Herpes xəstəliyinin tam müalicəsi mümkündür ?

Herpes xəstəliyinin tam müalicəsi

Herpes xəstəliyinin tam müalicəsi mümkündürmü ?

Əlbəttə mümkündür! Bu xəstəliyinin kəskin vaxtında müvafiq həb, kremlər istifadə etməklə çox qısa zamanda şikayətləri söndürmək və fəsadların qarşısını almaq olur. İmmun sistemini çökdürən hallarla mübarizə də herpesin müalicəsi üçün faydalıdır Hətta ay ərzində bir neçə dəfə təkrarlayan genital herpes həmlələrini də uzun müddətliyinə yox etmək olur. . Ümumiyyətlə bu xəstəlik dərinin ən adi, ən çox öyrənilmiş və müalicəyə çox qısa zamanda müsbət cavab verən bir virus xəstəliyidir.

Herpes xəstəliyi nədən yaranır?

Bu bir herpes virusu tərəfindən törədilən dəri xəstəliyidir. Törədicisi HSV-1HSV-2 daha dəqiq desək herpes simplex virus 1 və herpes simplex virusu 2 hesab edilir. HSV 1 əsasən ağız ətrafında daha dəqiq desək üzdə, yanaqlarda,  ağız boşluğunda və dodaqlarda herpetik səpgilər yaradır. Hətta gözətrafı herpes səpgiləri yarana bilər. HSV 2 isə cinsiyyət orqanlarına yayılaraq genital bölgədə əsasən penis başı, penis şaftı, bud, qasıq və yanlarda herpetik səpgilər yaradır. Qadınlarda isə vagina ətrafında böyük və kiçik dodaqlarda, bud və yanlarda su toplayan qabarcıqlar, suluqlara səbəb ola bilər. 

Herpesə kimlər yoluxur?

Əksər insanlar HSV 1 virusuna yoluxurlar. Ömründə bir dəfə olsa da hər kəsin dodağında uçuq dediyimiz su qabarcığı şəklində şikayətləri ola bilər. Cinsi aktivliyi yüksək olan şəxslərin əksəriyyəti isə HSV 2 virusuna yoluxurlar. Əksər hallarda bu viruslara insanlar səssiz yoluxurlar. Amma bəzilərində ilk yoluxma epizodu çox şiddətli keçir. Selikli qişalarda o cümlədən ağız içərisində yaralar, cinsiyyət bölgəsində (genital) yaralar, qızdırma, ağrı, şişkinlik, halsızlıq ola bilər. Bundn əlavə doğuş zamanı anadan körpəyə də keçə bilir.

Herpesə yoluxan hər kəs müalicə almalıdırmı?

Xeyir! Dediyimiz kimi əksər insanlar bu viruslara yoluxurlar. Amma onlardan az bir qismi herpes xəstəsi olur. Əksəriyyəti asemptomatik olur. Yəni heç bir şikayətləri olmur. Kimlərdə ki, vaxtaşırı yanma, göynəmə, qaşıntı verən, su qabarcıqları gösətərən qızartılı herpetik səpgilər yaranırsa onlara herpes xəstəsi demək olar. Bəzi insanlarda isə genital herpes həmlələri çox tez-tez təkrarlayır. Ayda bir neçə dəfə herpetik səpgilər yaran bilir. Bu isə pasientdə ciddi diskomfort yaradaraq həyat keyfiyyətini aşağı salır. Belə olan halda xəstələr herpes xəstəliyinin tam müalicəsi məqsədi ilə dermatoloq həkimə müraciət edirlər və təyinatda isə əsasən daxilə və xaricə tətbiq edilən antiviral dərmanlardır. 

Herpes viruslarından qurtulmaq mümkündürmü?

Xeyir! Herpes virusundan qurtulmaq olmur, amma xəstəlikdən yəni herpetik səpgilərdən uzun müddətliyinə qurtulmaq olar. Ümumiyyətlə istənilən virusa bir dəfə yoluxan insanlar bir daha ondan qurtula bilmir əksər hallarda. Onlar ömür boyu hüceyrələrimizdə gizli şəkildə qalır. Herpes virusları da o cümlədən.

Genital herpesin qan analizləri varmı?

Bəli var. Amma əksər hallarda dermatoloq və ya dəri həkimi bu analizləri istəmir. Yalnız xüsusi hallarda HSV 1 və HSV 2 analizləri istəniləndə qanda müsbət nəticələr aşkarlana bilər. Bu nəticələr xəstənin ömrünün sonuna qədər müsbət qalır. Heç bir müalicə ilə onu neqativləşdirmək olmur. Sağlam bir insan da HSV 1 və HSV 2 analizlərini verərəsə onlarda müsbət nəticələr çıxar. Lakin bu o demək deyil ki, onlar mütləq müalicə ediləməlidir. Genital herpes müalicəsi yalnız suluqlanma, qızartı, şişkinlik, ağrı, göynəmə və s. əlamətlər verdiyi təqdirdə peşəkar dermatoloq və ya dəri həkimi tərəfindən təyin edilir.

Genital herpes xəstəliyi sonsuzluq problemi yarada bilərmi?

Əsla! Bu xəstəlik müsbət proqnoza malikdir. Nə qadında, nə də kişilərdə herpes sonsuzluq səbəbi ola bilməz.

herpes xəstəliyi

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Dermatoloq Mehdi İskəndərli Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Türkiyə, Ege Universitetinde rezidentura keçmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi kimi elmi məqalələri pubmed platformasında dərc edilmişdir, ölkəmizdə ilk dəfə meymunçiçəyi xəstəliyini aşkar etmişdir, Avropa Dermatovenerologiya Akademiyasının (EADV) üzvüdür.

13 Responses

        1. Salam. Qəbula düşmək üçün randevu ala bilərsiz. Ünvan: Kutanoz Klinika. Atatürk prospekti. Ayna Sultanova parkının yanı. Bazar xaric hər gün 10:00-15:00 arası, sadəcə 4-cü gün 17.00-21.00 arası xəstə qəbul edilir. Canlı növbə ilə xəstələr qəbul edilsə də randevu verilir. Uzaqda olub gələ bilməyənlər üçün ödənişli onlayn telesəhiyyə xidməti də vardır. Qeyd edilən vatsap nömrəsi ilə əlaqə saxlayaraq əlavə suallarınızı verə bilərsiz. ☎️: (051) 444 66 44, 🌐: https://mehdiiskandarli.com 🍃🌺☘️a

  1. Salam bu gün həkimdə oldum yanımda yara var dedi herpisdi yeriməyimə problem yaradıb əgər bu xəstəlik cinsi yola kecirsə məndə bu necə yarana bilər 10ildi gec bir əlaqə yoxdur

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir