Roaccutane yan təsirləri (izotretinoin): ən çox görülənlər, analizlər və təhlükəsiz idarəetmə
Roaccutane yan təsirləri mövzusu izotretinoinlə müalicə başlayan pasiyentlərin ən çox axtardığı suallardandır. Roaccutane (aktiv maddə: izotretinoin) ağır və iz buraxma riski olan sızanaqlarda yüksək effektivliyə malik olsa da, yan təsir potensialı səbəbilə yalnız dermatoloq nəzarəti ilə istifadə edilməlidir.
Ən vacib xəbərdarlıq
- Hamiləlikdə qəti qadağandır. Hamilə qalma ehtimalı olan pasiyentlər üçün təhlükəsizlik protokolu mütləqdir.
- Özbaşına istifadə etməyin. Doza və nəzarət planını yalnız həkim müəyyən etməlidir.
- Bu məqalə maarifləndiricidir; fərdi müalicə qərarı həkim müayinəsi ilə verilir.
Roaccutane (izotretinoin) hansı adlarla ola bilər?
Apteklərdə izotretinoin müxtəlif ticarət adları ilə mövcud ola bilər: Roaccutane, Aknetrent, Remunde, Isomer, Isosupra,Zoretanin. Aktiv maddə eyni ola bildiyi üçün əsas fərq adətən istehsalçı və təqdimat xüsusiyyətləridir. Seçimi həkim klinik vəziyyətə və mövcudluğa görə edir.
Ən çox görülən Roaccutane yan təsirləri
Dermatologiya uzmanı, Dr. Mehdi İskəndərli söyləyir ki, roaccutane dərmanı sızanağın tam müalicəsi vədini verməklə bərabət yağlı dəri problemini də həll edir. Dəri yağlılığı olanlarda yağ vəzlərini ölçülərini azaldaraq yağ ifrazını da azaldır. Paralel şəkildə saçlarda yağlanma problemi də aradan qalxır. Bəzən dəri yağlanması o qədər azalır ki, dəridə quruluq problemi yaranamağa başlayır.
Xəstənin əsasən dodaqlarda quruluq problemi ortaya çıxır. Gözlərdə quruma da ən sıx görülən yan tərilərdən biridir. Lakin, istər quru gözlər, istərsə də quru dəri problemi müvafiq müalicə tədbirləri ilə dermatoveneroloq tərəfindən aradan qaldırılır. Bəzən heç bir müalicəyə tabe olmayan akne xəstələri sızanaqlardan qurtulmaq üçün bu dərmanın istifadəsi üçün bizə müraciət edirlər. Belə olan halda dəri həkimi xəstəni testlərdən keçirdərək müalicəyə başlayır.
1) Dodaq quruluğu (cheilitis) və ağız ətrafı çatlar
Ən tipik yan təsir dodaq quruluğu və çatlamasıdır. Çox vaxt gündə bir neçə dəfə dodaq balzamı istifadə etmədən keçinmək çətin olur. Çatlar və qızartı yaranarsa, həkimin tövsiyə etdiyi bərpaedici kremlər lazım ola bilər.
2) Dəri quruluğu, soyulma və həssaslıq
Dəri quruluğu, qabıqlanma, dartınma hissi və həssaslıq izotretinoinin yağ vəzilərini “sakitləşdirməsi” ilə bağlıdır. Bu dövrdə aqressiv skrablar, spirtli toniklər və güclü turşulu məhsullar qıcıqlanmanı artıra bilər.
3) Günəşə həssaslıq
Bəzi pasiyentlərdə günəşə həssaslıq artır. Açıq havada uzun qalırsınızsa SPF qorunması və fiziki baryer (papaq və s.) praktik addımlardır.
Göz və burunla bağlı yan təsirlər
Quru göz və kontakt linza narahatlığı
Quru göz izotretinoin fonunda tez-tez rast gəlinir. Kontakt linza istifadə edənlərdə batma və qıcıqlanma arta bilər. Süni göz yaşı və gündəlik vərdişlərin uyğunlaşdırılması kömək edə bilər (konkret planı həkim seçir).
Burun quruluğu və burun qanaması
Burun selikli qişasının quruluğu bəzən burun qanaması ilə müşayiət oluna bilər. Ev şəraitində nəmləndirmə və uyğun yerli vasitələr barədə həkim məsləhəti faydalı olur.
Əzələ və oynaq ağrıları, yorğunluq
Bəzi pasiyentlərdə əzələ ağrısı, oynaq ağrısı, yorğunluq və bədən “sərtliyi” hissi yarana bilər. Xüsusilə intensiv idman fonunda artım hiss olunarsa, məşq yükünün tənzimlənməsi və həkimlə müzakirə vacibdir.
İzotretinoin analizlər: nə üçün izlənir?
Roaccutane preparatı sızanaq əleyhinə güclü təsirə malik olsa da ciddi yan təsirlərə də malikdir. Ona görə roaccutane kimi dərmanlar yaxşı bir dəri həkimi tərəfindən göstəriş olduğu təqdirdə təyin edilir. Təyinat öncəsi xəstə xüsusi testlərdən keçirdilir. Roaccutane istifadəsi zamanı həkim pasiyentlərdə qan analizləri ilə nəzarət planı qurur. Ən çox izlənən mövzular: lipidlər (xolesterin/trigliseridlər) və qaraciyər göstəriciləridir. Nə vaxt və nə qədər tez-tez analiz veriləcəyi pasiyentin risk profilinə görə dəyişir.
Xəstənin cinsi, yanaşı gedən xəstəlikləri, əlavə olaraq istifadə etdiyi dərmanları və s. kimi faktorlar nəzərə alınır. Bəzən olur ki, dəri xəstəsi oral izotretinoin dərmanını həkimdən tələb etsə belə əks göstəriş səbəbiylə onu həkim təyin etmir. Uzman dermatoloq onu da əlavə etmişdir ki, bu dərmanı heç bir aptek həkim təyini olmadan verməməlidir və xəstə roaccutane adlı dərmanı öz başında istifadə etməməlidir. Əks təqdirdə xəstənin sağlamlığına və həyatına ciddi təhlükələr yarana bilər.
Praktik qeyd: Əgər analizlərdə dəyişiklik olarsa, bu mütləq “dərmanı dayandırmaq” demək deyil. Həkim dozanı tənzimləyə, nəzarəti sıxlaşdıra və ya əlavə tədbirlər görə bilər.
Əhval dəyişiklikləri və psixoloji təsirlər barədə nə bilmək lazımdır?
İzotretinoinlə əhval dəyişiklikləri barədə illərdir müzakirələr var. Əksər pasiyentlərdə problem olmur, lakin əgər sizdə və ya yaxınlarınızda kəskin əhval enməsi, izah olunmayan əsəbilik, yuxu pozuntusu,özünüzə zərər vermə fikirləri kimi əlamətlər yaranarsa, bunu gecikdirmədən həkiminizlə paylaşın. (Sızanağın özü də psixoloji yük yarada bildiyi üçün hər iki tərəf nəzərə alınmalıdır.)
Nə zaman dərhal həkimə müraciət etməlisiniz?
- Hamiləlik şübhəsi və ya kontrasepsiya ilə bağlı problem
- Şiddətli baş ağrısı, görmədə dəyişiklik, huş bulanıqlığı kimi qeyri-adi ağır simptomlar
- Şiddətli allergik reaksiya əlamətləri (üz/dodaq şişməsi, nəfəs darlığı və s.)
- Aydın səbəbsiz kəskin əhval enməsi və ya özünə zərər vermə düşüncələri
“Sızanağın tam müalicəsi mümkündür ?” deyə dermatoloq Mehdi İskəndərli tez-tez suallar ünvanlanır və cavab olaraq bildirir ki, akne xəstəliyinin tam müalicəsi və profilaktikasını vəd edən metodlar mövcuddur. Dermatoloq qeyd edir ki, roaccutane adı ilə məşhur olan oral izotretinoin preparatı ilə sızanaq xəstəliyinin tam müalicəsi mümkündür.
Quruluğu azaltmaq üçün praktik gündəlik plan
Səhər
- Yumşaq təmizləyici (qıcıqlandırmayan)
- Nəmləndirici
- SPF (günəş qoruyucu)
- Dodaq balzamı
Axşam
- Yumşaq təmizləmə
- Bərpaedici/ceramide tərkibli nəmləndirmə (həkiminiz uyğun görərsə)
- Dodaq balzamı (qalın təbəqə)
Qadağan kimi qəbul edin: skrab, sərt pilinq, spirtli toniklər, özbaşına “güclü” turşular və qıcıqlandırıcı kombinasiyalar.
Nə əlavə etmək olar sualını dermatoloqla planlayın.
Roaccutane haqqında ümumi bələdçi:
Roaccutane dərmanı haqqında hər şey
|
Sızanaq bələdçisi:
Sızanaq xəstəliyi haqqında hər şey
Tez-tez verilən suallar
1) Roaccutane yan təsirləri hamıda olur?
Ən çox rast gəlinənlər (dodaq/dəri quruluğu, quru göz) bir çox pasiyentdə olur, amma şiddəti fərqlənir. Həkim doza və dəstək tədbirləri ilə idarə edir.
2) Roaccutane quru dodaq edirsə nə etməliyəm?
Gündə bir neçə dəfə dodaq balzamı istifadə edin. Çatlar və ağrı artarsa, həkiminiz bərpaedici vasitə və ya əlavə tədbir tövsiyə edə bilər.
3) İzotretinoin analizlər mütləqdirmi?
Nəzarət pasiyentin risk profilindən asılıdır. Həkim lipidlər və qaraciyər göstəriciləri kimi parametrləri izləməyi planlaşdıra bilər.
4) Roaccutane hamiləlikdə niyə qadağandır?
İzotretinoin döl üçün ciddi risk daşıyır. Hamilə qalma ehtimalı olan pasiyentlər kontrasepsiya və təhlükəsizlik protokolunu mütləq həkimlə müzakirə etməlidir.
5) Quru göz olduqda nə etməliyəm?
Kontakt linza narahatlığı və batma hissi ola bilər. Süni göz yaşı və gündəlik vərdişlərin tənzimlənməsi kömək edə bilər; davamlı şikayətdə həkimə məlumat verin.
Yekun
Yekunda peşəkar dəri həkimi Mehdi İskəndərli söyləmişdir ki, sızanaq xəstələri oral izotretinoin dərmanından ehtiyat etməlidirlər lakin, əgər uzman həkim göstərişə uyğun bu dərmanı akne xəstəliyi problemi olanlara təyin edərsə o zaman rahat şəkildə qəbul etmək olar.
