Dəridə qəhvəyi ləkələr – səbəbi, diaqnostikası və dermatoloji yanaşma

dəridə qəhvəyi ləkələr

Dəridə qəhvəyi ləkələr dermatoloji praktikada ən çox rast gəlinən hiperpiqmentasiya pozuntularından biridir. Bu ləkələr estetik narahatlıq verir və çox zaman genetik meyillik, iltihabi proseslər, immun sistem pozuntuları, hormonal dəyişikliklər və ya daxili xəstəliklərin dəriyə əks olunması nəticəsində meydana çıxır. Bəzi xəstələrdə combinə formada yəni, dəridə ağ ləkələr o cümlədən vitiliqo ilə bir yerdə qəhvəyi ləkələr də meydana gələ bilər. Buna görə hər rəngdə olan ləkələr xüsusən dəridə qəhvəyi ləkələrin səbəbi hər zaman dermatoloji müayinə ilə araşdırılmalıdır.

Bu məqalədə dəridə qəhvəyi ləkələr verən xəstəliklər, onların bədəndə yerləşməsinə görə klinik fərqləri, uşaq və böyüklərdə müşahidə olunan formaları, həmçinin dermatoloqun bu ləkələri necə diaqnoz qoyduğunu ətraflı izah edirik.


Dəridə qəhvəyi ləkələr nədir?

Dəridə qəhvəyi ləkələr – dərinin müəyyən sahələrində melanin piqmentinin normadan artıq toplanması nəticəsində dəridə yaranan hiperpiqmentasiya sahələridir.. Melanin melanosit adlı hüceyrələr tərəfindən sintez olunur və normalda dərini UV şüalardan qoruyur. Lakin müxtəlif patoloji vəziyyətlərdə bu proses pozulur.

Qəhvəyi ləkələr:

  • Epidermal (üst qat)

  • Dermal (dərin qat)

  • Qarışıq tipli

ola bilər və bu fərq diaqnostika və müalicə yanaşması baxımından vacibdir.


Dəridə qəhvəyi ləkələrin əsas səbəbləri

1. Günəş şüaları və fotoyaşlanma

Ultrabənövşəyi şüalar melanositlərin aktivliyini artırır. Nəticədə xüsusilə üzdə qəhvəyi ləkələrin səbəbi əksərən xroniki günəş məruziyyəti ilə əlaqəli olur. Bu ləkələr adətən:

  • Üz

  • Boyun

  • Sinə nahiyələrində müşahidə edilir.

UV şüaları melanositləri stimullaşdırır. Nəticədə melanin sintezi artır və aktinik lentigo adlanan qəhvəyi ləkələr yaranır.

Mexanizm:

  • p53 zülalının aktivləşməsi

  • Melanogenezi artıran α-MSH hormonunun yüksəlməsi

  • Melanositlərin sayca artmaması, lakin daha çox piqment istehsal etməsi

Bu növ ləkələr immunoloji xəstəlik deyil, lakin xronik UV zədələnməsi dəridə gen ekspressiyasını dəyişə bilər.


2. Genetik faktorlar

Bəzi şəxslərdə melanin istehsalını tənzimləyən genlər daha aktivdir. Bu zaman:

  • Bədəndə qəhvəyi ləkələr

  • Kürəkdə qəhvəyi ləkələr

  • Ailəvi lentiginlər

meydana çıxa bilər. Genetik piqment pozuntuları çox vaxt uşaqlıq və yeniyetməlik dövründən başlayır.

Yəni dəridə qəhvəyi ləkələr irsiyyət səbəbilə inkişaf edir və əsas mexanizmlər:

 

a) Melanin sintez genlərinin dəyişməsi

TYR, TYRP1, OCA2, SLC45A2 kimi genlər melanin istehsalını tənzimləyir. Bu genlərdəki variasiyalar melanin paylanmasını pozur.

b) Genetik hiperaktiv melanositlər

Ailəvi melazma, etnik piqmentasiya və ya genetik lentiginin əsasını təşkil edir.

c) MAPK və cAMP yollarında aktivləşmə

Bu yolaklar melanin istehsalını artıran biokimyəvi mexanizmlərdir.

Nəticə: Dərinin bəzi sahələri təbii olaraq daha çox piqment yığmağa meyilli olur.


 

3. Hormonal dəyişikliklər

Hormonal balansın pozulması melanositləri stimullaşdırır. Bu mexanizm xüsusilə:

  • Melazmada

  • Hamiləlik dövründə

  • Tiroidböyrəküstü vəz xəstəliklərində

müşahidə olunur və əsasən üzdə qəhvəyi ləkələr şəklində ortaya çıxır.

Melazma estrogen–progesteron balansının dəyişməsi nəticəsində yaranır.

Mexanizmlər:

  • Estrogen → MC1R reseptorunu aktivləşdirir

  • Tirozinaza fermentinin aktivliyi artır

  • Melanositlərin piqment istehsalı sürətlənir

Bəzi xəstələrdə melazma immun sistemin lokal hiperaktivliyi ilə müşahidə olunur.

Immun mexanizmlər:

  • İltihabi sitokinlərin (TNF-α, IL-1β) yüksəlməsi

  • Melanosit stimullaşdırıcı hormonların artması

  • Zədələnmiş toxumalarda melanin daşıyıcılarının yığılması

PIH xüsusilə tünd dərili insanlarda daha uzun müddət qalır.


 

4. Postinflamatuar hiperpiqmentasiya

Dəri iltihabından sonra yaranan qəhvəyi ləkələrdir. Səbəblər:

Bu zaman boyunda qəhvəyi ləkələr, sinədə qəhvəyi ləkələr və üzdə ləkələr tez-tez rast gəlinir.


5. Avtoimmun və daxili xəstəliklər

Bəzi xəstəliklər birbaşa dəridə qəhvəyi ləkələr verən xəstəliklər qrupuna daxildir:

  • Addison xəstəliyi

  • Liken planus pigmentozus

  • Eritema disxromikum perstans

  • Morfea

Bu hallarda piqmentasiya ümumi vəziyyətin göstəricisi ola bilər.


 

6. Dərmanlara bağlı piqmentasiya

Bəzi dərmanlar melanin sintezini artırır və ya dəridə piqment çökməsinə səbəb olur. Uzunmüddətli antibiotik və ya digər sistemik dərman istifadəsi zamanı bədəndə qəhvəyi ləkələr yarana bilər. Bunda əlavə sadəcə dərinin tək nahiyyəsində xüsusən kürəkdə qaşıntılı qəhvəyi ləkə problemi də tez-tez görülür. 


 

Dəridə qəhvəyi ləkələrin növləri 

Pigmentasiya tipiƏsas səbəbMexanizmLokalizasiyaRisk qrupları
Aktinik lentigoUV şüasıMelanosit aktivləşməsiÜz, əllərAçıq dərili şəxslər
MelazmaHormonalcAMP – MC1R aktivliyiÜz (alın, yanaq)Qadınlar, hamiləlik
Postinflamator hiperpiqmentasiyaİltihabTNF-α ↑, melanin artımıÜz, bədənSızanaqlı xəstələr
Genetik piqment pozuntusuGen mutasiyasıTYR, OCA2 yolaklarıÜz və bədənGenetik meyilli şəxslər
Liken planus pigmentozusAutoimmunT-hüceyrə sitotoksikliyiBoyun, üzOrta Şərq / Asiya
Addison xəstəliyi piqmentasiyasıEndokrinACTH ↑Bütün bədənEndokrin xəstələr
Dərmanlara bağlı piqmentasiyaAntibiotiklər / antiaritmiklərMelanin + dərman kompleksləriÜz, gövdəXronik dərman istifadəsi

 

Uşaqda dəridə qəhvəyi ləkələr

Uşaqda dəridə qəhvəyi ləkələr böyüklərdən fərqli olaraq daha diqqətlə qiymətləndirilməlidir. Bunların bəziləri anadangəlmə ləkələrdir, bəziləri isə sonradan qazanılmışdır. Uşaqlarda qazanılmış qəhvəyi ləkələr bir çox hallarda dəridə qaşınma simptomaptikası da verir. Bundan əlavə uşaqda kombinə ləkələr yəni üzdə ağ ləkələr, bədən də isə qəhvəyi ləkələr yer ala bilir.   

Uşaqlarda bu ləkələr:

  • Genetik nevuslar

  • İrsi piqment pozuntuları

  • Metabolikhormonal xəstəliklər

ilə əlaqəli ola bilər. Ləkə böyüyürsə, forması dəyişirsə və ya sayca artırsa, dermatoloq müayinəsi mütləqdir.


 

Lokalizasiyaya görə qəhvəyi ləkələrin mümkün səbəbləri

LokalizasiyaMümkün səbəblər
ÜzMelazma, günəş təsiri, hormonal faktorlar
BoyunPostinflamator hiperpigmentasiya, insulin rezistentliyi
SinəFotoyaşlanma, iltihabi proseslər
KürəkGenetik lentiginlər, dərman təsiri
Bədən üzrə yayılmışAddison xəstəliyi, sistemik dərmanlar
UşaqlardaGenetik nevuslar, irsi sindromlar

 

Dermatoloq tərəfindən dəridə qəhvəyi ləkələrin diaqnostikası ?

Dəridə qəhvəyi ləkənin müalicəsi yalnız düzgün diaqnozdan sonra planlaşdırıla bilər. Dəridə qəhvəyi ləkələrin təyini üçün insturmental müayinə metodları tətbiq edilir. Dermatoloqun diaqnostik müayinələri mərhələlidir:

1. Klinik baxış

  • Ləkənin ölçüsü

  • Rəngin bərabərliyi

  • Sərhədlər

  • Lokalizasiya

qiymətləndirilir.


 

2. Dermatoskopiya

Dermatoskopiya piqment strukturlarını böyüdülmüş şəkildə göstərir və:

  • Melanosit mənşəli ləkələri

  • Xoşxassəli və şübhəli törəmələri

ayırt etməyə kömək edir.


 

3. Wood lampası müayinəsi

Wood lampası ilə dermatoloq:

  • Ləkənin epidermal və ya dermal dərinlikdə olması

  • Piqmentin yayılma forması

müəyyən edir. Bu üsul dəridə qəhvəyi ləkələrin səbəbini aydınlaşdırmaqda çox faydalıdır.


 

4. Laborator və əlavə testlər

Zərurət olduqda:

  • Hormonal analizlər

  • Endokrin testlər

  • Avtoimmun göstəricilər

dəri həkimi tərəfindən istənilə bilər.


 

5. Dəri biopsiyası

Yalnız şübhəli hallarda dəri biopsiyası aparılır və histoloji diaqnoz verir.


Dermatoloji diaqnostika üsulları

Diaqnostik üsulMəqsəd
Klinik müayinəİlkin qiymətləndirmə
DermatoskopiyaPiqment strukturunun analizi
Wood lampasıPiqment dərinliyinin təyini
Laborator testlərDaxili səbəblərin araşdırılması
BiopsiyaŞübhəli halların təsdiqi

 

Qəhvəyi ləkələrin müalicəsi – tibbi prinsip

Tibbi baxımdan əsas prinsip budur:

Qəhvəyi ləkələrin müalicəsi ləkənin özünə deyil, onu yaradan səbəbə yönəlməlidir.

Hormonal, immun və ya genetik faktorlar aradan qaldırılmadan davamlı nəticə əldə edilməsi üçün.


Qəhvəyi ləkələrdən qorunma. Piqmentasiyanın azaldılması

  • UV şüasından qorunma (SPF istifadəsi)

  • Dərini zədələməmək və sızanaqları sıxmamaq

  • Hormonal balansın endokrinoloq tərəfindən nəzarəti

  • Dərmanı uzunmüddətli qəbul edərkən dermatoloq nəzarəti

  • İltihabi dəri xəstəliklərinin vaxtında müalicəsi


 

Nəticə

Dəridə qəhvəyi ləkələr sadə piqment problemi deyil, çox vaxt kompleks dermatoloji və sistemik mexanizmlərin göstəricisidir. Dəridə qəhvəyi ləkələrin səbəbi düzgün araşdırıldıqda, həm diaqnostika, həm də uzunmüddətli nəzarət mümkün olur. Bu səbəbdən hiperpiqmentasiya zamanı özbaşına yanaşma deyil, təcrübəli dermatoloq müayinəsi şərtdir.


 

Dəridə qəhvəyi ləkələr haqqında tez-tez verilən suallar

1. Dəridə qəhvəyi ləkələr nə üçün yaranır?

Dəridə qəhvəyi ləkələrin yaranma səbəbləri çoxşaxəlidir və ən çox günəş şüaları, hormonal dəyişikliklər, iltihabdan sonra qalan piqmentasiya, genetik meyillikdaxili xəstəliklər ilə əlaqədardır. Bəzi hallarda qəhvəyi ləkələr dəridə piqment pozuntusunun ilk əlaməti ola bilər.


2. Üzdə qəhvəyi ləkələrin əsas səbəbi nədir?

Üzdə qəhvəyi ləkələrin ən geniş yayılmış səbəbi melazmaxroniki UV məruz qalmasıdır. Hormonal dəyişikliklər, hamiləlik, oral kontraseptivlər və tiroid xəstəlikləri bu ləkələrin yaranmasını sürətləndirə bilər.


3. Bədəndə qəhvəyi ləkələr hansı xəstəliklərin əlaməti ola bilər?

Bədəndə yayılmış qəhvəyi ləkələr bəzən Addison xəstəliyi, dərmanlara bağlı piqmentasiya, genetik lentiginlər və ya autoimmun xəstəliklər ilə əlaqəli ola bilər. Bu tip hallarda yalnız kosmetik yanaşma deyil, sistemik müayinə tələb olunur.


4. Boyunda və sinədə qəhvəyi ləkələr təhlükəlidirmi?

Boyunda və sinədə qəhvəyi ləkələr çox zaman postinflamator hiperpigmentasiya, insulin rezistentliyi və ya sürtünməyə bağlı piqmentasiya nəticəsində yaranır. Qaşınma, qalınlaşma və rəng dəyişməsi müşahidə edilərsə dermatoloq müayinəsi vacibdir.


5. Uşaqda dəridə qəhvəyi ləkələr normaldırmı?

Uşaqlarda qəhvəyi ləkələr anadangəlmə nevuslar, irsi piqment pozuntuları və ya metabolik problemlər ilə əlaqəli ola bilər. Ləkə böyüyürsə, asimmetrikdirsə və ya sürətlə artırsa, mütləq dermatoloq tərəfindən qiymətləndirilməlidir.


6. Dəridə qəhvəyi ləkələr xərçəng göstəricisi ola bilərmi?

Əksər qəhvəyi ləkələr xoşxassəlidir. Lakin asimmetriya, rəng variasiyası, sərhədlərin pozulmasısürətli böyümə varsa, melanoma və digər piqmentli törəmələr istisna edilməlidir.


7. Dermatoskopiya ilə qəhvəyi ləkələrin diaqnozu vacibdir?

Dermatoskopiya qəhvəyi ləkələrin melanosit mənşəli olub-olmadığını, xoşxassəli və ya şübhəli olduğunu ayırd etməyə imkan verir və lazımsız biopsiyaların qarşısını alır.


8. Wood lampası ilə qəhvəyi ləkələrin müayinəsi necə aparılır ?

Wood lampası vasitəsilə ləkənin epidermal, dermal və ya qarışıq tipli olduğu müəyyən edilir. Bu isə müalicə strategiyasının düzgün seçilməsi üçün əsasdır.


9. Postinflamator hiperpiqmentasiya nə qədər müddətdə keçə bilər?

PIH dərinin tipindən və piqmentin dərinliyindən asılı olaraq bir neçə ay, bəzən isə 1 ildən çox davam edə bilər. Tünd dəri tipində daha uzunmüddətli olur.


10. Qəhvəyi ləkələrdən tam xilas olmaq mümkündürmü?

Tam yox olması həmişə mümkün olmaya bilər. Əsas məqsəd piqmentin artmasının qarşısını almaq, mövcud ləkələri açmaqtəkrarlanmanı önləməkdir. Bu isə səbəbə yönəlik tibbi yanaşma tələb edir.

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Dermatoloq Mehdi İskəndərli Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Türkiyə, Ege Universitetinde rezidentura keçmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi kimi elmi məqalələri pubmed platformasında dərc edilmişdir, ölkəmizdə ilk dəfə meymunçiçəyi xəstəliyini aşkar etmişdir, Avropa Dermatovenerologiya Akademiyasının (EADV) üzvüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir