Üzdə ağ ləkələr səbəbi nədir ?

üzdə ağ ləkələr

Üzdə ağ ləkələr şikayəti ilə Kutanoz Klinikaya tez-tez randevular alınır. Üzdə ağ ləkə verən dəri xəstəlikləri çoxdur. Hər yaşda üzün ağ ləkələri probleminə rast gəlmək mümkündür. Uşaqlarda üzdə ağ ləkə şikayətləri daha çox rast gəlinir. Ona görə üzdə meydana gələn ağ ləkələr həm də pediatrik dermatologiyanın bir parçasıdır. Üzdə ağ ləkələrin səbəbi müxtəlif dəri xəstəlikləri ola bilər. Ala xəstəliyi və ya vitiliqo xəstəliyi bunların arasında daha ciddi hesab olunan növüdür. Cünki vitiliqo vaxtında müalicə və profilaktika aparılmasa zamanla bədənin digər bölgələrinə də keçə bilər. Ona görə dəridə ağ ləkələr probleminə etinasız yanaşmaq olmaq. Hər bir halda erkən diaqnostika və müalicə üçün dermatoloq həkimə müraciət olunmalıdır. Xüsusən ağızətrafı ağ ləkələr və gözətrafı ağ ləkələr diqqəti hər zaman cəlb etməlidir. Cünki ala xəstəliyi bəzi hallarda məhz göz qapaqlarında ağ ləkə və ağız ətrafında ağ ləkə şəklində özünü biruzə verə bilər. Dodaqlarda ağarma da vitiliqo ilə əlaqəli ola bilər.

üzdə ağ ləkələr

Üzdə ağ ləkələr səbəbi kimi hər zaman vitiliqo deyildir. Allergik dəri xəstəlikləri zəminində də hipopiqmentasiya dediyimiz dəridə ağarma müşahidə edilə bilər. Uşaqlarda ağ ləkələr anadangəlmə meydana gələrsə bu daha çox genetik xəstəliklərdən xəbər verə bilər. Dəridə ağ ləkələrin sayısı nə qədər çox olarsa genetik xəstəliklərə yaxınlaşma ehtimalı bir o qədər yüksəlmiş olur. Üzdə ağ ləkə həm də avtoimmun mənşəli müxtəlif dəri xəstəliklərdən də ola bilər. Bu cür xəstəliklər əsasən dəridə bərkimə və ya sklerozlaşma ilə özünü göstərir. Uşaqlarda dəridə sklerozlaşma ilə gedən xəstəliklər dəridə ağ ləkələr verə bilir. Böyüklərdə üzdə ağ ləkələrin də səbəbi avtoimmun mexanizmlər ilə yaranan dəri problemləri ola bilər. Belə xəstələrdə dəridə ağ ləkələr həm də dərinin digər açıq yerlərində o cümlədən, qollarda, əllərdə, sinədə, kürəkdə də yarana bilər. Lakin istənilən halda üdzə ağ ləkələr verən hər növ dəri xəstəliyinin müalicəsi istər uşaqlarda, istər böyüklərdə vardır. Bunun üçün erkən müalicələr üçün zamanında dermatoloq həkimə müraciət edilməlidir.

 

 

 
 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər