Uşaqlarda psoriaz ( Damcıvari psoriaz )

uşaqlarda psoriaz

Dermatoloq Mehdi İskəndərli qeyd etmişdir ki, pullu dəmrov xəstəliyi istənilən yaşda meydana gələ bilər. Lakin, psoriaz xəstəliyi ən çox pediatrik dönəmlərdə özünü biruzə verməyə başlayır. Uşaqlarda psoriaz əsasən hər hansı bir inkfesioz xəstəlik keçirdikdən sonra meydana gəlir. Xəstənin əsasən gövdəsində qabıqlı, qaşıntılı, damcıvari qızartılar şəklində səpgiləri yaranır. Səpgilər damlayabənzər və ya damcıvari olduğu üçün xəstəliyə damcıvari psoriaz da deyilir. Lakin, pediatrik qrupda sadəcə damcıvari pullu dəmrov deyil, başqa növ psoriaz xəstəliyi də yaran bilər. Pullu dəmrov xəstəliyinin bir birinə bənzəməyən müxtəlif klinik formaları vardır. Dermatoloq onu da qeyd etmişdir ki, damcıyabənzər psoriaz xəstəliyinə oxşayan başqa uşaq dəri xəstəlikləri də vardır. Belə olan halda peşəkar dermatoveneroloq üçün xəstəliyin differensial diaqnostikasını aparmaq tələb olunur. Bir çox hallarda uşaqlara səhvən psoriaz diaqnozu qoyulur. Bu baxımdan uşaq dəri xəstəlikləri mütləq həm də pediatrik dermatoloq olaraq fəaliyyət göstərən dəri həkimlərinə müraciət edilməlidir. Onu da qeyd edək ki, pediatrik dermatologiya ümumi dermatologiya sahəsinin bir parçasıdır.

Damcıyabənzər psoriaz xəstəliyinin elmi adı quttat psoriaz olaraq da qeyd edilir. Quttat psoriaz pediatrik qrupda meydana gəlsə də böyüklər də də görülə bilər. Uşaqlarda psoriaz damcivari formada başlasa da uşaq böyüdükcə psoriaz xəstəliyi başqa formalara da keçə bilər. Uşaqlarda psoriaz xəstəliyi oynaq zədələnməsi də verə bilər. Uşaqların oynaqlarında ağrılı şişkinliklər psoriatik artrit probleminin ilkin əlaməti də ola bilər.  Dr. Mehdi İskəndərli onu da əlavə etmişdir ki, uşaqlarda psoriaz probleminin dəqiq diaqnostikası üçün dəri biopsiyası üsuluna tez-tez müraciət edilir. Xəstənin səpgilərindən bir parça dəri götürülərək histopatoloji analizə göndərilir. Mərkəzimizdə dəri biopsiyası uğurlar icra edilir və diaqnozlar 100% dəqiqliklə təyin edilir. Dəri həkimi, uzman dermatoloq Mehdi İskəndərli onu da vurğulamışdır ki, uşaqlarda psoriaz problemi, tibbin ən müasir müalicə metodları ilə mərkəzimizdə icra edilir. Dermatologiya uzmanı Mehdi İskəndərli ümumiyyətlə psoriazdan əziyyət çəkən xəstələrə və onların valideynlərə ümidsiz olmamağa çağırır və uşaqlarda pullu dəmrov xəstəliyinin müalicəsi olduğunu vurğulayır.

 

 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

2 Responses

  1. Dərinin sadəcə boyun və qol hissəsində qıxartı,qaşıntı,və quruluğun olması həmin yaranın qabıq verməsi bağırsağdakı qurdların səbəbi ola bilərmi?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər