Vaskulit xəstəliyinin müalicəsi necə aparılır ?

Vaskulit xəstəliyinin müalicəsi

Vaskulit xəstəliyinin müalicəsi immunosupressiv dərman preparatları ilə aparılır. Cünki, vaskulit xəstəliyi immun sistemin pozulması ilə əlaqəli yaranan revmatizmal avtoimmun dəri xəstəliyidir. Anomal immun reaksiya nəticəsində xəstələrin orqan və sistemlərini qidalandıran kiçik, orta və böyük ölçülü damarların avtoimmun iltihabı reaksiyası yaranır. Vaskulit termini də damar iltihablanması mənasına gəlir. Lakin, vaskulit xəstəliyinin tutduğu orqan və damarların ölçüsündən asılı olaraq çoxlu növü vardır. Vaskulitin bir növü sayılan leykositoklastik vaskulit xəstəliyi əsasən dəridə qaşıntılı qızartılı səpgilər şəklində özünü biruzə verir. Səpgilər adətən palpabl purpura və ya basmaqla solmayan qaşıntılı qançır formasında olur. Səpgilər dərinin hər bölgəsində yarana bilər, lakin əsasən aşağı ətraflarda qaşıntılı qızarıqlıq şəklində meydana çıxır.

Vaskulit xəstəliyinin müalicəsi də kompleks yanaşma tələb edir. Cünki, vaskulit problemi sadəcə dəriyə məhdud bir xəstəlik deyildir. Vaskulit sistem xəstəliyi olaraq dəridə qızartılar şəklində başlasa da zamanla daxili orqanların vaskulitinə çevrilə bilər. Əsasən böyrəklərin sıradan çıxmasına bağlı kəskin və xronik böyrək çatışmazlığı yarada bilər. Belə olan halda dermatoloq vaskulitin yaranama səbəbi və daxili orqanların zədələnməsi nöqteyi-nəzərdən xüsusi laborator, radioloji, histopatoloji, və s. testlərdən keçirdə bilər. Dermatoloq Mehdi İskəndərli əlavə edir ki, vaskulit müalicəsi taktikası məhz bu analizlərin nəticəsində tərtib edilir. Bəzi vaskulit xəstəlikləri potent immunsupressiv müalicələr tələb edir. Bəziləri isə xəstəliyin ağırlığından asılı olaraq yerli müalicələr və müşahidə tələb edir. 

Lakin vaskulit xəstəliyinin müalicəsi xəstəliyi törədən səbəblərdən də asılıdır. Leykositoklastik vaskulit problemini törədən səbəb aşkar edilərsə vaskulitin tam müalicəsi mümkün ola bilər. Lakin, bir çox xəstələrdə vaskulitin səbəbi tapılmır. Belə olan halda leykositoklastik vaskulit terapiyası uzun müddətli və hətta daimi hal ala bilir. Dəri həkimi Mehdi İskəndərli əlavə edib ki, vaskulitə bənzəyən və onu təqlid edən çoxlu sayda dəri xəstəliyi də vardır. Bəzən aşağı ətraflarda qaşıntılı qızartılar şikayəti olan pasientlərə yanlış olaraq vaskulit diaqnozu qoyulur. Bu isə xəstəyə uzun müddətli potent dərmanların təyin edilməsinə səbəb olur. Bu baxımdan diqqətli olmaq lazımdır. 

Vaskulit xəstəliyinin müalicəsi

 
 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

2 Responses

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər