B.e - Şənbə 10:00-17:00

Bazar - İŞ GÜNÜ DEYİL

(051) 444 66 44

info@mehdiiskandarli.com

Kutanoz Klinika

Atatürk prospekti 203/209

Dırnaq xəstəlikləri müalicə olunurmu ?

Dirnaq xestelikleri-1

Dırnaq xəstəlikləri müalicə edilir. Əlbəttə! Çox adam düşünür ki, dırnaq xəstəliyi müalicə edilmir. Xətalı fikirdir. Dırnaq xəstəlikləri müalicə edilir lakin, bu sualın cavabı həm də xəstəliyin növündən asılıdır. Bəzi dırnaq xəstəlikləri müalicədən çox onun daxili orqan və sistemlərin patologiyalarına işarə olması önəmlidir. Cünki,  dırnaq xəstəliklərinə səbəb olan daxili xəstəliklər aradan qaldırılmasa dırnaqların düzəlməsi mümkün deyildir. Bundan başqa dırnaqlardakı problemlər əgər daxili orqanların xəstəliklərinin aşkar edilməsində rola sahibdirsə o zaman xəstələr dırnaq şikayəti yarandığı zaman dermatoloq həkimə müraciət etməlidirlər ki, həyati təhlükəli sistem problemləri zamanında aşkar edilsin və lazımi tədbirlər görülsün. Bəzi dəri xəstəlikləri paralel şəkildə həm dırnaqları, həm saçları, həm də dərini zədələyə bilər. Psoriaz xəstəliyi zamanı dırnaqda qalınlaşma, saralma və s. deformasiyalar ilə yanaşı artrit, başda kəpəklənmə, dəridə qabıqlı qızartılar yarana bilər. Belə dırnaq xəstəliklərin müalicəsi çətin olsa da çarəsi vardır və uğrulu nəticələr əldə etmək mümkündür. Bu baxımdan ümidsiz qalmaq olmaz.  

Dırnaqlarda qırılma, kövrəklik, saralma, qaralma, göyərmə, qanlanma, qalınlaşma, ayrılma, ağrı, şişmə, qızartı və s. kimi dəyişmələr dırnaq xəstəliyindən xəbər verir. Belə olan halda dermatoloq səbəbləri araşdırmaq üçün xəstədən əlavə olaraq mikrobioloji, laboratuar, radioloji analizlər istəyə bilər. Diaqnozu dəqiqləşdirmək üçün hətta dırnaq biopsiyası tələləb edilə bilər. Bəzi dırnaq xəstəlikləri dəri patologiyaları ilə paralel şəkildə yaranır. Yəni, dəri xəstəlikləri yarandığı zaman paralel olaraq ayaq və əl dırnaqları da zədələnə bilir. Məsələn, əl ekzeması xəstəliyi zamanı bütün dırnaqlarda deformasiyalar yarana bilər. Belə olan halda dəri xəstəliyi dırnaqlarla birlikdə müalicə edilir. Dırnaqların göbələk mənşəli xəstəliyi isə ən sıx görülən dırnaq problemlərindən biridir. Bu xəstəliyin tam müalicəsi mümkündür. Dırnağın göbələk infeksiyasını müalicə etmək üçün bəzən aylar lazım olur. Xəstə səbirli və kontrollara zamanında gələcəksə bu işi sonuna qədər çatdırmaq mümkündür. Lakin dırnaqlarda rəng dəyişmə dermatoonkoloji problemlərə işarə ola bilər. Xüsusən dırnaqda qaralma melanoma adlanan dəri xərçəngi ilə əlaqəli ola bilər. Odur zamanında dermatoloq randevu alınmalıdır. 

 

 

Paylaş

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

18 Responses

  1. Axşamınız xeyir həkim.Bağışlayın narahat edirəm..
    9 yaşı var oğlumun,artıq 6 aydır ki əl dırnaqları uzanmır.Bu nə ilə bağlı ola bilər?Çox narahatam zəhmət olmasa cavablandırarsınız

    1. Salam Leyla xanım. Suala görə təşəkükrlər. Müxətlif dırnaq xəstəlikləri bu cür problemlər yarada bilər. Bundan başqa bəzi daxili orqan xəstəliklərinə bağlı da yarana bilər. Genetik xəstəliklər də ayrıca bu cür problemlər verə bilər. Müraciət etmənizi tövsiyyə edirəm. Dəqiqləşdirib səbəbini təyin etmək olar. Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, ?: https://mehdiiskandarli.com Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur ??☘️

  2. Salam doktor. Mənim oğlumun 15 yası var . idmana getdikdən sonra gözünün üstündə və əllərində ag ləkələr gördüm. günəş altında da cox gəzib. bunun səbəbi nə ola bilər və müaicəsi varm;?

    1. Salam. Ağ ləkə verən dəri xəstəliyi çoxdur. Vitiliqodan şüphələnmək lazımdır ilk öncə. Ancaq gözətrafındakı hər ağ rəngli hər ləkəyə vitiliqo demək də doğru deyil. Diaqnozu dəqiqləşdirmək üçün mütləq əyani müyainələr lazımdır. Müraciət edə bilərsiz yardım edərik sizə. Hörmətlə

  3. Salam doktor. Mənim oğlumun 15 yası var . idmana getdikdən sonra gözünün üstündə və əllərində ag ləkələr gördüm. günəş altında da cox gəzib. bunun səbəbi nə ola bilər və müaicəsi varm;?

  4. Salam.Menim bel nahiyəmdə qaralma gedir dərinin rəngi getdikcə tündləşir.Eyni zamanda əl dirnaginda da qaralma var..Bunun səbəbi nə ola bilər?

    1. Salam. Ola bilsin infeksiya düşüb. Ola bilər bir dəri xəstəliyidir. Çox səbəbi vardır bu cür əlamətlərin. Ancaq səbəbi nə olursa olsun dırnaq problemləri vaxtında düzgün bir şəkildə həll edilməlidir ki, problem dərinə getməsin. Dərinə gedərsə qalıcı dırnaq pzountusu yarana bilər. Hörmətlə

  5. Salam hekim menim oğlum 17ayliqdir iki aydır ki bir dırnağın kənarlarında dəri quruması var və dırnağ formasını dəyişib buna nə edə bilerem

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər