Gimmi Karter hansı dəri xəstəliyindən əziyyət çəkir?

ABŞ-ın 39-cu prezidenti olan Gimmi Karterdə 3 avqust 2015 tarıxındi dərinin ən bəd xassəli xərçəngi sayılan melanoma aşkarlanmışdır. Melanomanın artıq qaraciyər və beyinə də metastaz verdiyi məlum olmuşdur. Xəstəyə ən müasir immunoterapiya müalicəsi və radioterapiya tətbiq edilmişdir. Müalicə effektli olmuşdur. Metastaz ocaqları və birincili şiş aradan qaldırılmışdır. Eks-prezident hal-hazırda müalicə altındadır və həkimlərin nəzarətindədir. Qeyd edək ki, melanoma əsasən sağlam dəridən meydana gələn qara, qəhvəyi rəngli xalabənzər törəmədir. Bir çox hallarda isə melanoma anadangəlmə xallardan yaranır. Odur ki, əziz soydaşlarımız! Dərinizdəki tünd rəngli ləkələri və şüphəli xallarınızı metastaz olmadan vaxtında dermatoloqa müayinə etdirin və özünüzü melanomadan sığortalamış olun.

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər