B.e - Şənbə 10:00-17:00

Bazar - İŞ GÜNÜ DEYİL

(051) 444 66 44

info@mehdiiskandarli.com

Kutanoz Klinika

Atatürk prospekti 203/209

Sevgi həqiqətən heç bir sərhəd tanımır

sevgi

Dərinin ən ağır genetik patologiyalarından sayılan piqmentli kseroderma (xeroderma pigmentosum) xəstəliyindən əziyyət çəkən bu xanımın dərisi dəfələrlə aparılan cərrahi əməliyyatlardan sonra tanınmaz hala gəlmişdir. Əməliyyatların səbəb isə xəstənin dərisində meydana gələn dəri xərçəngləri və prekanseroz törəmələrdir. Bu xəstələrin dərisi günəşin ultrabənövşəyi şüalarına qarşı müdafiəsi demək olar ki, yoxdur. Mübaliğəli desək bu xəstələrlə günəş arasında bir sevgi bağlantısı vardır. Ona görə də piqmentli kseroderma xəstəliyindən əziyyət çəkənlərdə uşaqlıq dövründən etibarən dəridə lentiqolar (günəş ləkəsi), çillər, prekanseroz törəmələr və dəri xərçəngi yaranır. Buna görə də tez-tez cərrahi əməliyyatlara məruz qalmış olurlar.

Fotofobiya yəni günaş şüalarından və işıqdan qorxma bu xəstələrin xüsusiyyətlərindən biridir. Erkən yaşlarında xəstələrdə göz problemləri xüsusən katarakta yəni mirvari suyu problemlərində əziyyət çəkməyə başlayırlar. Əslən Brazilyadan olan bu xanımın bu qədər acı həyat hekayəsinə baxmayaraq ona aşiq olan bir bəy də tapılmışdır. Sosial mediada tanış olan braziliyalı cütlük bir-neçə aydan sonra görüşmüşlər, aralarında sevgi yaranandan sonra ailə qurmağa qərar vermişlər. 2019-cü ilin yay aylarında rəsmi nigahla sevgi münasibətlərinə aydınlıq gətirərək hər kəsi təəccübləndirməyi bacarmışlar. Doğurdan da sevgi heç bir sərhəd tanımır. Ən ağır dəri xəstəlikləri belə kiminsə xoşbəxt olmasına mane olmur. Yetər ki, bir qədər səbrli və cəsarətli olasan.

https://www.theepochtimes.com/woman-with-rare-skin-disease-finds-true-soulmate-love-exists-believe-me-2_3218835.html

Paylaş

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər