B.e - Şənbə 10:00-17:00

Bazar - İŞ GÜNÜ DEYİL

(051) 444 66 44

info@mehdiiskandarli.com

Kutanoz Klinika

Atatürk prospekti 203/209

Uzman Dermatoloq | Sızanağın meydana gəlməsinin əsas səbəbi genlərdir

uzman dermatoloq

Uzman dermatoloq həkimin sözlərinə görə “Acne vulgaris” olaraq tanınan sızanaq xəstəliyinin əsas səbəbi genetik meyildir. Yəni, ailədə bir fərddə kimdəsə sızanaq problemi varsa başqa bir fərddə də akne xəstəliyi meydana gələ bilər. Lakin, ailədə bir kimsə də çivzələr olmasa belə xəstənin genlərindən qaynaqlanan problemlərə bağlı çivzə xəstəliyi ortaya çıxa bilər.Bəs genetik problem niyə akne yaradır ? Genetik pozuntular akne xəstələrində kişi hormonları sayılan andorgen hormonlarına qarşı yüksək sensitivlik yaradır. Androgen hormonlarına qarşı yüksək həssalıq isə üz yağlanması və saç yağlanması kimi patologiyalara səbəb olur. Yağlı dəri isə hər zaman sızanaq törədən “Cutibacterium acnes” və ya “Propionibacterium acnes” bakteriyaların artmasına səbəb olur ki, bu da öz növbəsində iltihabi və irinli sızanaq səpgilərini yaradır. Uzman dermatoloq onu da əlavə edir ki, şəkər xəstəliyinə genetik meyil də aknelərə rəvac verir. Yəni dərialtı səpgilər, üzdə səpgilər xəstənin metabolik sindroma meyilli olduğunu da göstərə bilir.  

Uzman dermatoloq Mehdi İskəndərli dediklərinə əsasən belə qənatə gəlmək olar ki, sızanaq xəstəliyinin yaranması çoxlu sayda zəncirvari patoloji reaksiyalar ilə əlaqəlidir. Bu zəncirvari reaksiyaların kökündə genetik pozuntu dayanır. Bu genetik pozuntu xəstəyə ya valideynlərdən ötürülə bilər, ya da xəstənin genlərində ilk dəfə mutasiya hesabına yarana bilər. Dermatologiya uzmanı Mehdi İskəndərli həm də onu qeyd etmişdir ki, sızanaq xəstəliyindən əziyyət çəkən valideynlərin övladlarında eyni xəstəliyin yaranma ehtimalı yüksəkdir. Uzman dermatoloq onu da qeyd edir ki, akne genetik səbəbdən yaransa da sızanaqların tam müalicəsi mümkündür. İsosupra dərmanı və ya oral izotretinoin adlanan preparat vasitəsi ilə aknelərdən tam qurtulmaq olur. Odur ki, sızanaq xəstələri o cümlədən gənclər ümidsiz olmamlıdırlar. Valideynlər isə yeniyetmə övladlarında üzdə səpgilər yarandığı təqdirdə ən qısa zamanda peşəkar dəri həkiminə randevu almağa tələsməlidirlər. Uzman dermatoloq həkimin sözlərinə görə əks halda gecikmə üzdə düzəlməyən çopurlaşma problemi yarada bilər. 

 

 

Paylaş

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər