saçlarda-kəpəklənmə.jpg

Saçlarda kəpəklənmə və qabıqlanma bir çox dəri xəstəliklərdən yarana bilər. Gün ərzində dermatologiya poliklinikalarına saçlarda kəpəklənmə, başda qabıqlanma və qaşıntı şikayəti ilə müraciət edən xəstələr olduqça çoxdur. Bir çox xəstələrdə paralel şəkildə saç yağlılığı da müşahidə edilir. Şikayətlər sadəcə skalp dediyimiz saçlı dəri ilə məhdudlaşmır. Qabıqlı, kəpəkli qızartılar sinədə, kürəyin arxasında, qoltuq altında, qasıqda da meydana gələ bilər. Saçlarda kəpəklənmə ilə paralel olaraq qaşlarda kəpəklənmə, burun ətrafında qabıqlanma, saqqalda kəpək, qulaq arxasında və qulaq dəliyində kəpəklənmə də yarana bilər. Başın kəpəklənməsi, ənsədə qabıqlı qızartılar adətən günəşli sezonlarda azalır. Qış aylarında isə kəskinləşmə müşahidə edilir. Stress faktoru da xəstəliyi artıran səbəblər arasındadır. Bəzilərində başda kəpəklənmə, başın qaşınması və qabıqlanma şikayətləri istifadə etdiyi dəri tipinə uyğun olmayan və tərkibi allergenlərlə zəngin olan şampunlara, sabunlara bağlı yaranır. Əlavə olaraq qadınlarda məməaltında qızarıqlıq da görülə bilər. Ən yayılmış formada bütün bükənəklərdə qızartı o cümlədən qoltuqda qaşıntılı qızartı da yarana bilər. 

Görsəndiyi kimi başda qabıqlı qızartının səbəbi  çoxdur. Müxtəlif adda dəri xəstəlikləri başda kəpəkli qaşıntılı qabıqlı qızartı verə bilər. Belə olan halda mütləq dermatoloq konsultsiyası vacibdir. Dəri həkimi saçlarda kəpəklənmə şikayəti ilə müraciət edən pasientlərdən ətraflı anamnez topladıqdan və klinik müayinədən sonrå başda kəpəkli qızartıların səbəbi ola biləcək xəstəlikləri ehtimal edir. Diaqnozu dəqiqləşdirmək üçün bəzən əlavə olaraq laborator və mikrobioloji testlərə də müraciət edilir. Dermatologiya uzmanı diaqnozu dəqiqləşdirmək üçün skalp dediyimiz saçlı dəridən dəri biopsiyası da götürə bilər. Dəri biopsiyası ilə 100% dəqiqliklə diaqnozu təyin etmək mümkündür. Diaqnoz dəqiqləşəndən sonra dermatoloq həkim müvafiq qaydada şampun, sabun, losionlar, kremlər təyin edə bilər. Ən ağır formalarda daha effektli daxilə verilən inyeksiyalar və tabletlər də təyin edə bilər. Saçlarda kəpəklənmə problemi əksər hallarda  xroniki olduğu üçün mütləq davamlı qaydada profilaktika və yerli preparatlardan vaxtaşırı istifadə etmək tələb olunur. Dermatoloq kontrollarına təyin edilən vaxtlarda gəlmək lazımdır. Ümumiyyətlə saçlarda kəpəklənmə, başda qabıqlı qızartı probleminin həlli vardır. 

 

 

dermatoloq mehdi iskəndərli

Uzm. Dr. Mehdi İskəndərli

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.


2 şərh var

  • Arif efemdiyev

    10/01/2020 at 00:25

    salam.doktor eyni dediyiniz sikayetler var basda ,cenede ,qulaq beden beI nahiyelerinde.ne etmek olar?

    Reply

    • dermatoloq mehdi iskəndərli
      Uzm. Dr. Mehdi İskəndərli

      10/01/2020 at 09:38

      Salam Arif bəy! Müraciət edin sizə yardım edək. Öncə kəpəyin səbəbini təyin etmək lazımdır. Sonra isə müvafiq müalicələr və profilaktika. Bu problemin həlli vardır. Hörmətlə

      Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, ????: http://mehdiiskandarli.com Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur.

Şərh Bildir

E-mail adresiniz yayımlanmayacaq. Lazımı sahələr * işarəsi ilə qeyd olunub.




ŞƏFANIZI BİZDƏ TAPIN





ŞƏFANIZI BİZDƏ TAPIN