Əllərdə qaşıntı hansı səbəbdən yaranır ?

əllərdə qaşıntı

Əllərdə qaşıntı dermatologiya polikliniklərinə tez-tez müraciət edilən şikayətlərdən biridir. Əllərin qaşıntısı bir çox səbəblərdən yarana bilər. Bunlardan ən önəmli səbəb əllərdə quruluq problemidir. Əlin quru olması qaşıntının bir başa səbəbi ola bilər. Dərini qurudan səbəblər isə əl dərisi ilə təmasda olan allergenlərə bağlıdır. Məsələn, istifadə edilən sabunların aşağı keyfiyyətdə olması dərinin zədələnməsinə səbəb ola bilər. Bəzi insanlarda quru dəri problemi genetik pozuntularla əlaqəlidir. Belə xəstələrdə sadəcə əllərdə quruluq meydana gəlmir. Bədənin bütün nahiyyələrində dəridə quruluq müşahidə edilir. Bu isə öz növbəsində dəridə qaşıntı şikayətini yaradır. Psixoemosional stres faktoru da əllərin qaşınmasına səbəb ola bilər. Belə xəstələrdə əllərin üst hissəsində və lokalizə qaşıntılar yaranır. 

Əllərdə qaşıntı peşə xəstəliyi ilə də əlaqəli ola bilər. Bəzi peşə sahiblərinin daima əlləri müxtəlif allergenlərlə təmasda olduğu üçün əldə qızartı və qaşıntı problemləri yarana bilər. Məsələn, rəssamların əlləri daima sulu və yağlı boyalarla təmasda olduğu üçün əl dərisi qaşıntılı və qızartılı vəziyyətə gələ bilər. Bəzən dəridə qaşıntı və qızartı problemi əlləri aşaraq bədənin digər yerlərinə də keçə bilər. Ümumiyyətlə allergik dəri xəstəlikləri olan insanlarda əllərdə qaşıntı şikayəti tez-tez rast gəlinir. Dermatoloq Mehdi İskəndərli qeyd edir ki, əllərdə qaşınma infeksioz mənşəli dəri xəstəliklərinə bağlı da yarana bilər. Əsasən əl barmaq aralarında şiddətli qaşıntılar yaranır və qaşıntılar gecələr şiddətlənə bilir. 

əllərdə qaşıntı

Əllərin qaşınması görsənidiyi kimi polifaktorialdır. Yəni, çoxlu dəri xəstəlikləri və səbəblər əldə qaşıntı verə bilər. Peşəkar dəri həkimi ilk başda sadə görsənin dəri xəstəliyinin dəqiq diaqnostikasını aparmalıdır. Əl qaşınması yaradan səbəb tapılarsa bu problemdən biryolluq qurtulmaq da mümkündür. Dəri həkimi Mehdi İskəndərli onu da əlavə edir ki, problemin səbəbini tapmaq üçün histopatoloji, laborator, mikrobioloji, radioloji, allergik dəri testləri tələb edilə bilər. Diaqnoz və səbəb təyin edildikdən sonra problemin həlli çox asandır. Dermatologiya uzmanı qeyd edir ki, xəstə tərəfindən profilaktika düzgün və mütəmadı qaydada aparılarsa əllərdə qaşınma problemi tamamiylə aradan qalxa da bilər. 

 

 

 
 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

12 Responses

  1. Salam. Əl barmaqlarımın arasında şiddətli qaşıtı əmələ gəlib. Əvvəl belə birşey olmayıb. Qara üzümün suyunu çıxartmaq üçün əllərimlə əzdim hardasa yarım saat əlim qaldı üzüm suyunda. Həmən vaxt hiss etdim ki, acışır. Ondan sonra qaşınma başlandı.

  2. Salam,əllərimdə həm iç,həm üst, həmdə barmaq içləri tərəfdə şiddətli qaşıntılar olur axşama doğru dahada şiddətli olur.Nədən olar?

    1. Salam. Əllərdə qaşıntı çox səbəbdən ola bilər. Səpgilər varsa onlardan qaynaqlana bilər. Səpgilərin mənşəyini bilmək lazımdır əyani müayinə ilə. Siz müvvəqəti olaraq yumşadıcı kremlərdən istifadə edin düzəlməsə müraciət edə bilərsiz yardım edərik. Hörmətlə

  3. Salam.mende ellerin icinde ve ayaqlarda qawinti var geceler dehwet coxalir yatmaqa bele qoymur.Hec bir qizarti iz sepki yoxdur.en cox bu aylarda olur her il.1 ay falan qawinir sonra kecib gedir.neden olar doktor ne etmeliyem?xahiw edirem cavablandirardiniz.

    1. Salam. Mövsümü səbəblər ola bilər. Araşdırmaq lazımdır. Qış aylarında dərisi qaşınan çox insan olur. Hər bir kəsdə fərqli səbəblər ola bilər. Yumşadıcı kremlər vurun. Düzəlmirsə müraciət etsəniz səbəbi tapıb müalicələr təyin edə bilərik. Hörmətlə

  4. Salam sağ əl barmaqlarımda xırda qırmızı nöqtə kimi bir şey var əl içində yaranıb sonra şişib qızarıb qaşınır işarət barmağımın oynaq hissəsində şişkinlik var qaşınma qızartı var nədən ola bilər durduq yerə olub əl

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir