Anadangəlmə qəhvəyi ləkələr nədən xəbər verir ?

anadangəlmə qəhvəyi ləkələr

Anadangəlmə qəhvəyi ləkələr şikayəti ilə tez-tez klinikamıza randevular alınır. Əsasən valideynləri yenidoğulmuş körpələrdə anadangəlmə qəhvə rəngli ləkələr problemi daha çox narahat edir. Cünki, körpələrdə qəhvəyi ləkələr həm estetik, həm də orqanizmin ümumi sağlamlığı baxımından anaları çox narahat edir. Dəridə qəhvəyi rəngli ləkələr doğuşdan həmən sonra görülür. Ona görə bu cür dəridə qəhvəyi ləkələrə anadangəlmə deyilir. Latınca isə dərinin kongential qəhvəyi ləkələr deyilir. Yenidoğulanın dərisində qəhvəyi ləkələr öncə daha açıq rəngdə olduğu üçün bəzən sezilməyə bilər və ya az sezilir. Lakin, sonrakı dönəmlərdə uşaqlarda kongenital qəhvəyi ləkələr daha bariz olmağa başlayır və daha da tündləşir. Dermatoloq Mehdi İskəndərli onu da əlavə edib ki, dəridə qəhvəyi ləkələr verən xəstəliklər bəzən ilkin müayinədən sonra tanına bilmir. Dəridə qəhvə rəngli ləkələrin dəqiq diaqnostikası üçün bəzən gözləməyə ehtiyac duyulur. Ehtiyac olduğu təqdirdə diaqnozu dəqiqləşdirmək üçün dəri biopsiyası metoduna da müraciət edilir. Bir sözlə dermatologiya uzmanı Mehdi İskəndərli vurğulayır ki, uşaqlarda anadangəlmə xallar valideynləri tətikdə saxlamalıdır. 

anadangəlmə qəhvəyi ləkələr

Anadangəlmə qəhvəyi ləkələr müxtəlif ölçülərdə və sayda ola bilər. Sayları və ölçüləri nə qədər böyük olarsa sindromik dəri xəstəlikləri və daxili orqanların patologiyaları ilə bir o qədər çox ehtimalla əlaqəli olur. Yəni, dəridə anadangəlmə böyük ölçülü qəhvəyi ləkə aşkar edildikdə ilk növbədə genetik dəri xəstəlikləri haqqında düşünmək lazımdır. Lakin, dərinin qəhvəyi ləkələri sayca az və kiçik ölçülü olması onlara etinasız yanaşmağa əsas vermir. Cünki, aylar keçdikcə uşaqlarda qəhvə rəngli ləkələr sayca arta, ölcücə böyüyə bilərlər. Ona görə dərisində qəhvəyi rəngli ləkəsi olan uşaqlar mütləq bir müddət dermatoloq nəzarətində qalmalıdırlar. Bundan əlavə dəri həkimi Mehdi İskəndərli vurğulayıb ki, bəzi doğuşdan gələn qəhvəyi ləkələr dəri xərçəngi nöqteyi nəzərdən riskli ola bilər. Kongenital nevus və ya anadangəlmə xallar hesab edilən bu dəri törəmələri dərinin ən bədxassəli xərçəngi sayılan melanoma üçün zəmin yaradır. Bu baxımdan valideynlər diqqətli olmalıdırlar və övladlarının dərisində qəhvəyi ləkələr aşkar etdikləri halda dermatoloqla konsultasiya etməyi unutmamalıdırlar. 

 

 

 
 
 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər