Dəri zöhrəvi dispanseri həkimləri: ünvan, telefon və qəbul qaydası
Bu yazıda “dəri zöhrəvi dispanseri həkimləri kimlərdir?”, “dəri zöhrəvi dispanseri ünvanı haradır?”, “28 May yaxınlığı”, “telefonla qeydiyyat” kimi soydaşlarımızı ən çox maraqlandırılan suallara qısa və praktik cavab verilir.
Qeyd: iş saatları və qəbul qaydası dəyişə bilər — getməzdən əvvəl telefonla dəqiqləşdirmək tövsiyə olunur.
Qısa məlumat (ünvan/telefon)
- Ünvan: Bakı, Nəsimi rayonu, Bülbül prospekti 83, AZ1014
- Telefon: (+994 12) 597-35-20, (+994 12) 597-27-46
- Xəritədə: “Respublika Dəri-Zöhrəvi Dispanseri”
Dəri zöhrəvi dispanseri həkimləri kimlərdir?
Dəri zöhrəvi dispanseri adından da görsəndiyi kimi dəri zöhrəvi həkimləri və digər orta tibb işçilərinın toplandığı yerdir. Qeyd edilən terminlər xalq dilində təhrif olaraq qısaldılmışdır. Lakin əslində dəri və zöhrəvi xəstəlikləri dispanseri ifadəsi istifadə edilməlidir. Eyni zamanda dəri və zöhrəvi xəstəlikləri və ya dəri və zöhrəvi həkimləri ifadəsi ən doğru olan rəsmi ifadələrdir. Rəsmi sənədlərdə isə respublika dəri və zöhrəvi xəstəlikləri dispanseri istifadə edilə bilər.
Dəri-zöhrəvi həkimi (dermatoveneroloq) nə edir?
Soydaşlarımız arasında ən çox dermatoloq olaraq tanınan dəri və zöhrəvi xəstəlikləri mütəxəssisi dəri, saç, dırnaq, ağız boşluğu və cinsi yolla keçən zöhrəvi xəstəliklərin müalicəsi ilə məşquldurlar. Dəri zöhrəvi həkimi, bəzən səhvən “dəri zöhrabı” kimi ifadə edilən bu ixtisasın elmi adı isə dermatoveneroloqdur. Lakin, ixtisasın adındakı ikili məna pasientləri yanıltmamılıdır.
Dispanserdə hansı ixtisaslar olur? (praktik siyahı)
- Dermatoveneroloq (dəri və zöhrəvi xəstəliklər)
- Dermatoloq (Dəri, saç, dırnaq, ağızda yara)
- Veneroloq (Zöhrəvi xəstəliklər)
- Prosedur tibb bacısı (sarğı, inyeksiya və s.)
- Laboratoriya dəstəyi (analiz və testlər – xidmət modelindən asılı)
Hansı xəstəliklər üçün müraciət edilir?
Dəri və zöhrəvi həkimi dəri xəstəlikləri ilə zöhrəvi xəstəliklər ilə yanaşı saç, dırnaq və ağız boşluğunun xəstəlikləri ilə məşquldur.
Dəri zöhrəvi dispanseri haradadır? Ünvan və 28 May yaxınlığı
Ünvan (qısa)
Ünvan bölməsində ən çox axtarılan məlumatlar: Bakı, Nəsimi rayonu, Bülbül prospekti 83, AZ1014.
28 May yaxınlığı (istiqamət izahı)
Heydər Əliyev Sarayından yuxarıda yerləşir
Qəbul qaydası: qeydiyyat, növbə, lazım olan sənədlər
- Telefonla qeydiyyat mümkündürmü? — Qəbul qaydası dəyişə bilər; ən praktik yol göstərilən telefonlarla əlaqə saxlayıb
qeydiyyat və iş saatlarını dəqiqləşdirməkdir.
- İlk dəfə gedənlər üçün: şəxsiyyət vəsiqəsi, əvvəlki analiz cavabları (əgər varsa), istifadə etdiyiniz dərmanların siyahısı.
- Zöhrəvi xəstəlik şübhəsində: konsultasiya və müayinə planı fərdi qurulur; məxfilik prinsiplərinə riayət edilməsi üçün qeydiyyat zamanı suallarınızı öncədən verə bilərsiniz.
Hansı hallarda özəl dermatoloqa müraciət daha məqsədəuyğundur?
Dəri zöhrəvi dispanseri poliklinik xidmətlər versə də əsasən stasionar tibbi xidmət verməklə də mükəlləfdir. Çünki, bir çox dəri xəstəlikləri xəstəxana şəraitində müalicə edilməlidir. Lakin, eyni xidmətlər özəl dermatoloji klinika və poliklinikalarında da verilir ölkəmizdə. Çünki, əksər dəri xəstəliklərinin dispanzerizasiya tələbi yoxdur.
Təcili vəziyyətlərdə (qızdırma ilə yayılmış səpgilər, sürətlə artan şişkinlik, ağır dərman reaksiyası şübhəsi və s.) təcili tibbi yardıma müraciət etmək daha doğru ola bilər. Xroniki problem + uzun növbə hallarında isə özəl dermatoloji müayinə
daha operativ həll verə bilər.
Bununla bahəm xüsusi yoluxdurma qabiliyyəti yüksək olan dəri xəstələri dəri zöhrəvi dispanseri kimi müəssisələrdə müalicə alması tələb oluna bilər. Buna ilkin dermatoloq müayinəsindən sonra qərar verilir.
“Dispanser” sözü nə deməkdir və niyə köhnə termin sayılır?
Dispanser sözcüyü isə latın dilində paylamaq mənasını verir. İlk dəfə dərman paylamaq mərkəzi kimi açılmışdır bu müəssisələr. Terminoloji cəhətdən dispanser arxaizmi və köhnəliyi özündə ehtiva edən ifadədir və adına laiq faəliyyət göstərmirlər artıq. Çünki, dərman paylama mərkəzi mənasını verən dispanserləri artıq apteklər əvəz etmişdir.
Mütərəqqi səhiyyəyə sahib ölkələrdə, ölkəmizdə bir çox dövlət və özəl tibb müəssisələri adları “hospital”, “klinika”, “xəstəxana” kimi göstərilir. Lakin, ölkəmizdə hələ də ad baxımından özündə köhnəliyi ehtiva edən tibbi müəssisə adları (məsələn vərəm əleyhinə dispanser və s.) mövcuddur. Lakin buna baxmayaraq dispanser müəssisələrinin tibbi xidmətləri müasir təbabətə yaxınlaşdırılır və bu istiqamətdə işlər aparılır.
Tez-tez verilən suallar
1) Dəri zöhrəvi dispanseri həkimləri kimlərdir?
Onlar dermatoveneroloqlardır (dəri və zöhrəvi xəstəliklər üzrə mütəxəssis). Xidmət modelindən asılı olaraq prosedur və laborator dəstək də ola bilər.
2) Dəri-zöhrəvi həkimi dermatoloqdan nə ilə fərqlənir?
Gündəlik dildə dermatoloq deyilsə də, “dermatoveneroloq” termini həm dəri, həm də cinsi yolla keçən zöhrəvi xəstəliklər üzrə ixtisası ifadə edir. Mahiyyətcə eyni terminlərdir.
3) Ünvan haradır?
Bakı, Nəsimi rayonu, Bülbül prospekti 83, AZ1014 (getməzdən əvvəl dəqiqləşdirmək məsləhətdir).
4) Telefon nömrələri hansılardır?
(+994 12) 597-35-20 və (+994 12) 597-27-46
5) 28 Maydan necə getmək olar?
Ən dəqiq yol xəritədə marşrut qurmaqdır. Ancaq Heydər Əliyev sarayından yuxarıda yerləşir
6) Qəbul üçün randevu lazımdırmı?
Qəbul qaydası dəyişə bilər. Telefonla əlaqə saxlayıb qeydiyyat və iş saatlarını dəqiqləşdirin.
7) Hansı analizlər tələb oluna bilər?
Şikayətdən asılıdır: bəzi hallarda laborator testlər, bəzi hallarda dermatoskopiya və ya digər müayinələr tələb oluna bilər.
8) Uşaq pasiyentləri qəbul edirmi?
Müəssisənin bölmələrindən asılıdır. Qəbul bölməsi ilə əlaqə saxlayıb uşaq qəbulu barədə dəqiqləşdirin. Yoxdursa özəl pediatrik dermatologiya xidməti verən mərkəzə müraciət edə bilərsiz.
9) Cinsi xəstəliklər şübhəsində məxfilik necə qorunur?
Konsultasiya planı fərdi qurulur. Qeydiyyat zamanı məxfilik və proses barədə suallarınızı verə bilərsiniz.
10) Alternativ olaraq harada müayinə oluna bilərəm?
Əgər operativ müayinə və fərdi izləməyə ehtiyac varsa, özəl dermatoloji konsultasiya daha uyğun ola bilər (online və ya kabinet müayinəsi).





