Ağ ləkələr dəridə müxtəlif xəstəliklərin ucbatından yaran bilər. Bütün bəyaz ləkələr hipopiqmentasiya və ya depiqmentasiya səbəbiylə yaranır. Lakin fərqli mexanizmlərlə dəridə hipopiqmentasiya və ya depiqmentasiya verir. Əsasən uşaqlarda bəyaz sahələr anadangəlmə meydana gələ bilər. İki yaşına qədər yaranan ləkələr əksərən anadangəlmə olur və genetik pozuntu ilə əlaqəli olur. Məktəbə qədər dövürdə, məktəb dövründə, yeniyetməlikdə və böyüklərdə yaranan ağ ləkələr qazanılmış sayılır. Qazanılmış ağ ləkələr arasında ən ciddi olan xəstəlik xalq arasında ala xəstəliyi oalraq bilinən vitiliqo problemidir. Vitiliqo xəstəliyi dərinin avtoimmun xəstəliyidir və proqnozu pisdir. Vitiliqo xəstələrində dərinin istənilən yerində depiqmentasiya ilə özünü biruzə verən bəyaz ləkələr yaranır. Bu ləkələr əsasən göz ətrafında, dodaq ətrafında, dizlərdə, dirsəklərdə baldırların ön tərəfində, əllərdə yaranır.
Depiqmentasiya sahələri xəstəliyin ən ağır formalarında bədənin tamamını əhatə edə bilər. Buna yayğın generalizə və ya total vitiliqo deyilir. Vitiliqo xəstələrində saçlarda, qaşlarda və kipriklərdə tük ağarması da görülə bilər. Ağ ləkələr şəklində özünü götərən vitiliqo xəstəliyi sadəcə dərinin problemi deyil. Bu xəstələrdə paralel şəkildə daxili orqanların avtoimmun mənşəli problemləri də yarana bilər. Dermatoloq ehtiyac bidliyi təqdirdə vitiliqo xəstələrində sistem problemlərini araşdırmaq üçün əlavə laborator analizlər istəyə bilər. Vitiliqo xəstələrinin müalicəsi çətin olsa da mümkünsüz deyildir. Müasir təbabət bu xəstəliyin müalicəsində müxtəlif preparatlar təklif emir. Onları hər bir xəstə qəbul etməlidir. Ən azı xəstəliyin yayılmaması üçün çalışılamlıdır. Dermatolq həkimin təyin etdiyi yerli müalicələr həkim nəzarətdində tətbiq edilməlidir. Günəşdən həm fiziki, həm də spf kremləri hesabına qoeunmalıdır. Stres faktorları və dəriyə tətbiq edilən travmalardan uzaq durulmalıdır. Depiqmentasiya sahələri günəş şüalarının mənfi təsirinə qorunmasız olduğu üçün o sahələrdə dəri xərçəngi yaranma riski yüksəkdir. Ona görə ağ ləkələr günəşdən xüsusən qorunmalıdır.