genetik-herpes-1.jpg
Herpes xəstəliyi müalicə olunurmu?

Əlbəttə müalicə olunur! Bu xəstəliyinin kəskin vaxtında müvafiq həb, kremlər istifadə etməklə çox qısa zamanda şikayətləri söndürmək olur. Hətta ay ərzində bir neçə dəfə təkrarlayan genital herpes həmlələrini də uzun müddətliyinə yox etmək olur. Ümumiyyətlə bu xəstəlik dərinin ən adi, ən çox öyrənilmiş və müalicəyə çox qısa zamanda müsbət cavab verən bir virus xəstəliyidir.

Herpes xəstəliyi nədən yaranır?

Bu bir virus xəstəliyidir. Törədicisi herpes simplex virus 1 (HSV 1) və herpes simplex 2 (HSV 2). HSV 1 əsasən ağız, dodaq və üz nahiyyəsində herpetik səpgilər yaradır. HSV 2 isə genital bölgədə əsasən penis başı, penis şaftı, bud, qasıq və yanlarda herpetik səpgilər yaradır. Qadınlarda isə vagina ətrafında böyük və kiçik dodaqlarda, bud və yanlarda su toplayan qabarcıqlar, suluqlar verə bilər.

Herpesə kimlər yoluxur?

Əksər insanlar HSV 1 virusuna yoluxurlar. Ömründə bir dəfə olsa da hər kəsin dodağında uçuq dediyimiz su qabarcığı şəklində şikayətləri ola bilər. Cinsi aktivliyi yüksək olan şəxslərin əksəriyyəti isə HSV 2 virusuna yoluxurlar. Əksər hallarda bu viruslara insanlar səssiz yoluxurlar. Amma bəzilərində ilk yoluxma epizodu çox şiddətli keçir. Ağız içərisində yaralar, cinsiyyət bölgəsində (genital) yaralar, qızdırma, ağrı, şişkinlik, halsızlıq ola bilər.

Herpesə yoluxan hər kəs müalicə almalıdırmı?

Xeyir! Dediyimiz kimi əksər insanlar bu viruslara yoluxurlar. Amma onlardan az bir qismi herpes xəstəsi olur. Əksəriyyəti asemptomatik olur. Yəni heç bir şikayətləri olmur. Kimlərdə ki, vaxtaşırı yanma, göynəmə, qaşıntı verən, su qabarcıqları gösətərən qızartılı herpetik səpgilər yaranırsa onlara herpes xəstəsi demək olar. Bəzi insanlarda isə genital herpes həmlələri çox tez-tez təkrarlayır. Ayda bir neçə dəfə herpetik səpgilər yaran bilir. Bu isə pasientdə ciddi diskomfort yaradaraq həyat keyfiyyətini aşağı salır.

Herpes viruslarından qurtulmaq mümkündürmü?

Xeyir! Viruslardan qurtulmaq olmur, amma xəstəlikdən yəni herpetik səpgilərdən uzun müddətliyinə qurtulmaq olar. Ümumiyyətlə istənilən virusa bir dəfə yoluxan insanlar bir daha ondan qurtula bilmir əksər hallarda. Onlar ömrün sonuna qədər hüceyrələrimizdə gizli şəkildə qalır. Herpes virusları da o cümlədən.

Genital herpesin qan analizləri varmı?

Bəli var. Amma əksər hallarda dermatoloq və ya dəri həkimi bu analizləri istəmir. Yalnız xüsusi hallarda HSV 1 və HSV 2 analizlər istəniləndə qanda müsbət nəticələr aşkarlana bilər. Bu nəticələr xəstənin ömrünün sonuna qədər müsbət qalır. Heç bir müalicə ilə onu neqativləşdirmək olmur. Sağlam bir insan da HSV 1 və HSV 2 analizlərini verərəsə onlarda müsbət nəticələr çıxar. Lakin bu o demək deyil ki, onlar mütləq müalicə ediləməlidir. Genital herpes müalicəsi yalnız suluqlanma, qızartı, şişkinlik, ağrı, göynəmə və s. əlamətlər verdiyi təqdirdə dermatoloq və ya dəri həkimi tərəfindən təyin edilir.

Genital herpes xəstəliyindən sonsuzluq problemi yarana bilərmi?

Əsla! Bu xəsətlik müsbət proqnoza malikdir. Nə qadında, nə də kişilərdə sonsuluq səbəb ola bilməz.

 

 

Uzm. Dr. Mehdi İskəndərli

Uzm. Dr. Mehdi İskəndərli

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.


2 şərh var

  • elnare

    12/02/2020 at 09:23

    Salam doktor.Qizimin 11 yasi var belinden qehveyi leke ile dogulub.Korpelikde monqol lekesi oldugunu deyibler.Yas artiqca kececekdi.Yalniz bu gune qeder hemen leke usaqda var ne etmeliyik?Birde qizim derisi toyuq derisi kimidir qasiyanda ag deri kimi qabiqlar qopur qurudu sanki derisi

    Reply

    • Uzm. Dr. Mehdi İskəndərli
      Uzm. Dr. Mehdi İskəndərli

      12/02/2020 at 16:12

      Salam Elnarə xanım. Sualınıza görə təşəkkürlər! Monqol ləkəsi getmir. Lakin monqol ləkəsi ilə səhv salınan bir sıra xəstəliklər vardır. Dəqiqləşdirmək üçün əyani müayinələr lazımdır. Qaz dərisi isə dərinin anadangəlmə xüsusiyyətidir. Onun da çarəsi var.

Şərh Bildir

E-mail adresiniz yayımlanmayacaq. Lazımı sahələr * işarəsi ilə qeyd olunub.



Əlaqə

Tel: (012) 959
Mob: (051) 444 66 44



Ünvan

HB Güven Klinik
Atatürk pr. 3078
(Ayna Sultanova Heykəlinin yaxınlığı)





2019. Bütün hüquqlar qorunur.