B.e - Şənbə 10:00-17:00

Bazar - İŞ GÜNÜ DEYİL

(051) 444 66 44

info@mehdiiskandarli.com

Kutanoz Klinika

Atatürk prospekti 203/209

Hidroksixloroxin dərmanı FDA tərəfindən təsdiqləndi

Hidroksixloroxin dərmanını FDA

Hidroksixloroxin dərmanı FDA tərəfindən təsdiqləndi. 28.03.2020 tarixində ABŞ-nın qida və dərman təhlükəsizliyi agentliyi olan FDA tərəfindən xloroxin və hidroksixloroxin dərmanının COVID-19 xəstələrində istifadəsini təsdiqləmişdir. Sandoz şirkətindən 30 mln, Bayer şirkətinə isə 1 mln xininlər qrupuna daxil olan xloroxin və hidroksixloroxin tabletləri sifariş edilmişdir. Dermatoloq Mehdi İskəndərli qeyd edir ki, xloroxin və hidroksixloroxin molekulalarının COVID-19 xəstələrində müsbət təsiri kiçik xəstə qruplarında aparılan elmi araşdırlmalarda ortaya çıxmışdır.

Qeyd edək ki, hidroksixloroxin dərmanı FDA tərəfindən təsdiqləmədən öncə xininləri Hindistanın COVID-19 ilə Milli mübarizə Mərkəzi 22.03.2020 tarixində koronavirus infeksiyası əleyhinə təsdiq etmişdir.  Xüsusən xəstələrlə yaxın təmasda olan tibb işçilərini və xəstələrin yaxın əqrabalarını SARS-CoV-2 virusundan qorumaq üçün profilaktik məqsədlə istifadəsinə icazə verilmişdir. Qərardan sonra isə 25.03.2020 tarixində hidroksixloroxin və xloroxin dərmanlarının ixracına qadağalar qoyulmuşdur. Dermatologiya uzmanı, Mehdi İskəndərli onu da qeyd edir ki, bu dərmanlar ciddi yan təsirlərindən dolayı xüsusən, ani ölüm, korluq kimi fəsadlarından dolayı mütləq həkim təyinindən sonra qəbul edilməlidir. Bəzi dərmanlarla isə xüsusən azitromisin ilə biryerdə istifadəsi yan təsirlərinin şiddətinin birəbeş artmasına səbəb ola bilər. Odur ki, diqqətli olmaq lazımdır.

Qeyd edək ki, hidrokskixloroxin dərmanı ilk dəfə malyariya xəstəliyi əleyhinə istifadə edilməyə başlamışdır. 1955-ci ildə dərman FDA tərəfindən qırmızı qurd eşənəyi və revmatoid artrit əleyhinə istifadəsi üçün təsdiq edilmişdir. 

 


 

 

 

Paylaş

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər