Sızanağın biryolluq müalicəsi | Roaccutane | İzotretinoin

Sızanağın biryolluq müalicəsi

Sızanağın biryolluq müalicəsi mümkündür deyə dermatoloq Mehdi İskəndərli video müsahibəsində qeyd etmişdir. Ən azından akne xəstəliyinin tam müalicəsi və profilaktikasını  vəd edən metodlar mövcuddur. Dermatoloq qeyd edir ki, roaccutane adı ilə məşhur olan oral izotretinoin preparatı ilə sızanaq xəstəliyinin tam müalicəsi mümkündür. Lakin, bu preparat çivzə əleyhinə güclü təsirə malik olsa da ciddi yan təsirlərə də malikdir. Ona görə roaccutane kimi dərmanlar peşəkar dəri həkimi tərəfindən göstəriş olduğu təqdirdə təyin edilir. Təyinat öncəsi xəstə xüsusi testlərdən keçirdilir. Xəstənin cinsi, yanaşı gedən xəstəlikləri, əlavə olaraq istifadə etdiyi dərmanları və s. kimi faktorlar nəzərə alınır. Bəzən olur ki, dəri xəstəsi oral izotretinoin dərmanını həkimdən tələb etsə belə əks göstəriş səbəbiylə onu həkim təyin etmir. Uzman dermatoloq onu da əlavə etmişdir ki, bu dərmanı heç bir aptek həkim təyini olmadan verməməlidir və xəstə roaccutane adlı dərmanı öz başında istifadə etməməlidir. Əks təqdirdə xəstənin sağlamlığına və həyatına ciddi təhlükələr yarana bilər.

Dermatologiya uzmanı, Dr. Mehdi İskəndərli söyləyir ki, roaccutane dərmanı sızanağın biryolluq müalicəsi ilə bərabər yağlı dəri problemini də həll edir. Dəri yağlılığı olanlarda yağ vəzlərini ölçülərini azaldaraq yağ ifrazını da azaldır. Paralel şəkildə saçlarda yağlanma problemi də aradan qalxır. Bəzən dəri yağlanması o qədər azalır ki, dəridə quruluq problemi yaranamağa başlayır. Xəstənin əsasən dodaqlarda quruluq problemi ortaya çıxır. Gözlərdə quruma da ən sıx görülən yan tərilərdən biridir. Lakin, istər quru gözlər, istərsə də quru dəri problemi müvafiq müalicə tədbirləri ilə dermatoveneroloq tərəfindən aradan qaldırılır. Bəzən heç bir müalicəyə tabe olmayan akne xəstələri sızanaqlardan qurtulmaq üçün bu dərmanın istifadəsi üçün bizə müraciət edirlər. Belə olan halda dəri həkimi xəstəni testlərdən keçirdərək müalicəyə başlayır. Yekunda peşəkar dəri həkimi Mehdi İskəndərli söyləmişdir ki, sızanaq xəstələri oral izotretinoin dərmanından ehtiyat eməlidirlər lakin, əgər uzman həkim göstərişə uyğun bu dərmanı akne xəstəliyi problemi olanlara təyin edərsə o zaman rahat şəkildə qəbul etmək olar.

 

 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər