B.e - Şənbə 10:00-17:00

Bazar - İŞ GÜNÜ DEYİL

(051) 444 66 44

info@mehdiiskandarli.com

Kutanoz Klinika

Atatürk prospekti 203/209

Həkimlər gərək hədlərini bilsin! Tibbi sapıqlıq haqqında

Həkimlər gərək hədlərini bilsin! Mevlana deyir nəyi bilməsəm də həddimi bilirəm. Həddini bilmək xəttini, cızığını bilmək deməkdir. Onları keçməmək deməkdir. Məsələn, bir ölkədə cəza qanunları və polis aradan götürülsə, oğurluq üçün şərait yaransa yenə də oğurluq etməmək deməkdir.

Amma son zamanlar görürəm ki, demək olar ki, əksər ixtisas həkimləri peşəsinin verdiyi xətləri, hədləri keçirlər. Məsələn, sosial media və TV-lərdə psixiatr mesaj verir ki, bəs bəzi ruhi xəstəliklər dəridə səpgilər verə bilər, saç tökür ona görə gəlin yanıma, endokrinoloq deyir bəzi endokrin xəstəliklər saç tökə bilər gəlin yanıma, infeksionist deyir dəridə suluqlu yaralar yaranarsa mütləq infeksionistə gedin yoxsa sepsis olub ölərsiz gəlin yanıma, gastoeneteroloq deyir sızanaqlar bağırsaq və qurddandır gəlin yanıma, nefroloq deyir xroniki böyrək yetməzliyi dəri quruluğu verir gəlin yanıma və s. uzatmaq olar.

Təbii ki, onlar açıq şəkildə demirlər gəlin yanıma. Amma, verilən mesajın tərzindən görünür ki, burada bir medikal sapma var. Zatən bütün dəri və dəri əlavələrini əksər hallarda sistem problemlərlə əlaqəsi olur. Amma bu o demek deyil ki, dəri xəstələri ilk olaraq dermatoloqun qapısını çalmadan, qapı-qapı bütün ixtisas həkimlərinə getməlidir və hər ixtisas həkimi özünə aid olan orqan və sistemləri check-up etməlidir. Zatən bu iş kosteffektiv olmadığı və xəstələr həkim qapılarında yıprandığı üçün dermatovenerologiya ixtisasına ehtiyac duyulmuşdur.

Bir qapıdacaq dəri xəstəsi diffdiaq olunur və yalnız ehtiyac olduğu təqdirdə və lazım olan orqan və sistemlərin yoxlanışı bizzat dermatoloqun özü tərəfindən aparılır. Əgər sistem problemi aşkarlanarsa o zaman müvafiq ixtisas həkiminə yönləndirilir ki, həmi sistem problemi də çözülsün. Bu ən qısa, ucuz və rahat yoldur ki, bütün dünyada belədir.

Gastro, endo, ginekoloq, parazitoloq və s. yanında olmuş adi sızanaq xəstələri gəlir yanıma səhiyyəmizə və həkimlərə nifrət dolu gözlərlə ki, bəs məni soydular. Müayinələrdən sonra dedilər ki, bizlik deyil get dəri həkiminə. Dəri xəstələrinə bunu necə etmək olar axı ? Revmatoloqda aylar və illər boyunca müalicələr alan xəstə nəhayətdə təsadüfən bizə müraciət edir və məlum olur ki, üzündəki “malar rash” lupus yox, adi rozaea xəstəliyidir. Yəni, “malar rash” yaradan o qədər dəri xəstəliklər var ki, onları dermatoloqa göstərmədən necə revmatoloqa yönəltmək olar. Və ya dermatoloq rəyi olmadan o cür ağır immunosupressiv müalicələrə necə başlamaq olar.

Böyrəyində şiş təspit edildiyi halda xəstəni nefroloqu və ya uroloqu yankeçərək ilk olaraq allerqoloqa yönləndirilməsi necə bir axmaqlıqdırsa, dəridə yaranan səpgiləri dermatoloqu yankeçərək başqa ixtisas həkimlərinə yönləndirilməsi və ya xəstənin onlara müraciət etməsi eyni dərəcədə axmaqlıqdır.

Böyrəkdə şişin aşkar edilməsinə qədər xəstə bir necə ixtisas həkiminə var-gəl edə bilər cünki, daxili oqrandır gözlə görə bilmirik. Amma dəri və əlavələri xarici orqandır, gözlə görünür. Ona görə dəridə yaranan problemləri görər-görməz ilk olaraq həmən dermatoloq görməlidir. Bəzi şablon dəri problemləri var ki, hardasa dermatoloq bypass edilə bilər. Sarılıq, ayaqlarda godet buraxan ödem və s. Cünki, diffdiaqda çox bir şey yoxdur ona görə. Əgər diffdiaqda birsürü problem varsa dermatoloqdan savayı heç bir ixtisas həkimi girişməməlidir dəri problemlərinə. Cünki, dəri səpgilər o qədər bir-birinə bənzəyir ki, məhz bunları diffdiag üçün dematovenerologiya ixtisası yaranmışdır.

Eyni xətanı bəzi dermatoloqlar da edir. Venerologiyanın sərhədlərini aşaraq andrologiya ilə məşqul olanlar var. Onlar da şiddətlə qınanılmalıdır. Eyni qayda da uroloqların da genital bölgənin dəri problemləri məşqul olmaları yol verilməzdir. Təbii ki, burada kəskin bir sərhəd yoxdur. Örtüşən ixtisaslar olduğunu üçün hardasa boz bir sahə yaranır ki, orada hardasa var-gəl etmək olar. Amma boz sahəni də aşıb dermatoloq andrologiya ilə, uroloq isə dermatologiya ilə məşqul olarsa bu həm etikadan, həm də peşəkarlıqdan uzaq olar. Özünə və qarşı ixtisas həkiminə hörmətsizlikdir. Xəstə dəyən zərər isə ayrı daha ciddi problemdir.

Əlqərəz, əgər bu həkimlər bu cür tibbi fəaliyyəti bilərəkdən edirlərsə deməli artıq tibbi sapıqlıq müzakirə edilməlidir. Bu cür tibbi fəaliyyəti ümumilikdə həm soydaşlarımız üçün, həm də səhiyyəmiz üçün ziyanlıdır. Yox əgər bilmədikləri üçün, məktəb görmədikləri üçün və ya keçmişdən asılılq (path dependence) problemləri varsa bu yazı qoy onlar üçün bələdçi olsun. Son zamanlar görürəm eyni xətanı məktəb görmüş uzman həkimlər də edirlər. Digərlərinə hardasa bağışlamaq olar bu xətanı amma, uzmanlar üçün əsla. İxtisasının harda başladığın və harada bittdiyini bilmirsə deməli o həkim yetkin deyildir. Əgər gercəkdən də peşəkar həkim olmaq istəyiriksə gərək ixtisasımızın sərhədlərini bilək və oradaq qalmağı öyrənək.

Paylaş

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər