Düşünməyin ki, dəri xəstəliklərindən ancaq sadə insanlar əziyyət çəkirlər. Məşhurların bir çoxunda da dəri xəstəlikləri aşkarlanmışdır. Məsələn, pop ulduzu Maykl Gekson total vitiliqodan əziyyət çəkib. Dəridə ağ ləkə problemlərinin səbəbi də məhz vitiliqodur. Məşhur müğənni Sil isə qırmızı qurd eşənəyi xəstəliyindən əziyyət çəkir. Üzündəki çapıqların səbəbi məhz bu xəstəlikdir. Hyu Gekmən isə dəfələrlə burundakı bazalioma deyilən dəri xərçənginə görə əməliyyat keçirmişdir. Dəri xəstəliklərindən əziyyət çəkən məşhurlardan biri də Qorbaçovdur. Qorbaçovun alnındakı qırmızı rəngli ləkə isə port-wine ləkəsidir.
ABŞ-ın 39-cu prezidenti olmuş Gimmi Karter isə metastatik melanoma xəstəliyinə tutulmuşdur. Məşhur aktrisa Rene Zelveger isə rozasea problemindən əziyyət çəkir. Evan Makqreqor da Hyu Gekman kimi dərinin bədxassəli şişi sayılan bazal hüceyrəli karsinoma xəstəliyindən əziyyət çəkir. Adi keçən dəri xəstəliklərindən əziyyət çəkmələrinə rağmən onlar yenə də böyük uğurlar əldə etmişlər. Bəziləri isə hələm də fəaliyyətdədirlər və zirvələri fəth etməyi davam edirlər. Bu səbəbdən xroniki dəri xəstələri kompleks yaşamadan həyatlarına davam etməyi bacarmalıdırlar və hər zaman mütəxəssis nəzarətində qalmalıdırlar.