yerinde belimde berk siskin qizartilar sonra irinlesir cirkli qara rənge yaxin qanla davam edir. Ele 15 il əvvəl ilk mualicede gene diaqnozu qoyuldu. Esasen benzil benzoatla mualice amma tam kesilmedi daha davam etmedim. Deyim ki sirniyyat cox sevenem. Duzu mualiceye vaxtim da yoxdur. Hele de bezen benzoat istifade editem ve deqtyarniy sabunla üzümü yuyuram ev səraitinde basqa ne etmek olar? Onceden teşekkür edirem.
Salam. Yazdığınız dərmanlar üzdə yaranan problemlərə faydası yoxdur. Əgər siz sızanaq xəstəliyindən əziyyət çəkirsinizsə onların müalicəsi tamam fərqlidir. Müraciət edə bilərsiz yardım edərik. Hörmətlə
Salam dokdor anam 2 aydi uzunde sisder olurdu sonra sisdem vurdurdu 6 dene kecdi gedi sonra ise 1 hefdeden sonra birde basdadi anam gedi hekme hekm dediki deri alti genedi indi anamin uzu pis gundedi bedeninede yaylb amma en cox uzundedi amma qasinmir hekim kukurtlu sabun yazdi birde mazlar amma heleki duzelmlmir neynye bilerik birdeki bu pis xesdelk deyilki?
Salam. Bu cür dəri xəstəlikləri ev şəraitində müalicə olun bilməz. Müraciət edin öncə diaqnozu dəqiqləşdirək. Testlərdən keçirdək. Sonra da müvafiq müalicələr təyin edərik sizə. Hörmətlə
Salam həkim, demideks analizinin nəticəsinin pozitiv folliculorum 4-6 g/s, pozitiv brevis 1-2 g/s olması gənənin çox yayıldığı deməkdir?
Salam. Demodeksin sayı və mövcudluğu müalicəni təyin etmir. Müalicəni həkim xəstə müayinəsinə görə təyin edir. Şikayətiniz varsa müraciət edə bilərsiz yardım edərik sizə.
Salam, demodeks analizinin nəticəsində folliculorum və brevis nə qədər olduqda müalicə lazımdı?
Salam. Demodeksin sayı və mövcudluğu müalicəni təyin etmir. Müalicəni həkim xəstə müayinəsinə görə təyin edir. Şikayətiniz varsa müraciət edə bilərsiz yardım edərik sizə.
Salam doktor.mende derialti gene awkar olunub hekim mualice yazib ve dedi ki 3 ay uzunu yumaq olmaz.Deyerdiz zehmet ol.masa uz yumaq qeti olmazmi??3 ay nece uz yumayib dayanmaw olarki
Salam. Belə bir qayda yoxdur. Siz yanlış anlamısız həkimi. Şikayətləriniz davam edirsə müraciət edə bilərsiz yardım edərik sizə.
Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, ?: http://wjd.xqx.mybluehost.me Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur ??☘️
Salam həkim, qardaşında üzündə genə vardir. Səpgilər də çoxdur Nə qədər müalicə alıbsa da xeyri yoxdur. Marqanizle üzünü yusa bir xeyri olarmı ?
Salam. Olmaz təbii ki.
Salam həkim. 17 yaşım var. Üzüm 3 4 aydı çox pis səpip. 2-3 gündü üsdü ay sızaqlar əmələ gəlir. Axşamlarda qaşınır. Dərman vururam ama çox təsir eləmir. Heçnə etməsəm öz-özünə yavaş yavaş gedər?
Salam. Öz-özünə gedər ancaq üzü çopurlaşdırıb gedər. Ona görə üzünüzdə əbədi izlər qalmasın deyə gərək sızanaqlar düzgün qaydada müalicə edilməlidir. Müraciət edə bilərsiz yardım edərik sizə. Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, ?: http://wjd.xqx.mybluehost.me Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur ??☘️
Salam doktor. Mən də aknelər var. Keçən il bunun üçün 5 aylıq roaccatune müalicəsi elədim. Lakin son zamanlar üzümdə səpkilər artıb azacıq. Demodex analizidə elədim müsbət çıxdı. Roaccatune müalicəsimi davam etdirməliyəm? Yoxsa artıq başqa bir müalicə lazımdır?
Salam. Roaccutane dərmanı ciddi fəsadları ola biləcəyi üçün həkim nəzarətində verilməlidir. Əgər şikayətləriniz davam edirsə ola bilsin müalicələr düzgün dozada təyin edilməyib. Müraciət edə bilərsiniz yardım edərik sizə. Hörmətlə
Salam Mehdi hekim, məndə qoturluq genesi vardi,bedenimden mualice ile kecib ama basimda da qaşıntı, bit gezme kimi olur.basqa hekim deyir ki basda qoturluq genesi olmur.mualice yazmadı.ne edim?
Salam. Müraciət edə bilərsiz. Yardım edərik sizə. Hörmətlə
Məndə aknedir (qızartılı).
Salam. Mən 7-8 ildir ki, sızanaqlardan əziyyət çəkirəm və üzümdə məsamələr, çapıqlar yaranıb. Son günlərdə çistka , piling daha sonra isə 1 seans dermapen etdirdim. Fərq oldu, sızanaqlar getdi amma tam yox. Bu müalicə üsulu sizcə düzgündürmü? Davam etdirməlimiyəm?
Salam. Sadəcə kosmetoloji prosedurlarla sızanaq müalicəsi aparıla bilməz. Yanaşı müalicələr də təyin edilməlidir. Həm daxilə, həm də xaricə. Ancaq daha dəqiq bu cür sualların cavabını əyani müayinələrdən sonra təyin etmək olar. Hörmətlə
Salam Mehdi həkim. Mən bu gün Dəri-Zöhrəvi Dispanserində üzümdən analiz verdim dedilərki üzündə gənə var hətta mikroskop altındada göstərdilər mənə. Mən bunu çox kompleks edirəm. Gənə xəstəliyi müalicələrlə yox olur? Yəni üzümdəki səpkilər gedəcək? Yoxsa nə vaxtsa yenə qayıdacaq?
Salam. Dəridə gənənin olması təbii haldır. Təhlükəsi yoxdur. Lakin dəridə səpgilər varsa mütləq müalicə almalısız. Əks təqdirdə izləri qala bilər. Şikayətiniz davam edirsə müraciət edə bilərsiz. Hörmətlə
Salam Mehdi Doxtor.Uzr itseyirem menim 17 yasim var 14 yasimnan uzumde sizanaqlar oldu sixdim lekelri qaldi ve yeniden mualice aldim lakin yeniden emele geldiler uzumde coxlu qizartilar var bu gene ola biler?
Birde daxilden temizlendikden sonra lazer vastitesile leke ve capiqlari yox etmek mumkundur?
Salam. Sızanaqları gənə törətmir. Yəqin sizin sızanaq xəstəliyindən əziyyət çəkirsiz. Müalicə üsulları var. İzləri də aparmaq olar. Hörmətlə
Salam Doktor. Mənim Nənəmdə qaşınmalar və göynəmələr olur. Balaca balacada səpgi nədən ola bilər?
Salam. Belə əlamətlər verən 1001 dəri xəstəliyi mövcuddur. Diaqnozun dəqiqləşdirilməsi, səbəbinin təyini və müvafiq müalicələr üçün əyani müayinələr lazımdır. Müraciət edə bilərsiz yardım edərik sizə.
Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, 🌐: http://wjd.xqx.mybluehost.me Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur 🍃🌺☘️
Salam Demodext olanda uzde damar rozesea yaradir?
Salam. Demodex üzdə rozasea yaranmasında iştirak edir. Rozaseadə damarların genişlənməsinə də müşahidə edilir. Hörmətlə
Men Geneycun delta sabun vururam kukurtpu qetranli o komek eder genelerin olmeyine?
Sonra Exbona dermani icirem.Sineral dermani Pruflorin dermani bu 3 unu icirem bide uzumu kukurdlu Delta sabunla yuyuram.uzum.arada qizarir arada agarir ama.her yuxudan duranda uzumde damarlar cixir bezmjsem😔
Salam Mən bu yaxınlarda Analiz verdim Gənə Xəstəliyim olduğu aşkarlandı bu müalicə ilə neçə aya Gedər ?
Salam. Bu sualın konkret cavabı yoxdur. Bu suala ancaq əyani müayinələrdən sonra cavab vermək olar.
Salam qasığ gənəsinin malicesi varmi?qorxuludurmu bu?
Salam. Hər cür gənə xəstəliklərinin müalicəsi vardır. Hörmətlə
Salam hər vaxtiniz xeyr doktor. Menim 19 yasim var artiq 3 ildirki derimde ve qolarimda dəri alti sepgiler var. Lamya askarid ve üzümnen qolarinnan yaxma vermisem netice olaraq pozitif cixdi mualice aldim antibiotikler sistemler vs mazlar isdifade etmisem lakin yenede tesir etmedi men ne edim ?
Salam. Müraciət edə bilərsiz müalicə edərik sizi. Hörmətlə
Salam mənim 18yaşım tamam olub ağız ətrafında birdə sağ çənəmdə səpkilər var kosmeroloq gənə ola bilər dedi ama gənə qaşıntı verir və mənim üzüm nədəki belim heçvaxt qaşınmayıb sizcə gənə ola bilərmi? Səpkilər müəyyən müddətdən sonra öz özünə gedir və ləkə kimi qalır gənədədə belə olur? Öncədən təşəkkürlər🙏🏻
Salam. Ağzıətrafı səpgilər verən çox xəstəlik var. Diaqnozu dəqiqləşdirmək və səbəbini bilmək üçün əyani müayinələr lazımdır. Müraciət edə bilərsiz yardım edərik sizə. Hörmətlə
Salam doktor.Uzun qasinmasi geneden ola biler?Men de kecid dovrunden sepkiler qalib ve leke halini alib artiq 23 yasim var, amma sepkiler temizlenmir. Herden uzumde de qashinma olur.
Salam doktor. Men de kecid dovrunden beri uzumde sepkiler yaranib ve helede sepkilerden eziyyet cekirem 23 yasim var ve 15 yasimdan akne problemi yasayiram hemcinin uzumde bezen qashinma da olur. Hemin qashinmaya sebeb gene ola biler mi?Hetta uzumde artiq lekeler de yaranib lekelere qarsi ne etmek olar?
Salam. Əgər uzun zamandır bu problem həll edilmirsə həkim müayinəsi və müalicəsi lazımdır. Ləkələr düzəlməyən sızanaqlara ikincil yaranan problemdir. Sızanaqları biryolluq yox etməyi vəd edən müalicə üsulları lazımdır siə. Müraciət edə bilərsiz yardım edərik sizə. Hörmətlə.
Salam həkim qızımın 15 yaşı üzündə qaşınma qızartı yanmalar olur həkimə apardım 1ci səfə dediki demodeksdi mikrop var üzündə müalicə yazdı elədik 1 həftə düzəldi sonra xeyri olmadı sonra başqa həkimə apardım dediki gənə var üzündə dişi gənədi,müalicə elədim 20 gün sağaldı sonra yenə yara oldu üzü qaşındı qızardı yanmalar olur uşağın sinir sistemidə pozulur mən nə edimki uşağ sağalsın?
Salam. Gənə sızanaqların yaranmasında rola sahib deyil baxmayaraq analizlərdə müsbət çıxır. Müalicələr başqa üsullarla aparırlmalıdır. Müraciət edə bilərsiz ən doğru olan müalicələri təyin edərik sizə. Hörmətlə