Pediatrik dəri xəstəlikləri dermatoloq tərəfindən müayinəsi, müalicəsi və profilaktikası aparılır. Bəzi pediatrik dəri problemləri ana bətnində ikən meydana gəldiyi halda, bəzi pediatrik dəri xəstəliklər isə uşaq dünyaya gəldikdən günlər, aylar, illər sonra ortaya çıxır. Bu xəstəliklərin bir çoxusu dərinin müvəqqəti xəstəlikləridir. Müalicəsi üçün dərmanalara belə ehtiyaç qalmır. Fəqət, bəzi pediatrik dəri xəstəlikləri vardır ki, onlar irsi olduğu üçün daimidirlər və zaman keçdikçə proqressivləşirlər. Genodermatoz olaraq bilinen bu xəstəliklərin erkən uşaqlıq dönəmində diaqnozu çox önəmlidir. Çünki, genetik dəri xəstəlikləri pediatrik xəstələr böyüdükçə sistem xarakteri daşıyır və fəsadlarla ağırlaşır. Bu səbəblə genetik dəri xəstəlikləri erkən vaxtlarda aşkar edilərsə və dermatoloq nəzarətində olarsa fəsadlar ağırlaşmadan aradan qaldırıla bilər.
Uşaqlarda ən sıx görülən uşaq pediatrik dəri xəstəlikləri infeksioz mənşəli olanlardır. Bakterial, viral və parazitar dermatozlar ilə klinikamıza tez-tez müraciət edilir. Bakterial dermatozlar əsasən dəridə qabıqlanma, suluqlanma və yaralar verir. Parazitar infeksiyalar isə uşaqlarda qaşıntı və qızartı problemi verə bilər. Gecə artan qaşıntı şikayətləri bir çox hallarda dərinin parazitar invaziyaları ilə əlaqəli olur. Virus mənşəli dəri xəstəlikləri isə geniş spektrumlara malikdir. Bəzi viral dəri xəstəlikləri uşaqlarda ziyil, papilloma, molluskum kimi törəmələr yarada bilər. Bəzi virus infeksiyaları isə uşaqlarda dəridə qabıqlı qaşıntılı qızartılar verə bilər.
Uşaqlarda saçlarda qabıqlanma və qaşıntı şikayəti bir çox hallarda psoriaz xəstəliyi ilə əlaqəli olur. Uşaqlarda psoriaz sadəcə saçlarda qabıqlanma və qaşıntı ilə özünü göstərmir. Bir çox pediatrik qrupda bədəndə damcıvari qabıqlı qızartılar şəklində özünü göstərə bilər. Dermatoloq Mehdi İskəndərli onu da qeyd edir ki, uşaq dəri xəstəlikləri bir-birinə bəznədiyi üçün bir çox dəri həkimi yanlış diaqnoz qoya bilirlər. Məsələn, uşaq dərisində qabıqlı qızartılar dermatit xəstəliyi ilə əlaqəli olduğu halda xəstəyə pullu dəmrov diaqnozu və ya psoriaz xəstəliyi diaqnozu verilir. Bu cür hallarla qarşılaşmamaq üçün dəri həkimi Mehdi İskəndərli 100%-lik dəqiq diaqnostika üçün xəstələrə bəzi hallarda dəri biopsiyası təyin edir. Cünki, dəqiqləşmiş diaqnoz uğurlu müalicənin şərtidir