Dermatologiya uzmanı, Dr. Mehdi İskəndərli, verdiyi müsahibəyə görə sızanaqlar daxili xəstəliklər fonunda da yarana bilər. Lakin, bütün daxili xəstəliklər akne yarada bilməz. Qaraciyər xəstəlikləri, böyrək xəstəlikləri, ağ ciyər xəstəlikləri, mədə bağırsa sisteminin parazitar invaziyaları sızanaq səbəbi ola bilməz. Xəstələr tərəfindən yanlış olaraq çivzə xəstəliyi ilə əlaqəli olaraq gərəksiz endoskopiya, bağırsaq yuması, qaraciyar təmizləməsi, qaraciyərin qoruyucu müalicələri qəbul edilir. Bunlar xətalı praktikalardır. Çivzə xəstəliyinin barmaqla sayıla biləcək az sayda lakin, çox önəmli daxili xəstəliklərin fonunda yaran bilər. Əsasən endokrin xəstəliklərin bir çoxu sızanaqların daxili səbəbi ola bilər.
Dermatologiya uzmanı, Dr. Mehdi İskəndərli qeyd edir ki, ən çox qadınlarda endokrin xəstəliklər sızanaq problemi törədir. Beləki, qadınlarda yumurtalıq kistaları və ya bədxassəli törəmələri qanda kişi hormonu sayılan androgen hormonları artıra bilər. Bu isə çivzə yaranmasına səbəb olur. Eyni zamanda böyrəküstü vəzlərin xəstəlikləri həm kişilərdə, həm də qadınlarda sızanaq xəstəliyi yarada bilər. Dermatoloq həkimin dediyinəz görə “Acne vulgaris” xəstəliyi həm də xaricdə yeridilən hormonal preparatlara bağlı da meydana gələ bilər.
Uzman dermatoloq Mehdi İskəndərli onu da qeyd edir ki, şüphələnildiyi təqdirdə dəri həkimi, xəsətni endokrin testlərdən keçirdə bilər və xəstəliyin endokrin sistem xəstəlikləri ilə əlaqə olmasını aşkara çıxarda bilər. Əgər sızanaqların yaranması hormonal pozuntulara bağlıdırsa o zaman akne xəstəliyinin müalicəsi fərqli istiqamətlərdə getməlidir. Ona görə sızanaq problemi olanlar daxili orqanları yoxlatdırmaq üçün müxtəlif ixtisas həkimlərinə müraciət etmək və uzun uzadı chek up-lardan keçmək xəstə üçün həm vaxt, həm də maliyyə itkilərinə səbəb olur. Bu problemdan yan keçmək üçün akne xəstələri peşəkar uzman dermatoloq həkimlərə müraciət etmələri tövsiyyə edilir.
Dermatologiya uzmanı həm də onu qeyd etmişdir ki, sızanaq xəstəliyi zamanı erkən müalicə vacibdir. Cünki, bəzi sızanaqlar üzdə düzəlməyən çopurlar yarada bilər. Bu isə gənc pasientlər üçün komplekslər yaradır. Odur ki, valideynlər övladlarında yaranmış dərialtı səpgilər və qara nöqtələr biganə qalmamlı zamanında dermatoloq randevusu alınmalı və erkən akne xəstəliyi müalicəsi və proafilaktikası başlanılmalıdır.