Dermatoskopik müayinə nədir ?

Dermatoskopik müayinə (bəzən dermoskopik müayinə, dermatoskopiya və ya dermoskopiya kimi yazılır) müasir dermatologiyanın ən vacib diaqnostik üsullarından biridir. Onkodermatoloq tərəfindən icra edilən bu müayinə dərinin səthini böyüdərək dermatoloqa xalların, piqment ləkələrinin, şişlərin və digər dəri xəstəliklərinin strukturunu detallı şəkildə qiymətləndirməyə imkan verir.

Bu məqalə dermatoonkologiya sahəsinin ən vcib elementi olan dermatoskopik müayinənin nə olduğunu, nəyə görə həyati əhəmiyyət daşıdığınıniyə hər bir insanın ən azı ildə bir dəfə dermatoskopik yoxlanış və testlərdən keçməsinin tövsiyə olunduğunu ətraflı şəkildə izah edir.


Dermatoskopik Müayinə Nədir?

Dermatoskopik müayinə – dərinin xüsusi optik cihaz olan dermatoskop vasitəsilə böyüdülərək qiymətləndirilməsidir.

Bu cihaz:

  • x10–x30 böyütmə gücünə malikdir,

  • dərialtı strukturları daha aydın göstərir,

  • piqment paylanmasını göstərir,

  • damarlanma (vaskulyar) naxışlarını aşkarlayır,

  • melanoma və digər dəri xərçəngi növlərinin erkən aşkar edilməsində əvəzolunmazdır.

Müayinə ağrısızdır, 10–20 saniyə çəkir və heç bir kontrast maddə tələb etmir.

dermatoskopik müayinə


Dermoskopik Müayinənin Faydaları

Kiçik dəyişikliklər belə dermatoskop altında görünür və həkimə aşağıdakı üstünlükləri verir:

Melanomanın erkən mərhələdə aşkar edilməsi

Ən kiçik asimmetriya, qeyri-bərabər piqment, struktur pozğunluğu dərhal görünür.

Zərərsiz və təhlükəli xalların dəqiq fərqləndirilməsi

Dermatoloq “şübhəli” və “təhlükəsiz” xalları yüksək dəqiqliklə ayırd edə bilir.

Lazımsız əməliyyatların qarşısının alınması

Hər xalın kəsilməsinə ehtiyac olmur. Dermatoskopik müayinə riskli olmayan xalı tanıdır.

Təqib üçün yüksək keyfiyyətli fotoarxiv

Daimi kontrol üçün rəqəmsal dermatoskopiya istifadə olunur.


Kimlər Mütləq Dermatoskopik Müayinədən Keçməlidir?

 

Çoxsaylı xalları olanlar

Bədənində çoxsaylı xalları olanlar (>50 xal) xüsusəsn melanositik nevus dediyimiz törəmələri olanlar dermoskopik müayinə üçün dermatoonkoloqa müraciət etməlidir.  

Açıq dərili insanlar

Dəri tipi I–II olanlar yəni kürənlər, sarışınlar, mavi gözlü və yaşıl gözlü insanlar, üzün çillənməsi, kürəyin çillənməsi varsa dəri xərçəngi riski altında hesab olunurlar. Bu cür insalar ildə bir dəfə də olsa dermoskopik müayinə üçün dermatoonkoloji xidmət verən mərkəzə məsələn Kutanoz Klinikaya müraciət edə bilərlər. 

Ailəsində melanoma, bazal hüceyrəli karsinoma və ya digər dəri xərçəngi olanlar

Bir fərdə istər melanositik dəri xərçəngi istərsə də non-melanositik dəri xərçəngi diaqnozu qoyulubsa onlar mütləq vaxtaşırı dermmatoonkoloq müayinəsi üçün müraciət etməlidirlər.

Uşaqlıqdan böyük və atipik xalları olanlar

Uşaqlarda anadangəlmə xallar və ya kongenital nevus olanlar risk qrupuna aiddirlər. Eləcə də uşaqlarda çoxsaylı böyük ölçülü atipik melanostik nevuslar varsa dermatoonkoloq baxışı vacibidir. Buna çoxsaylı klark nevusu sindromu və ya displastik nevus sindromu da deyilir. 

Gün altında çox qalan və ya solaryuma gedənlər

Bəzi peşə sahibləri dənizçilər, fəhlələr, sürücülər və s. uzun illər boyu günəş altında qaldıqlarına görə günəşin ultrabənövəyi şüalarının təsirindən dəri xərçəngi yaranma riski altındadırlar. Adı keçən peşə sahibləri və günəş altında uzun zaman fəaliyyət göstərən şəxslər mütləq dermatoskopiya üçün dermatoonkoloq müayinəsində olmalıdırlar. 

Qanayan, qızaran, qaşınan və ya böyüyən xalı olanlar

ABCDE qaydasın uyğun olaraq illərdir mövcud olan xalda dəyişiklik baş verirsə xüsusən xalda assimetriya yaranıbsa dermatoloqa gedilməlidir. Xalda kələ-kötür kənarlar varsa gedilməlidir. Xalda rəng dəyişikliyi xüsusən ala-bula görüntüsü varsa gedilməlidir. Xalın diametri 6 mm-dən çoxdursa gedilməlidir. Xalda böyümə varsa gedilməlidir. Əl içində xal, ovuclarda xal və ya ayaqaltında xal varsa gedilməlidir. 

Dırnaqda qara xətt və ya dırnaqda qaralma varsa

Dırnaqlarda qaralma varsa mütləq dermatoskopik yoxlama aparılmalıdır. Akral melanoma deyilən ən bədnam metastaz verən dəri xərçəngi məhz dırnaqlardan başlayır. Ayaq baş barmağında qara xətt xüsusən diqqətə layiqdir. Xüsusən qadınlarda  dırnaqda qaralma şikayəti çox olur və bu münasibətlə Kutanoz Klinikaya müraciətlər olunur. 

Bunlar melanoma risk qrupunda hesab olunur və illik dermoskopik müayinə həyat qurtara bilər.

xalların müayinəsi


Dermoskopik Müayinə Necə Aparılır?

Müayinə sadə və komfortludur:

  1. Dermatoloq xalı və ya ləkəni vizual qiymətləndirir

  2. Sonra dermatoskop vasitəsilə böyüdülmüş görüntü əldə edilir

  3. Piqment strukturu, damar naxışı, xanın sərhədləri dəyərləndirilir

  4. Lazım gələrsə, digital dermoskopik foto çəkilir

  5. Dəri həkimi diaqnostik qərar verir:

    • müşahidə

    • təqib

    • biopsiya

    • cərrahi çıxarılma (lazım olarsa)


Dermoskopik və Dermatoskopik Müayinə Arasında Fərq Var?

Xeyr — dermoskopik müayinədermatoskopik müayinə terminləri eyni mənanı daşıyır və dermatologiyada tam şəkildə eyni proseduru təsvir edir. Post sovet ölkələrində ”dermo” sözü rus dilindəki ”nəcis” sözü ilə eynicür səsləndiyi üçün dermoskopiya ”nəcis müayinəsi” kimi qulağa səslənir. Buna görə bu cür ölkələrdə dermatosokop daha geniş istifadə edilir. Lakin dermoskopiya, həm dermatoskopiya dermatoskopik müayinə, dermoskopik müayinə, dərinin dermatoskopiyası, xalın dermoskopiyası, rəqəmsal dermatoskopiya eyni prosedurun müxtəlif adlarıdır.


Dermatoskopiya Niyə Vaxtında Olmalıdır?

Dəri xərçəngi dünyanın ən çox rast gəlinən xərçəngi növlərindəndir. Melanoma gecikmiş mərhələdə ölümcül ola bilər, lakin erkən aşkarlananda sağalma faizi 99%-dir.

Dermatoskopik müayinə:

  • xallardakı hər dəyişməni erkən görür,

  • həyəcan verən siqnalları aşkar edir,

  • gec diaqnozun qarşısını alır.

Bu səbəbdən illik profilaktik müayinə vacibdir.

dermoskopiya


Dermoskopiya Harada Edilməlidir?

Müayinə mütləq:

  • ixtisaslaşmış dermatoloq,

  • dermatoskopiya üzrə təcrübəsi olan həkim,

  • keyfiyyətli dermatoskop olan bir mərkəzdə (Kutanoz Klinika) aparılmalıdır.

Bu, həm diaqnostik dəqiqliyi, həm də təhlükəsizliyi təmin edir.


Dermatoskopik Müayinə Haqqında Tez-Tez Verilən Suallar

Müayinə ağrılıdır?

– Xeyr. Tamamilə ağrısızdır.

Hamıya lazımdır?

– Ən azı ildə bir dəfə profilaktik müayinə tövsiyə olunur.

Uşaqlarda etmək olar?

– Bəli, xüsusən böyük və ya anadangəlmə nevus olduqda.

Hər xal kəsilməlidir?

– Xeyr. Dermatoskopik müayinə lazımsız əməliyyatların qarşısını alır.

Hansı cihaz daha yaxşıdır?

– Əl dermatoskopu ilə bütün suallara cavab vermək mümkündür.  Digital dermoskop çox saylı riskli xalları olanların nəzarəti üçün yaxşıdır.

dermatoonkoloq


Dermatoskopiya Sağlamlığın Qorunmasında Əsas Addımdır

Dəri xərçəngi profilaktikasında dermoskopik müayinə (və ya dermoskopik müayinə) ən etibarlı və ən erkən diaqnostik üsuldur.

Müasir dermatologiyada bu prosedur:

  • təhlükəsizdir,

  • sürətlidir,

  • dəqiqdir,

  • həyati əhəmiyyət daşıyan məlumatlar verir.

Əgər dərinizdə dəyişiklik görmüsünüzsə və ya risk qrupundasınızsa, vaxt itirmədən dermatoskopik müayinə üçün dermatoloqa müraciət edin.

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir