Dermatoloq / Dəri və zöhrəvi xəstəlikləri mütəxəssisi

Daxili Xəstəliklər və Dəri

Daxili xəstəliklər və dəri barəsində ümumi məlumat

Dəri daxili orqanların və insan ruhunun aynasıdır. Yəni dəridəki problemlər daxili orqanlar və ruh sağlığı haqqında məlumat verə bilər. Bəzi dəri xəstəlikləri dəriyə məhduddur. Yəni, daxili xəstəliklər, sistem problemləri, xərçəng və ya sindromlarla əlaqəli deyildir. Bəzi dəri xəstəlikləri isə daxildən gələn sistem problemlərinin bir parçası şəklində ortaya çıxır. Yəni dəri problemləri daxili orqan və sistemlərdə gizli gedən ciddi problemlərin ilkin xəbərçisi kimi özünü göstərir. Bəzi şanslı xəstələrdə daxili orqan xəstəlikləri öz klinik əlamətləri özünü biruzə vermədən öncə dəridə ağ ləkə, qəhvəyi ləkə, qırmızı ləkə, törəmə, qızartı, qaşıntı, quruluq, qabarcıq, yaralar, qabıqlanma, alopesiyalar, dırnaq problemləri və ağız boşluğunun selikli qişasının patologiyaları orataya çıxır. Belə olan halda dermatoloq vəya dəri həkimi əgər peşakardırsa bu xəstə dərhal müayinələrdən və analizlərdən keçirilərək daxili xəstəliklərin izinə düşülür.

Əgər xəstədə sistem problem aşkarlanarsa xəstə o zaman həmin orqan və sistemin ixtisas həkiminə yönləndirilərək dəri və daxili xəstəliklərin müalicəsi və müşahidəsi müştərək şəkildə aparılır. Demək olar ki, bütün orqan və sistemlərin xəstəlikləri bu vəya digər şəkildə dəri xəstəlikləri şəklində özünü göstərə bilər. Hətta daxili orqanların bədxassəli şişləri, xərçəng xəstəliyi də ilk başda dəri problemləri yarada bilər. Bəzən olur ki, dəri səpgilərinə görə xəstənin daxili orqanlarındakı bədxassəli törəməni, xərçəng xəstəliyini erkən mərhələdə izinə düşə bilirik və xəstənin həyatını qurtarılmasında dermatoloq və ya dəri həkimi kimi öz tövhələrimizi verə bilirik. Bunun üçün isə soydaşlarımız dəridə, saçlarda, dırnaqlarda, ağız boşluğunda meydana gələn şikayətləri uzatmadan, özfəaliyyət etmədən zamanında dermatoloqa müayinə etdirməlidir. Cünki, sizdəki dəri xəstəliyinin daxili orqanlarla əlaqəsi ola bilər. Daxili orqan xəstəlikləri isə həyatı təhlükəli hal olduğu üçün onun erkən mərhələlərdə aşkar edilməsi həyat qurtarıcıdır.

Lakin ölkəmizdə bu istiqamətdə yanlış parkatikalarla üzləşirik. Belə ki, dəridə, ağız boşluğunda, dırnaqlarda, saçlarda hər hansı problem yarandığı halda bir çox xəstələr daxili xəstəliklərdən şüphələnərk dermatoloqa müraciət etmək əvəzinə dərhal endokrinoloq, qastroenteroloq, hepatoloq, revmatoloq, nevroloq, hematoloq, pediatr, terapevt, allerqoloq, radioloq, infeksionist, psixiatr və digər ixtisas həkimlərinə müraciət edirlər. Belə olan halda hər bir ixtisas həkimi dəri xəstəsini çoxlu sayda gərəksiz ‘’check up’’ dərəcəsində müayinələrdən keçirdir. Nəhayətdə xəstədə heç bir problem aşkar edilmir, heç bir ciddi müalicələr verilmir. Zaman itkisinə görə dəri xəstəliyi dərinləşdikdən sonra dəri həkiminə müraciət edirlər. Dəri həkimi proqressivləşmiş xəstəliyin diaqnozunu qoyandan sonra məlum olur ki, bu xəstəliyin heç bir daxili sistem problemi ilə əlaqəsi yoxdur. Bu dəriyə məhdud sadə bir dəri xəstəliyidir. Sadəcə zaman itkisinə məruz qaldığı üçün sadə bir dəri xəstəliyi dərinləşərək fəsadlaşmışdır.

Deməli dəri xəstəliyinin diaqnozunu qoymadan araşdırmalar aparmaq olmaz. Dəri problemlərinin diaqnozunu qoyacaq isə yalnız bir ixtisas həkimi vardır o da dermatoloq və ya dəri həkimidir. Dəri həkimi dəridə, dırnaqda, saçda, ağız boşluğunda yaranan problemləri qiymətləndirir və diaqnoz qoyur. Sonra diaqnoza uyğun barmaqla sayıla biləcək qədər az ehtimal edilən daxili orqan və sistemlərin xəstəliklərini araşdırır. Bu həm maliyyə, həm də zaman itkisi baxımından daha səmərəli qəbul edilir və dünyada da bu praktika tətbiq olunur. Biz də mərkəzimizdə kiçik dəri problemləri ilə böyük daxili sistem problemlərini aşkar edərək nəyinki dəri xəstəliyini müalicə edirik, hətta xəstə üçün həyati təhlükəli daxili xəstəliklərini zamanında aşkar edib aid olduğu ixtisas həkimlərinə yönləndiririk.



DERMATOLOGİYA


Doktor ilə görüş vaxtı təyin et

İŞ SAATLARI




Doktor ilə əlaqə yarat

ƏLAQƏ MƏLUMATLARI


(051) 444 66 44

(051) 444 66 44


Randevu Al


Həkimə sualınız var və ya görüş təyin etmək istəyirsiniz?


DAXİLİ XƏSTƏLİKLƏR VƏ DƏRİ BARƏSİNDƏ DAHA ÇOX ÖYRƏN


Hidroksixloroxin dərmanı ilk dəfə malyariya xəstəliyi əleyhinə istifadə edilməyə başlanılsa da ikinci dünya müahribəsi zamanın dərmanın başqa müsbət təsirlərə malik olduğu müşahidə edilmişdir.

Hidroksixloroxin molekulasının tarixi qədim ink mədəniyyətinə qədər gedib çıxır. 1600-ci illərdə İspanlar İnk imperiyasının istilası zamanı müşahidə etmişlər ki, yerlilər hərarəti yüksək olan insalara

Lupus xəstəliyi dərinin xroniki, avtoimmun, revmatizmal dəri xəstəliyidir. Digər adı qırmızı qurd eşənəyi olan bu xəstəlik dəri, dırnaq, saç və ağız boşluğunun selikli qişasında


Əlaqə

Tel: (012) 959
Mob: (051) 444 66 44



Ünvan

HB Güven Klinik
Atatürk pr. 3078
(Ayna Sultanova Heykəlinin yaxınlığı)





2019. Bütün hüquqlar qorunur.