Atopik dermatit müalicəsi: dermatoloq nəzarətində effektiv və müasir yanaşma

atopik dermatit müalicəsi

Atopik dermatit müalicəsi yalnız kremlərlə məhdudlaşmayan, dermatoloq tərəfindən planlanan və uzunmüddətli nəzarət tələb edən kompleks tibbi prosesdir. Atopik dermatit xroniki, residivlərlə gedən iltihabi dəri xəstəliyi olduğu üçün özbaşına müalicə əksər hallarda qeyri-effektiv və risklidir. Dəri həkimi sadəcə böyüklərin dəri problemlərini deyil eyni zamanda uşaq dəri xəstəlikləri ilə də məşquldur.

Pediatrik qrupda ən sıx rast gəlinən dəri xəstəliklərindən biri də atopik dermatit və ya atopik ekzema xəstəliyi sayılır. Bu xəstəlik əsasən pediatrik dermatologiya sahəsinin problemi sayılır. Bu səbəbdən atopik ekzemanın müalicəsi dermatoloq tərəfindən təşkil edilir

 


Atopik dermatit müalicəsi niyə dermatoloq tərəfindən aparılır ?

Atopik dermatit atopiya halına qarşı genetik meyilliyi olan uşaqlarda yaranır. Adətən valideynlərin birində atopik hal olur. Yəni, valideynlərdən birində və ya hər ikisində allergik rinit, allergik konyuktivit, allergik astma və atopik dermatit problemi ola bilər. Allergik rinit müalicəsi əsasən LOR həkimləri tərəfindən icra edilir. Allergik konyuktivit müalicəsi oftalmoloq həkimlər edir. Allergik astma müalicəsi isə pulmonoloq tərəfindən aparılır. Məntiqi olaraq allergik dəri xəstəliklərinin müalicəsi o cümlədən atopik dermatit xəstəliyinin müalicəsi və profilaktikası dermatoloq tərəfindən aparılır. 

Atopik dermatit fərdi gedişi olan xəstəlikdir. Müalicə planı aşağıdakılara əsaslanmalıdır:

 

  • Xəstəliyin ağırlıq dərəcəsi
  • Yaş (körpə, uşaq, yetkin)
  • Dərinin zədələnmə sahəsi
  • İkincili infeksiya olub-olmaması
  • Əvvəlki müalicələrə cavab

 

Dermatoloq tərəfindən aparılmayan müalicə:

 

  • Steroidlərin səhv və uzunmüddətli istifadəsinə
  • Dəri atrofiyasına
  • Xəstəliyin ağırlaşmasına

 

səbəb ola bilər.

 


Atopik dermatit müalicəsinin əsas prinsipləri

 

Atopik dermatit müalicəsi üç əsas sütuna dayanır:

  1. Dəri baryerinin bərpası
  2. İltihabın nəzarətə alınması
  3. Alovlanmaların qarşısının alınması

 

Bu prinsiplər dermatoloji təlimatlara (protokol) əsaslanır.

atopik dermatit müalicəsi


 

Nəmləndiricilərlə (emoliyentlərlə) müalicə

Atopik ekzema problemi olan uşaqlarda genetik olaraq dərinin barier funksiyası xeyli zəyif olur.Bu səbəbdən uşaqlarda allergenlərə qarşı, xüsusən toz və toz gənələrinə qərşı yüksək həssaslıq görülür. Ona görə də yaz aylarında çiçək tozlarının yayğın olduğu dönəmlərdə bu xəstəlik kəskinləşir. Qış aylarında da hava quruluğuna bağlı atopik dermatitin kəskinləşməsi, səpgilərin artması müşahidə edilir. Ona görə də atopik ekzema problemi olan uşaqlar daim dəri həkimi nəzarətində qalmalıdırlar. Emoliyentlər atopik dermatit müalicəsinin təməlidir və gündəlik, fasiləsiz istifadə olunmalıdır. Atopik dermatit üçün krem deyilərkən ilk ağla yumşadıcı kremlər gəlməlidir. 

Dermatoloqlar tövsiyə edir:

  • Seramid tərkibli nəmləndiricilər
  • Qoxusuz, hipoallergen formullar
  • Gündə ən azı 2 dəfə tətbiq

 

 


Topikal kortikosteroidlərlə müalicə

Topikal steroidlər alovlanma dövründə əsas müalicə vasitəsidir və yalnız dermatoloq nəzarətində istifadə olunmalıdır. Ümumiyyətlə hər növ dəri xəstəliklərinin müalicəsi zamanı yerli tətbiq edilən məlhəmlər və kremlərə qarşı diqqətli olmaq lazımdır. Özbaşın istifadədən qaçınmalı. Onlar da dəridə fəsadlar verir. 

Düzgün yanaşma:

 

  • Minimal effektli dozada
  • Qısa müddətli kurslar
  • Anatomik sahəyə uyğun preparat seçimi

 

Yanlış istifadə dərinin incəlməsi və steroid dermatiti probleminə səbəb ola bilər.

 


Kalsineurin inhibitorları: steroidə alternativ müalicə

Takrolimus və pimekrolimus:

 

  • Uzunmüddətli istifadəyə uyğundur
  • Üz və büküm sahələri üçün təhlükəsizdir
  • Steroid yan təsiri yaratmır

 

Bu preparatlar atopik dermatit müalicəsində dermatoloqlar tərəfindən geniş istifadə olunur.

 

 


Orta və ağır atopik dermatit müalicəsi

Ağır hallarda lokal müalicə kifayət etmir və sistem yanaşma tələb olunur:

 

  • Yayda günəşlənmə
  • Sistem immunmodulyatorlar
  • Bioloji preparatlar (məs. dupilumab)

 

Bu müalicələr yalnız Kutanoz Klinika kimi dermatoloji mərkəzlərdə və ciddi monitorinq altında aparılmalıdır.

 

atopik dermatitin müalicəsi


 

Atopik dermatit müalicəsində infeksiyaların rolu

 

Atopik dermatit zamanı dəri bariyeri zəiflədiyi üçün:

  • Staphylococcus aureus kolonizasiyası
  • Virus və göbələk infeksiyaları

 

tez-tez rast gəlinir. Bu halda dermatoloq tərəfindən:

 

  • Topikal və ya sistem antibiotik
  • Antiseptik dəstək

 

əlavə oluna bilər.

 


Gündəlik qulluq: müalicənin ayrılmaz hissəsi

Atopik dermatitin əlamətləri əsasən yanaqlarda, aşağı və yuxarı ətrafların bükənəklərində, ətrafların xarici hissəsində, əl və ayaq üzərində, qulaqarxası, dodaqlarda və dodaq kənarlarında  qızartı, qaşıntı, qabıqlanma, axıntı verən səpgilər şəklində özünü göstərir. Dəridə qaşıntı bəzən o qədər şiddətli ola bilər ki, uşaqda yuxusuzluq və stress yarada bilər. Xəstənin həyat keyfiyyətini və əmək qabiliyyətini ciddi şəkildə aşağı salır. Gecələr dəridə qaşınma artır. Ona görə atopik dermatitdə gündəlik qulluq yuxarıda sadalanan hər bir dəri nahiyyəsi üçün məxsusi olmalıdır.  Dermatoloqların əsas tövsiyələri:

 

  • İlıq, qısa duş
  • Sabunsuz təmizləyicilər
  • Duşdan sonra ilk 3 dəqiqədə nəmləndirmə
  • Pambıq geyimlərə üstünlük
  • Yun geyimlər yasaqdır

 

Bu tədbirlərə rəğmən xəstənin vəziyyətində düzəlmə yoxdursa atopik dermatit terapiyası üçün dermatoloqa müraciət edilməlidir. 

 


Atopik dermatit müalicəsi nə qədər davam edir?

Atopik dermatitin müalicəsi davamlı olmalıdır. Cünki, bu xəstəlik xroniki gedişata malikdir. Dermatoloq müalicələri ilə atopik dermatit remissiyası əldə olunur, lakin profilaktik tədbirlər kəsildikdə xəstəlik yenidən residiv verir. Ona görə belə xəstələr dermatologiya uzmanı ilə ünsiyyəti kəsməməlidirlər. Dermatoloq tərəfindən təyin edilmiş nəmləndirici kremləri və losionları daima istifadə etməlidirlər. Cünki, atopik dermatit xroniki dəri xəstəliyi hesab edilir. Məqsəd:

 

  • Tam eradikasiya deyil,
  • Uzunmüddətli remissiya və həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır.

 

Daimi dermatoloq nəzarəti alovlanmaların sayını və şiddətini azaldır.

 

atopik dermatit


 

Tez-tez verilən suallar

 

Atopik dermatit ev üsulları ilə müalicəsi mümkündürmü?

  • Xeyr. Ev üsulları yalnız dəstəkləyici ola bilər, əsas müalicəni əvəz etmir.

 

Uşaqlarda atopik dermatit müalicəsi fərqlidirmi?

  • Bəli. Doza, preparat seçimi və yanaşma yaşa görə dəyişir və mütləq dermatoloq tərəfindən selektiv yanaşma sərgilənməlidir.

 

 


Nəticə

Atopik dermatit müalicəsi yalnız düzgün təyin edilmiş kremlər deyil, dermatoloq tərəfindən qurulan kompleks strategiyadır. Erkən müdaxilə, individual yanaşma və davamlı nəzarət xəstəliyin ağırlaşmasının qarşısını alır və uzunmüddətli remissiya təmin edir. Dermatoloqun təyin etdiyi profilaktik tədbirləri yerli yerində və daima etməlidirlər. Dəri həkimi allergik fonu araşdırmaq üçün xəstədən əlavə qan analizləri də istəyə bilər. Atopik dermatit xəstəliyinin müalicəsi vardır. Atopik ekzema xəstəliyinin müalicəsi üçün ən müasir üsullar seçilir. Müalicədə əsasən antihistaminiklər, daxilə və yerli steroidlər, nəmləndiricilər, antibiotiklər, immunomodulyator preparatlar istifadə edilir. 

 

 

 

 

 

 

 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Dermatoloq Mehdi İskəndərli Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Türkiyə, Ege Universitetinde rezidentura keçmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi kimi elmi məqalələri pubmed platformasında dərc edilmişdir, ölkəmizdə ilk dəfə meymunçiçəyi xəstəliyini aşkar etmişdir, Avropa Dermatovenerologiya Akademiyasının (EADV) üzvüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir