Giriş: Azərbaycanda dəri problemləri o cümlədən saç xəstəlikləri, dırnaq problemləri, ağız boşluğu xəstəlikləri, cinsi problemlər şikayəti ilə dermatoloq həkimə çoxsaylı müraciətlər olunur. Bütün dünyada olduğu kimi, Azərbaycanda dəri xəstəlikləri insidentində əhalinin ümumi artışı nisbətinə uyğun olaraq çoxalma müşahidə edilir. Xüsusən göbələk xəstəlikləri, psoriaz, dəri allergiyası, alopesiya, dəri xərçəngi, sızanaq xəstəliyi və ya akne vulqaris, pemfiqus xəstəliyi, dərinin avtoimmun xəstəlikləri, zöhrəvi xəstəliklər, ağızda yaralar və xoralar geniş yayılmışdır. Azərbaycanda dəri xəstəliklərinin geniş yayılması bir çox faktorlara bağlıdır. Dəri xarici orqan olaraq ətraf mühitin müxtəlif mənfi amillərinə məruz qalmaqdadır. Xüsusən günəşin ultrabənövşəyi şüaları bir çox dəri xəstəliklərinin səbəbi ola bilir. Bundan əlavə havada uçan allergenlər və toksik maddələr dərinin allergik xəstəliklərinin səbəbi kimi çıxış edir. Bundan əlavə daxilə qəbul edilən qidalar və tərkibindəki qatqı maddələri bir çox dəri problemləri o cümlədən allergik dəri xəstəliklərinin yaranma səbəbi ola bilir.
Sızanaq (Acne)
- Əlamətlər və simptomlar: Azərbaycan dəri problemləri arasında sızanaq xəstəliyi və ya akne xəstəliyi geniş yayılmışdır. Gənclik sızanaqları əsasən yeniyetmələrdə özünü göstərən dəri xəstəliyidir. Müxtəlif formalı üzdə səpgilər meydana gətirir. Bəzi xəstələrdə üzdə irinli səpgilər, bəzilərində isə üzdə ağrılı qabarmalar formasında özünü göstərir. Üzdə ağ nöqtə və qara nöqtə olaraq tərif etdiyimiz səpgilər əslində komedonal akne xəstəliyinin əlamətləridir. Kistik akne zamanı isə ümumiyyətlə abses şəklində üzdə şişkinlik yarana bilər. Çopurlaşdıran akne zamanı istə xəstədə əlavə olara üzdə çapıqlar və ya çopurlar yarana bilir. Şiddətinə görə yüngül, orta, ağır akne formaları vardır.
- Səbəblər: Aknenin səbəbi ekzogen və endogen faktorlardan asılıdır. Sızanaqların səbəbi genetik fondan asılı ola bilir. Hiperseborreya deyilən dəri yağlanması aknelərin yaranma səbəbi ola bilər. Təbii ki, dəri yağlılığı karbohidratla zəngin qidalar ilə artmış ola bilir.
- Müalicə yolları: Sızanaq müalicəsi daxilə və xaricə tətbiq edilən dərmanlarla icra edilir. Akne müalicəsi üçün xəstə tərəfindən müraciət edilən dəri klinikası Azərbaycan və ümumdünya səhiyyə təşkilatı protokollarına uyğun terapiyalar tətbiq etməlidir.
Ekzema (Eczema)
- Simptomlar və əlamətlər: Azərbaycanda dəri xəstəlikləri içərisində ekzema xəstəliyinin və ya dermatit xəstəliyinin insidenti yüksəkdir. Ekzemanın əlamətləri dəridə qaşıntı və qızartıdır. Lakin, dəridə qaşıntılı suluqlanma da ekzemanın simptomu ola bilər. Dəridə quruluq atopik ekzemanın əlamətləri içərisində geniş yayılmışdır.
- Səbəblər: Ekzemanın səbəbi polifaktorialdır. Kontakt ekzemanın səbəbi dəriyə təmas edən kontakt allergenlərdir. Əlcəklər, kremlər, sabunlar və s.
- Müalicə: Ekzemanın müalicəsi üçün dermatoloq topikal kremlər və nəmləndirici vasitələr təyin edir.
Psoriaz (Psoriasis)
- Simptomlar və əlamətlər: Azərbaycanda dəri problemləri içərisində psoriaz xəstəliyi geniş yayılmışdır. Psoriazın əsas əlamətləri dəridə pulçuqlu qaşıntılı qızartı və dırnaqlarda saralma ola bilər. Saç diblərində qaşıntılı kəpəklənmə psoriaz əlaməti ola bilər. Digər adı pullu dəmrov olan bu xəstəlik zamanı əsasən dirsəklərdə və dizlərdə qabıqlı qızartılar meydana gəlir.
- Səbəblər: Psoriazın səbəbi immun sistemində olan pozuntudur. Avtoimmun mexanizmlərlə meydana gəlir. Pullu dəmrovun yaranma səbəbi genetik səviyyədə baş vermiş pozuntular nəticəsində immun hüceyrələrinin sağlam dəriyə hücum etməsi dayanır.
- Müalicə: Psoriazın müalicəsi zamanı əsasən daxilə və xaricə təyin edilən immunosupressiv dərmanlardır. Pullu dəmrov kimi dəri xəstəlikləri və müalicəsi sübuta dayalı təbabətlə aparılmalıdır. Xalq təbabətiylə psoriazın müalicəsi yoxdur. Kutanoz Klinika kimi tanınan məşhur dəri klinikası Azərbaycan vətəndaşlarna hər növ dəri xəstəlikləri o cümlədən pullu dəmrovun müalicəsi üçün ən innovativ üsullar təklif edir.
Göbələk Xəstəlikləri (Fungal Infections)
- Növlər: Azərbaycanda dəri xəstəlikləri və müalicəsi barəsində tez-tez suallar verilir. Dərinin göbələk xəstəlikləri haqqında sorğular daha çoxdur. Əsasən də ayaq göbələyi. Ayaqda göbələyin əlamətləri arasında qaşıntı və qabıqlanmanı misal göstərmək olar. Ayaqda göbələk dırnaqlara da sirayət edərək dırnaq göbələyi yaradır. Dırnaqlarda qalınlaşma, saralma, ayrılma dırnaqda göbələk xəstəliyinin əlaməti ola bilir. Dəri göbələkləri arasında gövdədə, qasıqda, üzdə qaşıntılı qızartılar yaradan növləri vardır. Uşaqlarda saç tökülməsi ilə özünü göstərən göbələk xəstəliyi mövcuddur. Bundan əlavə ağızda və cinsi orqanlarda maya göbələyi infeksiyalarına tez-tez rast gəlinir.
- Səbəblər: Göbələk xəstəliyinin səbəbi rütubətli iqlim, gigiyenaya əməl olunmaması, ictimai yerlərdə olmaq dayanır. Hovuz, hamam, idman zallarına gedən insanlar ümumi gigiyena qaydalarına əməl etməsə dərinin göbələk xəstəliyi meydana gələ bilər.
- Müalicə: Dermatofitozlar göbələk əleyhinə kremlər və daxilə qəbul edilən dərmanlar ilə müalicə olunur. Göbələk xəstəlikləri zamanı gigiyena qaydaları və profilaktik tətbirlər dermatoloq təlimatına uyğun icra edilməlidir. Göbələk xəstəliyinin tam müalicəsi mümkündür.
Saç Tökülməsi (Alopecia)
- Simptomlar: Saç tökülməsi saçlı dəridə ləkə şəklində, tala şəklində və ya ümumi saç seyrəlməsi ilə özünü biruzə verə bilər. Qadınlarda ən çox lopa-lopa saç tökülməsi başlaya bilir. Alopesiya adlanan bu xəstəlik Azərbaycanda dəri xəstəlikləri içərisində öyrənilir. Ölkəmizdə trixoloq adı ilə özünü göstərənlərin mütləq əksəriyyəti dermatoloq deyil və alopesiya zamanı tibbi yanaşma sərgiləmirlər. Lakin trixologiya bir elm sahəsi olaraq dermatologiya elminin bir parçasıdır və saç xəstəlikləri və ona bağlı olan problemləri öyrənir. Uşaqlarda saç tökülməsi böyüklərdəki qədər aktualdır.
- Səbəblər: Alopesiyanın səbəbləri irsi faktorlar ola bilər. Bəzi saç tökülməsi genetik səbəblərdən yaranır. Qadınlarda saç tökülməsi səbəbi hormonal disbalans ucbatından yarana bilir. Bundan əlavə saç tökülməsi stress sonrası da ortaya çıxır. Alopesiya zəyif qidalanma və bunun nəticəsində yaranan avitaminoz nəticəsində də yarana bilər.
- Müalicə: Alopesiya müalicəsi zamanı topikal həllər dəri həkimi tərəfindən təklif edilir., PRP terapiyası istifadə edilə bilər lakin effektivliyi dərmanlarla müqayisədə azdır. Saç tökülməsinin müalicəsi dermatoloq konsultasiyası sonrası tərtib edilən müalicə strategiyası əsasında həll edilə bilər.
Allergik Dəri Reaksiyaları
- Simptomlar: Allergik dəri xəstəlikləri dəridə qaşıntılı səpgi, şişkinlik, qızartı ilə özünü göstərən xəstəliklərdir. Üzdə, dodaqda, dildə şişkinlik varsa ilk əvvəl kəskin allergik reaksiyalar ağla gəlməlidir. O cümlədən dəridə qaşıntılı qızartı və səpgilər varsa allergik reaksiya ehtimalı ilə dermatoloq həkimə müraciət edilməlidir. Kutanoz Klinika Dəri klinikası Azərbaycan üzrə geniş yayılsa da çox az saylı mərkəzlər bu cür xəstəlikləri qəbul edir. Lakin, Kutanoz Klinika dəri allergiyası olan pasientləri qəbul edir. Bu klinikdakı dermatoloq Bakı şəhəri üzrə deyil, eyni zamanda ölkə üzrə allergik dəri xəstələrini qəbul edir.
- Səbəblər: Allergik dəri reaksiyaların səbəbləri qida məhsulları, kosmetik vasitələr, mövsümi dəyişikliklər, stress ola bilər.
- Müalicə: Dəri allergiyasının müalicəsi zamanı antihistaminlər istifadə edilir. Lazım olduqda allergik dəri reaksiyaları zamanı hormonal preparatlar daxilə və xaricə dermatoloq müayinəsi sonrası təyin edilə bilər.
Azərbaycanda dermatoloqa nə zaman müraciət etməli?
- Xəbərdarlıq əlamətləri: Uzunmüddətli keçməyən dəridə qaşıntı varsa dəri xəstəlikləri və müalicəsi haqqında düşünmək lazımdır, Dəridə sürtələ yayılan qabqılı qızartılar o cümlədən göbələk xəstəlikləri, dəri allergiyası, alopesiya və s. varsa dəri klinikası Bakı üzrə və ya ölkə üzrə araşdırılıb müraciət edilməlidir. Dəridə ağrılı su toplayan yaralar olanda dermatoloq müayinəsi və müalicəsi üçün müraciət edilməlidir. Azərbaycanda dəri problemləri bütün dünyada olduğu kimi təkrarlanan dəri xəstəlikləri kimi özünü göstərir. Buna görə etibarlı dermatologiya uzmanı yanında nəzarətdə qalmaq lazımdır. Kutanoz Klinikadakı dermatoloq Bakı şəhəri üzrə bu cür xəstələri nəzarətdə saxlayır.
- Üstünlüklər: Bakıda ən yaxşı dəri klinikası və mərkəzlərdən hesab edilən Kutanoz Klinika vaxtında müalicə – tez sağalma, daha az fəsad prinsipi ilə ən innovativ həllər təklif edir. Azərbaycanda dəri problemləri o cümlədən geniş yayılmış sızanaq, ekzema, psoriaz, alopesiya, dəri allergiyası, göbələk kimi problemlər adı keçən dəri klinikasının uzman dermatoloq həkimi tərəfindən icra edilir.
Azərbaycanda Professional Müalicə İmkanları
- Mövcud prosedurlar: Yerli və daxili dərman təyini, kritoterapiya, koterizasiya, cərrahi müdaxilələr, küretaj, inyeksion terapiya, xalların götürülməsi, ziyillərin müalicəsi, papillomaların yandırılması, dermatoskopiya, trixoskopiya, trixologiya, dermatoonkologiya, pediatrik dermatologiya, dəri və daxili xəstəliklər, lazer terapiyası, PRP, tibbi üz maskaları, reseptlə dərmanlar.
- Qeyd: Özbaşına müalicə əksər hallarda vəziyyəti ağırlaşdırır.
Tez-tez verilən suallar
- Azərbaycanda ən çox rast gəlinən dəri xəstəlikləri hansılardır?
- ⇒ Saç tökülməsi, göbələk xəstəliyi, psoriaz xəstəliyi, ziyillər, papillomlar
- Dermatoloqlar sızanaq və ekzemanı necə müalicə edir?
- ⇒ Sızanaq müalicəsi eləcə də ekzema müalicəsi daxilə və xaricə tətbiq edilən dərmanlarla müalicə edilir.
- Psoriaz tam sağalır, yoxsa sadəcə idarə olunur?
- ⇒ Psoriaz səpgiləri tam keçir. Lakin xəstəlik xronikidir və idarə olunandır.
- Göbələk xəstəlikləri insandan insana keçirmi?
- ⇒ Göbələk yolxucudur və insandan insana keçir. Hətta heyvandan insana keçə bilir.
- Dəri problemlərinə qarşı ev üsulları varmı?
- ⇒ Yoxdur
Nəticə
- Xülasə: Azərbaycanda dəri problemləri geniş yayılıb, lakin effektiv müalicə üsulları mövcuddur.