Aftoz stomatit zamanı dermatoloji yanaşma

aftoz stomatit

Aftoz stomatit səbəbi, əlamətləri və müalicəsi

 

Qısa cavab: Bəli. Aftoz stomatit (ağızda afta/ağız içi yara) çox vaxt lokal və ya sistem faktorlarla əlaqəli olduğuna görə həm dermatoloq, tərəfindən qiymətləndirilir və müalicə olunur. Xüsusən təkrarlayan aftalar, çoxsaylı yaralar və ya Behçet kimi sistem xəstəlik şübhəsi olduqda dermatoloqun rolu artır.

Bu yazı məlumatlandırma məqsədi daşıyır. Ağız yarası 2–3 həftədən uzun çəkirsə və ya tez-tez təkrarlanırsa həkim müayinəsi vacibdir.

 


Mündəricat

 


Aftoz stomatit nədir?

 

Aftoz stomatit ağız boşluğunun selikli qişasında yaranan, adətən ağrılı, mərkəzi ağ-sarı rəngli, ətrafı qızarmış eroziya/xora (afta) ilə xarakterizə olunan vəziyyətdir. Çox vaxt yanaq içi, dodaq içi, dilin kənarı və yumşaq damaqda görünür.

Bu, “stomatit”in spesifik formasıdır: yəni hər stomatit afta deyil, amma aftoz stomatit stomatitin ən çox rast gəlinən variantlarından biridir.

 


Əlamətlər necə olur?

 

  • Yemək-içmək zamanı artan ağrı və göynəmə
  • 1 və ya bir neçə ədəd oval/dairəvi ağız yarası
  • Turş, acı, ədviyyatlı qidalara həssaslıq
  • Bəzən yaxın limfa düyünlərində həssaslıq

 

Yaralar meydana gələrkən bəzi xəstələrdə baş ağrısı, halsızlıq, oynaq ağrıları və qızdırma da ola bilər. Bəzi insanlarda xüsusən qadınlarda ağızda yara ilə bərabər genital bölgədə yaralar yarana bilər. 

 


Səbəblər və tətikləyicilər

 

Aftoz xoralar daxildən gələn müəyyən patologiyalar ilə əlaqəli ola bilir. Ağız boşluğunun gigiyenası başda olmaqla xarici faktorlar da oral aft yaradabilər. Bütün bu səbəblər dermatoloq tərəfindən kliniki, laborator, radioloji müayinələrdən sonra təyin edilir. Bəzi hallarda aftoz stomatitin səbəbi aşkar edilmir. O zaman xəstəlik idiopatik olaraq qəbul edilir və müvafiq müalicələr təyin edilir. Bunda başqa aftoz stomatit probleminə bənzər çoxlu sayda dəri xəstəlikləri vardır. Differensial diaqnostikanı peşəkar dermatoloq aparıb sonra müalicələr təyin edir. 

Aftoz stomatitin yaranma mexanizmi tam aydın olmasa da, bir çox xəstədə aşağıdakı faktorlar tetikleyici rol oynayır:

 

  • Lokal travma: yanağı/dili dişləmək, sərt fırçalama, breket/protez sürtünməsi
  • Stres, yuxusuzluq
  • Qidalar: turş və ya kəskin qidalar bəzi insanlarda alovlanma yarada bilər
  • Vitamin-mineral çatışmazlığı: Laborator analizlər ilə təsdiqlənməli (təkrarlayan aftalarda düşünülür)
  • Sistem xəstəlikləri: Behçet, iltihabi bağırsaq xəstəlikləri, çölyak və s. (xüsusən təkrarlayan/ağır gedişdə)
  • Diş pastası tərkibi: bəzi mənbələrdə pastalarda olan maddələr aftaları artıra biləcəyi qeyd edilir
  •  

Aftoz stomatit yoluxucudurmu?

 

Adətən yoluxucu deyil. Bu bənd çox vacibdir, çünki insanlar ağız yarasını tez-tez herpeslə qarışdırır. Herpetik stomatit (HSV) yoluxucu ola bilər və klinik gedişi fərqlidir.

 


Diaqnostika: nə zaman analiz lazımdır?

 

Yüngül və nadir aftalarda diaqnoz klinik müayinə ilə qoyulur. Ancaq aşağıdakı hallarda əlavə qiymətləndirmə daha doğrudur:

 

  • Yaralar 2–3 həftədən uzun çəkirsə
  • Tez-tez təkrarlanırsa (məs., ayda bir neçə dəfə)
  • Çoxsaylı, böyük, dərin yaralar varsa
  • Yanaşı genital yara, göz şikayəti, oynaq ağrısı kimi sistem əlamətlər varsa (Behçet şübhəsi)

 

Oral aft probleminin çoxlu sayda endogen, həmçinin ekzogen səbəbləri vardır. Bəzən təkrarlayan oral aftlar Behçet xəstəliyi fonunda da yarana bilir.  Ağzıda yara şikayəti ilə dermatoloq həkimə müraciət edilən təqdirdə ağız yaralarının səbəbi nədir sualına cavab vermək üçün əlavə müayinələr, testlər təyin edilə bilər. Aftoz stomatitin səbəbi və tətikləyici amilləri ayırd etmək üçün dəri həkimi xəstədən sitoloji, patoloji, bakterioloji, laborator, genetik, radioloji və s. testlərdən keçirdə bilər. Təkrarlayan aftalarda dermatoloq paterji testi adlanan dəri testini icra edə bilər.  Test seçimi pasiyentin tarixçəsinə görə fərdiləşdirilir.

 


Aftoz stomatit müalicəsi (sübutlara əsaslanan)

 

Aftoz stomatit  dəri həkimi tərəfindən müalicə edilir. Dermatoloq sadəcə dəri deyil eyni zamanda dırnaq, saç, ağız boşluğunun xəstəlikləri ilə məşquldur. Ağız boşluğunda ən sıx görülən problemlərdən biri aftoz stomatit problemidir. Aftoz stomatit ağızda ağrılı yara şəklində özünü göstərir. Ağız yarası adətən mərcimək böyüklüyündə olur. Mərkəzi ağ, ətrafı qırmızı rəngdə olur. Ağızda yara və xoraların elmi adı aft olaraq keçir. Qidalanma problemi yaradan oral aftlar əsasən dodaqa yara, dildə yara, dil kənarında yara, yanaqlarda yara, sərt damaqda yara kimi özünü göstəri.  

Məqsədlər: ağrını azaltmaq, sağalmanı sürətləndirmək və təkrarlanmanı azaldan faktorları idarə etmək.

 

1) Birinci dərəcəli: lokal müalicə

  • Topikal kortikosteroidlər – aftalarda ən çox istifadə olunan və bir çox tövsiyələrdə əsas yer tutan yanaşmadır (həkim təyini ilə). 
  • Xlorheksidin tərkibli qarqaralar – bəzi mənbələrdə aftaların ağırlığını və müddətini azaltmağa kömək edə biləcəyi göstərilir. 
  • Qoruyucu (barrier) gellər – yaranın üzərində qoruyucu qat yaradaraq yemək zamanı ağrını azalda bilər (simptomatik fayda).

 

2) Dəstək tədbirləri

  • Turş/acı/çox isti qidalardan müvəqqəti uzaq durmaq
  • Yumşaq diş fırçası və zərif gigiyena
  • Travma mənbəyini aradan qaldırmaq (kəskin diş kənarı, protez/breket sürtünməsi)

 

3) Ağır və ya davamlı hallarda

Çox ağır və ya tez-tez təkrarlayan aftoz stomatitdə sistem müalicələr müzakirə oluna bilər, lakin bu yanaşma yalnız dermatoloq tərəfindən klinik risklər dəyərləndirildikdən sonra seçilir. Amma unutmayın ki, oral aftoz stomatit probleminin müalicəsi vardır. Xəstələr ümidsiz olmamalıdırlar. Ağız yaralarının müalicəsi həblər, inyeksiyalar, qarqaralar, kremlər istifadə etməklə aparılır. Təkrarlayan oral aft probleminin uzun müddətlik remissiyasını əldə etmək mümkündür. Aşkar edilmiş səbəbdən asılı olaraq ağızda xora problemindən biryolluq qurtulmaq da olur. 

 


“Stomatit üçün maz” – hansı halda faydalıdır?

 

“Stomatit üçün maz” axtarışı çox yayğındır insanlarımız arasında, amma düzgün seçim stomatitin növündən asılıdır:

 

  • Aftoz stomatitdə: barrier gellər və həkimin seçdiyi topikal antiinflamator preparatlar faydalı ola bilər. 
  • Herpetik stomatitdə: “maz” təkbaşına problemi həll etmir; ağır hallarda erkən mərhələdə antiviral yanaşma tələb oluna bilər (həkim qərarı). 
  • Kandidozda: antifunqal müalicə lazımdır (sırf “yara mazı” effekt verməyə bilər).

 


Aftoz stomatit üçün qarqara

 

  • Sadə seçim: ilıq duzlu su (qıcıqlanmanı azalda bilər).
  • Antiseptik seçim: xlorheksidin – bəzi klinik mənbələrdə şiddət və müddətə müsbət təsiri qeyd olunur. 
  • Diqqət: spirtli, yandırıcı qarqaralar selikli qişanı qıcıqlandıra bilər.

 


Uşaqlarda aftoz stomatit

 

Uşaqlarda əsas risk mayenin az qəbulu və susuzlaşmadır. Afta çox ağrılıdırsa, uşaq su içə bilmirsə, yüksək hərarət və halsızlıq varsa müayinə gecikdirilməməlidir.

 

Afta neçə günə sağalır?

Kiçik aftalar çox vaxt 7–14 gün ərzində sağalır. Müddət uzanarsa və ya yaralar böyüyərsə, səbəbi yenidən qiymətləndirmək lazımdır. 

 


Nə zaman təcili həkimə müraciət etməli?

 

  • Yara 2–3 həftədən uzun çəkirsə
  • Udmaq çətinləşirsə, maye qəbulundan imtina varsa
  • Yüksək hərarət, güclü halsızlıq, susuzlaşma əlamətləri varsa (xüsusən uşaqlarda)
  • Tez-tez təkrarlanırsa və ya çoxsaylı/iri yaralar varsa

 


Tez-tez verilən suallar (TVS)

 

Aftoz stomatit nədir?

Aftoz stomatit ağız boşluğunda ağrılı “afta” yaralarının yaranması ilə gedən vəziyyətdir. Adətən yoluxucu deyil.

 

Aftoz xora herpesdirmi?

Xeyr. Aftoz stomatit çox vaxt yoluxucu deyil. Herpetik stomatit (HSV) yoluxucu ola bilər və klinik gedişi fərqlidir.

 

Aftoz stomatit üçün ən effektiv müalicə nədir?

Yüngül hallarda dəstək tədbirləri və lokal yanaşmalar kifayət edir. Bir çox klinik mənbələrdə topikal kortikosteroidlər əsas müalicə variantları arasında göstərilir; xlorheksidinli qarqaralar bəzi hallarda şiddət və müddəti azalda bilər. 

 

Aftoz stomatit üçün maz istifadə etmək olarmı?

Olar, amma seçim aftanın növünə və ağırlığına görə edilməlidir. Barrier gellər ağrını azalda bilər; həkim uyğun görərsə topikal antiinflamator preparatlar əlavə oluna bilər.


 

aftoz stomatit

 

 

 
 
 
 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Dermatoloq Mehdi İskəndərli Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Türkiyə, Ege Universitetinde rezidentura keçmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi kimi elmi məqalələri pubmed platformasında dərc edilmişdir, ölkəmizdə ilk dəfə meymunçiçəyi xəstəliyini aşkar etmişdir, Avropa Dermatovenerologiya Akademiyasının (EADV) üzvüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir