Onlayn dermatoloq müayinəsi (Teledermatologiya): teledermatoloq konsultasiyası, qaydalar, hazırlıq və hansı hallarda mütləq canlı baxış lazımdır
Onlayn dermatoloq müayinəsi (teledermatologiya, telesəhiyyə) — dəri, saç və dırnaq problemləri zamanı teledermatoloq ilə məsafədən konsultasiya formatıdır. Bu yanaşma xüsusən vaxt çatışmazlığı, başqa şəhərdə olma, təkrar nəzarət və ilkin müdaxilə üçün çox faydalıdır. Dermatologiyanın yeni xidmət formasıdır.
Qeyd: Bu səhifə maarifləndirici məqsədlidir və təcili tibbi yardımın yerini tutmur.
Mündəricat
- Teledermatologiya nədir?
- Onlayn dermatoloq konsultasiyasının üstünlükləri
- Hansı problemlərə uyğundur?
- Hansı hallarda onlayn müayinə uyğun deyil?
- Onlayn müayinə üçün 10 əsas hazırlıq qaydası
- Düzgün şəkil/video necə çəkilməlidir?
- Müayinə prosesi necə gedir?
- Məxfilik və məlumat təhlükəsizliyi
- Tez-tez verilən suallar (TVS)
Teledermatologiya nədir?
Teledermatologiya — dermatoloji problemlərin uzaq məsafədən qiymətləndirilməsi və idarə olunmasıdır. Praktikada bu, adətən aşağıdakı formatlardan biri ilə edilir:
- Canlı video konsultasiya (real-time teledermatoloq baxışı)
- Canlı səsli konsultasiya
- Şəkil əsaslı qiymətləndirmə (əvvəl şəkil göndərilir, sonra rəy verilir)
- Kombinə (şəkil + qısa video + zəng)
Onlayn dermatoloq müayinəsinin üstünlükləri
- Vaxta qənaət: yol və növbə yoxdur
- Operativ müdaxilə: təcili canlı baxış lazımdırmı, yoxsa planlı müalicə mümkündürmü
- Təkrar nəzarət: müalicə fonunda nəticənin izlənməsi (xüsusən sızanaq, ekzema, seboreya və s.)
- Region/ölkə fərqi olmadan çıxış: şəhərdən kənar pasiyentlər üçün
Onlayn baxılan dəri xəstəlikləri
Bir çox dəri xəstəliklərinin müalicəsi onlayn qaydada mümkündür. Onlayn dermatoloq konsultasiyası ən çox aşağıdakı mövzularda faydalı olur:
- Sızanaq (akne), ləkələr, postakne izləri (ilkin plan + nəzarət)
- Dermatit/ekzema, allergik səpgilər, qaşınma
- Psoriaz (seçilmiş hallarda izləm və müalicə korreksiyası)
- Saç tökülməsi (anamnez + analiz siyahısı + başlanğıc plan; trixologiya istiqaməti)
- Dırnaq problemləri (saralma, qalınlaşma, göbələk şübhəsi və s.)
- Herpes, bəzi zöhrəvi problemlərdə (məxfi konsultasiya + yönləndirmə; lazım olduqda testlər)
- Uşaq dəri xəstəlikləri ( bişməcə, qaşınma, səpgilər)
- Ağız boşluğu selikli qişa ilə bağlı seçilmiş şikayətlər (yara, afta və s. – ilkin qiymətləndirmə)
Çətin olan onlayn dəri xəstəlikləri müayinəsi
Aşağıdakı hallarda mütləq canlı müayinə və ya təcili yardım daha doğrudur:
- Şübhəli xal/törəmə: sürətlə böyüyən, qanayan, rəngi/şəkli dəyişən xal (dermatoskopiya tələb oluna bilər)
- Geniş yayılmış və ağır vəziyyət: yüksək hərarət + yayılmış səpgilər, vəziyyətin sürətlə pisləşməsi
- Şiddətli allergik reaksiya əlamətləri: nəfəs darlığı, üz-dodaq şişməsi
- Dərin irinli infeksiya şübhəsi, güclü ağrı, sürətlə artan qızartı/şişkinlik
- Cərrahi müdaxilə tələb edən hallar (abses, böyük kista və s.)
Lakin, istənilən dermatoloji problem haqqında ilkin təsəvvür əldə etmək üçün və dermatoloqun birincili müdaxilələri üçün onlayn dermatoloq müalicəsi çox faydalıdır və lazımdır.
Onlayn müayinə üçün 10 əsas hazırlıq qaydası
- Şikayətin müddətini qeyd edin: nə vaxt başladı, necə dəyişdi?
- Əlamətləri yazın: qaşınma, ağrı, yanma, qanama, qabıqlanma və s.
- Tetikləyiciləri xatırlayın: yeni kosmetika, dərman, qida, stress, günəş, soyuq, hovuz, heyvan təması
- Əvvəlki müalicələri və reaksiyanı yazın (nə kömək etdi, nə etmədi)
- Allergiya və xroniki xəstəlikləri qeyd edin
- Hazırda istifadə etdiyiniz dərmanlar (daxili və yerli) siyahı şəklində
- Hamiləlik/əmizdirmə varsa mütləq bildirin
- Keyfiyyətli fotoşəkillər hazırlayın (aşağıdakı qaydaya uyğun)
- Əgər saçdırsa: 2–3 gün yuyulmamış vəziyyətdə də əlavə foto faydalı ola bilər
- Əgər dırnaqdırsa: bütün dırnaqları ümumi göstərən şəkil + problemli dırnağın yaxın planı
Telesəhiyyədə şəkil və video ilə müayinə
- İşıq: gün işığına yaxın, sarı lampasız; flaş mümkün qədər az
- Fokus: şəkil bulanıq olmamalıdır
- 3 bucaq: uzaq (bədənin yerləşməsi görünsün), orta, yaxın plan
- Ölçü: yaxın planda xətkeş və ya sikkə ilə müqayisə (mümkünsə)
- Meykap/krem olmadan: səpginin üzərinə krem çəkib şəkil çəkməyin (mümkünsə)
- Video: qısa 5–10 saniyəlik video bəzən tekstur və qabıqlanmanı daha yaxşı göstərir
Onlayn dermatoloq müayinəsi və təşkili
- Müraciət və qeydiyyat: şikayət, müddət, əlavə məlumatlar
- Materialların göndərilməsi: foto/video + əvvəlki analizlər (varsa)
- Teledermatoloq konsultasiyası: sual-cavab, risk qiymətləndirməsi
- İlkin rəy və plan: müalicə, qulluq, həyat tərzi tövsiyələri
- Test və ya canlı baxış yönləndirməsi: lazım olduqda analiz/dermatoskopiya/biopsiya və s.
- Nəzarət: 7–14 gün və ya fərdi müddətdə təkrar qiymətləndirmə
Məxfilik və məlumat təhlükəsizliyi
- Şəkillər və tibbi məlumatlar məxfi hesab olunur
- Paylaşım zamanı pasiyentlər tanınmaz hala salınır
- Məlumat göndərişini təhlükəsiz vasitələr o cümlədən vatsap üzərindən müayinə daha etibarlı ola bilər.
Tez-tez verilən suallar (TVS)
Onlayn dermatoloq müayinəsi ilə diaqnoz və müalicə kifayət edirmi?
Bəzi hallarda (məs., tipik sızanaq, atopik ekzema, yüngül dermatit) ilkin diaqnostika və onlayn müalicə mümkündür. Lakin şübhəli törəmələrdə dermatoskopiya və ya biopsiya lazım ola bilər.
Teledermatologiya hansı üstünlükləri verir?
Vaxta qənaət, ilkin müdaxilə, təkrar nəzarət, regiondan asılı olmadan konsultasiya imkanı.
Hansı hallarda mütləq klinikaya gəlməliyəm?
Dermatoonkoloji xidmətlər zamanı xüsusən şübhəli xal, qanayan və böyüyən törəmə, ağrılı səpgilər, infeksiya əlamətləri, sürətli pisləşmə və təcili vəziyyətlərdə.
Foto göndərmək məcburidirmi?
Əksər dermatoloji problemlər vizual qiymətləndirməyə bağlı olduğu üçün foto/video diaqnostik dəqiqliyi yüksəldir.
Qəbul üçün yazıl
Onlayn dermatoloq müayinəsi üçün uzman dr. Mehdi İskəndərliyə müraciət edə bilərsiniz:
- Randevu: Onlayn qeydiyyat
- WhatsApp: +994514446644
XİDMƏTLƏR
İŞ SAATLARI
| BAZAR.E | 10:00-15:00 | Randevu al |
| ÇƏRŞƏNBƏ.A | 10:00-15:00 | Randevu al |
| ÇƏRŞƏNBƏ | 10:00-15:00 | Randevu al |
| CÜMƏ.A | 10:00-15:00 | Randevu al |
| CÜMƏ | 10:00-15:00 | Randevu al |
| ŞƏNBƏ | 10:00-15:00 | Randevu al |
ƏLAQƏ MƏLUMATLARI
ONLAYN DERMATOLOQ MÜAYİNƏSİ İLƏ BAĞLI DAHA ÇOX ÖYRƏN

Dəri xərçəngi nədir ?
Dəri xərçəngi dərinin onkoloji problemi hesab edilir. Hər bir orqan və sistemin bədxassəli

Onkodermatoloq kimdir ?
Onkodermatoloq kimdir sualı ilə tez-tez müraciətlər olunur. Dermatoonkoloq və ya onkodermatoloq dəri xərçəngi və xərçəngönü dəri xəstəlikləri

Krioterapiya nədir ? Maye azot nədir ?
Krioterapiya nədir sualı ilə randevu alıb müraciət edən dəri xəstələri tərəfindən tez-tez verilir. Krio yunan mənşəli kryos




