Morfea xəstəliyi insanda rast gəlinən nadir dəri xəstəlikləri arasında incələnir. Əsasən qadınlarda daha çox görülsə də kişilər də morfea xəstəliyinə tutulurlar. Dəridə bərkimə ilə özünü göstərdiyi üçün bəzən sklerodermiya xəstəliyi kimi də təsvir edilir. Lakin dəridə sklerozlaşma prosesinə bağlı yaranan dəri xəstəlikləri çoxçeşidli olduğu üçün hər birinin özünün klinik adları vardır. Sklerodermiya sistem xəstəliyi hesab edilsə də morfea əksərən lokal dəri problemi kimi özünü göstərir. Lakin, morfea problemi generalizə formada meydana gələ bilər ki, bu da daxili xəstəliklər fonunda yarana bilir. Morfea xəstəliyi dərinin bərkiməsi ilə nəticələnsə də yeni yaranan xəstəlik əksərən dəridə qaşıntılı qızartılar ilə özünü göstərir. Xəstəliyin diaqnostikası və erkən müalicəsi başlamadığı təqdirdə dəridə qırmızı ləkələr zamanla dəridə qəhvəyi ləkələr formasında özünü göstərməyə başlayır. Qadınlarda qarında qəhvəyi ləkələr daha çox gözəçarpan olur. Dərinin qəhvəyi ləkələri zamanla fibrozlaşaraq dəri sərtləşməsi formasında qarşımıza çıxır. Qəhvəyi ləkələr əl ilə təmas zamanı sankı dərinin daşlaşması müşahidə olunur.
Morfe xəstəliyi əgər bu mərhələdə də qarşısı alınmazsa dəri fibrozlaşması sahəsi rəngini dəyişərək dəridə ağ ləkələr ilə özünü göstərməyə başlayır. Morfea problemi ümumiyyətlə proqressiv xəstəlikdir. Morfeanın diaqnostikası və müalicəsi aparılmalıdır. Morfea diaqnozu peşəkar dermatologiya uzmanı tərəfindən klinik müayinələr əsasında qoyur. Lazımdırsa dəri biopsiyası ilə də diaqnozu dəqiqləşdirir. Diaqnoz qoyulandan sonra dermatoloq səbəbləri araşdırmaq üçün xəstəni laborator, radioloji və s. müayinələrdən keçirdə bilər. Müalicələrə erkən başlanılmalıdır cünki, xəstəlik dərinləşərək xəstədə funksional çatışmazlıqlar yarada bilər. Məsələn baldırda qəhvəyi ləkələr dərinləşərək sümüyə qədər sklerozlaşma baş verə bilər. Kəllə sümüyündə çökmə, alında çökmə o cümlədən bərkimə prosesi sümüklərə qədər sirayət edə bilər. Morfeanın müalicəsi zamanı isə dəri həkimi müxtəlif yerli preparatlar, daxilə immunosupressif dərmanlar, lokal inyeksiyalar təyin edə bilər. Morfea xəstəliyinin müalicəsi uzun müddətlidir və peşəkar dermatoloq tərəfindən aparılmalıdır. Ona görə morfeadan əziyyət çəkənlər ümidsiz olmamlıdırlar. Bu xəstəliyin müalicə üsulları vardır, xəstəliyə qalib gəlmənin yolları vardır.