Üzdə qızartılara səbəb olan dəri xəstəlikləri çoxdur. Bu dəri xəstəlikləri hamısı bir birinə bənzər klinik əlamətlər verir. Üzdə qızartı, qabıqlanma, yanma, batma, qaşıntı, quruluq və s. əlamətlər verə bilərlər. Peşəkar dermatoloq tərəfindən qızartılara səbəb olan dəri xəstəlikləri araşdırılır. Bunun üçün dəri həkimi xəstədən əlavə laborator analizlər istəyə bilər. Bəzən dəridən mikrobial testlər üçün sürüntü, yaxma və qazıntı nümunələri də alına bilər. Dəri biopsiyası bəzi dəri xəstəliklərinin diaqnostikasında tək və yeganə metod ola bilər. Üzdə qızartı endogen və ekzogen səbəblərdən qaynaqlana bilər. Ekzogen səbəb olaraq adi nəmləndirici və ya kosmetik vasitələrin istfadəsindən sonra da qızartılar yarana bilər. Eyni zamanda daxili sistem xəstəliklərin fonunda da üzdə qızartılar yarana bilər ki, bunlar da endogen səbələr olaraq qəbul edilir. Mikrobial mənşəli qızartılar da tez tez görülən formalardan biridir. Müxtəlif növ bakterial, parazitar, mikobakteriyal, funqal invaziyalar üzdə qızartıların səbəbi ola bilər.
Ona görə üzündə qızartı şikayətləri olan soydaşlarımız özfəaliyyət göstərmədən zamanında dəri həkiminə müraciət etməlidir. Çox təəssüf ki, bəzi hallarda üzdə qızartı yarandığı təqdirdə xəstələr diaqnoz qoyulmadan, dəqiqləşdirilməmiş müalicələrə başlayırlar. Apteklərdən, qonşulardan, tanışlardan, sosial şəbəkələrdən, internetdən öyrəndikləri və tərkibi haqqında heç biri təsəvvürləri olmayan preparatları qəbul edirlər. Bu isə şikayətlərin daha artmasına və xəstəliyin tanınmaz hala gəlməsinə səbə olur. Bu isə dermatoloq üçün xəstəliyin diaqnostikasında əlavə çətinliklər törədir. Ümumiyyətlə üzdəki qızartıları differensasiya etmək dermatoloq üçün olduqca çətin bir prosesdir. Odur ki, üzdə qızartı şikayətləri olan pasientlər zamanında dermatoloqa müraciət etməlidirlər. Üzündə qızartısı olan pasientlər ümidsiz olmamaldırlar. Bu problemləri törədən xəstəliklər əksər hallarda düzəlir və sağalır. Bu cür şikayəti olanlar ümidsiz olmamalıdırlar.
ÜZDƏ QIZARTI ŞİKAYƏTLƏRİ İLƏ MÜRACİƏT EDƏN PASİNETLƏRİMİZİN BİR QİSMİ
14 Responses
Məndə üzümdə qızarma olur,soyug olanda isti olanda,durdug yerdə,gəzəndə.Hərdən artir hətta çəhrayı rəng alır hərdən azalir.Əsasda yanagda və yanagdan biraz yuxarda.Hərdən özümdən asıllı olmyaraq əsəbləşirəm…
Nəyə görə belədi?
Salam Fərid bəy. Sualınıza görə təşəkükrlər. Üzdə qızartılara səbəb olan xəstəlik növü çoxdur. Əyani müayinələrdən sonra sizə diaqnoz qoyulmalıdır öncə. Diaqnoz qoyulmasa müalicələr səmərə verməz.
Müayinə üçün nə etməliyəm? Siznən necə əlaqə saxlaya bilərəm?
Müraciət üçün qeyd edilən vatsap nömrəsi ilə randevu almanız lazımdır. Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, ????: https://mehdiiskandarli.com Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur.
Salam doktor. Gah Rozacea gah da kuperoz diaqnozu qoyulub. Üz kapilyarların lazerlə yandırılması üzümdə böyük yanıqlara səbəb olmuşdu. Hal hazırda metronidazol tərkibli kremlər Salantra və rozamed kimi kremler cəkirem. Bu arada autoimmun Seqren de 4 il əvvəl diaqnoz qoyulub. Müalicəni HB Güven klinikasinda alırdım. Karantinle bağlı Bakıya gələ bilmirem.
Bilmirdim klinikada siz de işləyirsiniz. Sual vermək istərdim hemen kremleri cekimmi və Güvən klinikasının Zaqatalada da filialı var rayona səfəriniz gözlənilirmi? Təşəkkür edirəm.
Salam. Sualınıza görə təşəkkürlər. İnşallah yaxın zamanlarda səfər planlaşdırılır. Gəldiyimiz təqdirdə hər halda xəbərdar olacaqsınız. Kuperoz və ya rozasea müalicəsi aparılır tərəfimizdən. Hörmətlə
Salam. Məndə qida zəhərlənməsi oldu iyulda bütün bədənim üzüm səpdi. Sistem asıldı bədənim təmizləndi ama sinə hissəm üzüm hələdə qızarır. Əsəbləşəndə üzümə su vuranda günə çıxanda. Bir çox antihistamin qəbul elədim. Toksinlərdən bədənim təmizlənsin düyğ dəfələrlə klizma olundum venad
an tiosulfat vurdurdum bitmir. Dərdim nədi bilə bilmirəm
Salam Leyla xanım. Belə problemlərə səbəb olan çox xəstəlik var. Mütləq əyani şəraitdə müayinə edilməli və testlərdən keçməlisiz. Müraciət edin yardım edərik. Keçmiş olsun !
Uzum qizarir 10 ildi hekme getim dedim dedi keçecey ama keçmedi maraxlandim internetde razatsiya xesteliydi deri alti kaplarlar
Salam həkim mənim 2 ay olarki görürəm uzumdə dəri altindan yumru səpkilər səklində goruntulər var.Əlim ilə uzumə sigal çəkəndə yumsaq və sigallidir.Amma güzgüdə ozumə baxanda əlim ilə hiss etməsəm deyərəmki üzüm çoturlu görünür,sanki qizartilar düyür düyür görünür.Sizcə bunun səbəbi nədən ola bilər.Əvvəllər qəbizlik olanda da üzüm səpgili olurdu.
Salam. Üzdə bu cür səpgilər verən dəri xəstəliyi çoxdur. Diaqnozu dəqiqləşdirmək üçün əyani müyainə lazımdır. İstənilə halda çarəsi vardır bu cür problemlərin. Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, 🌐: http://www.mehdiiskandarli.comGəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur 🍃🌺☘️
Salam doktor mende bele bır hal var her yuxudan oyananda alnımda qızartı olur yumru bır yerde yumurta boyda texmını sonra keçib gedır amma yene de bılmek ıstedım bu neyınse elametı ola bıler cunkı yaşlandıqca bu hal oldu yenı yenı 38 yaşım var bu arada
Salam. Adi ekzogen səbəblər bəzən bu cür problmelə yarada bilər. Diaqnoz qoyulmalıdır hər şeydən əvvəl. Səbəbi tapılmalıdır. Sonra müalicələr yaza bilərik. Müraciət edə bilərsiz köməklik edərik. Hörmətlə