Pediatrik dermatologiya dəri və zöhrəvi xəstəlikləri sahəsinin önəmli bir parçasıdır. Dermatoloqlar hər yaşda olan insanların dəri xəstəliklərinin diaqnoz, müalicə və profilaktikası ilə məşquldurlar. O cümlədən pediatrik populasiyanın dəri, selikli qişa, dırnaq və saç problemlərinin həllində yaxından iştirak edirlər. Cünki, pediatrik populasiyanın neonatal dönəmdən tutmuş yeniyetməlik dövrünə qədər müddətdə dəridə müxtəlif çeşiddə dermatoloji problemlər yarana bilər. Onların bir qismi pediatrik mərhələnin müvəqqəti xəstəlikləridirlər. Yəni, uşaq böyüdükdən sonra bir daha təkrarlamır. Bəzi dəri xəstəlikləri isə irsi xarakterdə və ya xroniki olduğu üçün əlamətlər ömrünün sonuna qədər davam edir. Bu baxımdan uşaqlarda yaranan qızartı, qaşıntı, qabarma, qabarcıqlar, suluqlar, axıntı, ləkələr, saç tökülməsi, törəmələr, xallar və s. yaranarsa onlara qarşı biganə qalmamaq lazımdır, vaxtında dermatoveneroloqa müraciət etmək lazımdır. Bəzi dəri xəstəliklərinin diaqnostikası zamanı uşağın dərisindən biopsiya da götürülə bilər. Pediatrik dermatologiya sahəsinin əsas predmeti yuxarıda sadalanan uşaq dəri xəstəliklərinin müalicəsi, diaqnostikası və profilaktikasını təşkil etməkdir.
Diaqnoz dəqiqləşəndən sonra həkim xəstəyə ömür boyu tədbiq etməli olacaq müalicə və profilaktik tədbirlər planı təyin edə bilər. Dəriyə tədbiq etmək üçün təyin edilən nəmləndiricilər müvəqqəti xarakterdə ola biləcəyi kimi, ömürlük sürtülməsi də məsləhət edilə bilər. Pediatrik dəri xəstəlikləri bəzən sindromik xarakter daşıya bilər. Yəni, ilkin əlamətlər dəridə müxtəlif formalı səpgi, ləkə, törəmə və s. şəklində başlayıb zamanla daxili orqanlarda patoloji halların meydana gəlməsi ilə nəticələnə bilər. Belə olan halda xəstədə multidisspilinar vəziyyət yarandığı üçün pasiyent həm dermatoloq, həm pediatr, həm də uşaq cərrahı tərəfindən nəzarətə götürülə bilə və müvafiq müalicələr aparıla bilər. Belə olan halda pediatr xəstəni dermatoloqa məsləhətləşmələr üçün istiqamətləndirə bilər. Eyni zamanda dermatoveneroloq pasiyenti əlavə məsləhətləşmələr üçün xəstəni pediatra və uşaq cərrahına yönəldə bilər. Dəri xəstəliklərinin müalicəsi zamanı dermatoloji proseduralar da istifadə edilir. O cümlədə uşaq dəri xəstəliklərinin müalicəsi zamanı prosedurlar icra edilə bilər. Məsələn molluskumun müalicəsi, ziyillərin yandırılması zamanı tez-tez krioterapiya üsulundan uşaqlarda da istifadə edilir.
DERMATOLOGİYA
İŞ SAATLARI
BAZAR.E | 10:00-15:00 | Randevu al |
ÇƏRŞƏNBƏ.A | 10:00-15:00 | Randevu al |
ÇƏRŞƏNBƏ | 10:00-15:00 | Randevu al |
CÜMƏ.A | 10:00-15:00 | Randevu al |
CÜMƏ | 10:00-15:00 | Randevu al |
ŞƏNBƏ | 10:00-15:00 | Randevu al |
ƏLAQƏ MƏLUMATLARI
ÜMUMİ PEDİATRİK DERMATOLOGİYA İLƏ BAĞLI DAHA ÇOX ÖYRƏN
Üzdə ağ ləkələr səbəbi nədir ?
Üzdə ağ ləkələr şikayəti ilə Kutanoz Klinikaya tez-tez randevular alınır. Üzdə ağ ləkə verən dəri xəstəlikləri çoxdur. Hər yaşda üzün ağ ləkələri probleminə rast gəlmək
Uşaqlarda dəmrov xəstəliyi
Uşaqlarda dəmrov xəstəliyi valideynləri narahat edən və dermatoloqa gətirən dəri problemlərindən biridir. Pediatrik dermatologiya sahəsinin problemi
Qasıqda qaşıntı səbəbi nədir ?
Qasıqda qaşıntı səbəbi ilə klinikamıza tez-tez randevu alınır. Qasıqda qaşıntılı qızartılar səbəbi ilə müraciət edənlər hər yaşda ola bilər. Pediatrik qrupdan tutmuş ahıl yaşında