Koronavirus (COVID-19) pandemiyası Çində başlasa da artıq sürətli şəkildə başqa dünya ölkələrinə yayılaraq pandemiya halını almışdır. Bu xəstəlik adi qripin verdiyi əlamətlərin versə də özünəməxsus klinik əlamətlər toplusu da ayırd edilmişdir. Qızdırma, quru öskürək, tənginəfəslik kimi klinik əlamətlər novel coronavirus olaraq bilinən yeni koronovirus infeksiyasında daha çox müşahidə eilməktədir. Digər qrip viruslarından fərqli olaraq yeni koronavirus sürətli şəkildə ağ ciyərlərə yayılıb kəskin tənəffüs çatışmazlığı verərək xəstənin qısa müddətdə ölümünə səbəb ola bilir. Koronavirus epidemiyası fonunda yaranmış ölüm halları ən çox yaşlı insanlarda, immun sistemi çökmüş şəxslərdə daha çox müşahidə edilir. Ümumdünya səhiyyə təşkilatı (ÜST) xəstəliyinin sürətli yayılması və ölüm faizinin yüksək olmasına bağlı olaraq dünyada COVID-19 pandemiyası elan etmişdir və xəstəliyin qarşısını almaq məqsədi ilə bütün insanlara ümumi gigiyena qaydalarına əməl edilməsini tövsiyyə etmişdir. Əllərin tez-tez sabunla yuyulması, antiseptik gellərdən və məhlullardan istifadəsi tövsiyyə edilmişdir. Qrip əlamətləri göstərən insanlar üçün isə tibbi maskalardan istifadəsi məsləhət edilir.
Lakin, koronavirus (COVID-19) pandemiyası əleyinə aparılan profilaktik qaydalara bağlı artıq bir çox insanlarda dəri problemlərinin ya kəskinləşməsi, ya da yenidən yaranması görülməyə başlamışdır. Tez-tez əl yıxamaq alışqanlığı dəridə quruluq, qaşıntı, çatlama verən dermatit hallarının artmasına səbəb olmuşdur və bundan sonra da artacağı güman edilir. Xüsusən obsessiv kompulsiv disorder ( OCD ) və ya sarışan hallar nevrozu olaraq tanınan obsessiv kompulsiv pozuntular kimi problemləri olanların xəstəliyinin remissiyadan çıxması və əl yıxama alışqanlıqlarının kəskinləşməsi müşahidə oluna bilər. Odur ki, əl dermatiti probleminin qarşısını almaq üçün əllər yuyulduqdan sonra nəmləndiricilərdən istifadə edilməlidir. Maye sabunlardan uzaq durulmalıdır. Düzəlmə görülmədiyi təqdirdə dermatoloq həkimə müraciət edilməlidir. Maska istifadəsinə bağlı üzdə kontakt dermatit yaranma ehtimalı yüksəlmişdir. Tibbi maska istifadəsindən sonra üzdə qızartı, qaşıntı, qabıqlanma görülərsə dermatit problemindən şüphələnmək lazımdır. Belə olan halda maska istifadəsi dayandırılmalı və dəri həkimi ilə konsultasiya edilməlidir. Kontakt dermatit riskindən yan keçmək üçün üz üçün nəzərdə tutulan nəmləndirici kremlərdən istifadəsi məsləhət edilir.