Mehdi doktor sızanaq müalicəsi zamanı hansı üsullardan istifadə edir ?

mehdi doktor

mehdi doktor

mehdi doktor

mehdi doktor

”Mehdi doktor sızanaq müalicəsi zamanı hansı metodlardan istifadə edir” sualı tez-tez verilir. Ümumiyyətlə sızanaq xəstəliyinin müalicəsi zamanı hər bir ixtisaslaşmış dəri həkimi ümumdünya səhiyyə təşkilatının və dermatologiya cəmiyyətlərinin tövsiyyə etdiyi protokollara uyğun aparmalıdır. Dermatologiya uzmanı doktor Mehdi də akne xəstəliyinin müalicəsi zamanı ənənəvi sübuta dayanmış tibb sisteminin tövsiyyə etdiyi metodlara müraciət edir. Təəssüf ki, ölkəmizdə bir çox dermatoloji mərkəzlərdə akne müalicəsi zamanı heç bir yerdə görülməmiş üsul və metodlara müraciət edilir. Mehdi həkim vurğulayır ki, bir çox mərkəzlərdə sızanağın səbəbi haqqında təsəvvürlər xətalı olduğu üçün müalicə üsulları da müvafiq olaraq düzgün seçilmir. Sızanaqların qurdla əlaqəsi olduğunu düşünərək bir çox həkimlər xəstələrə antiparazitar müalicələr təyin edirlər. Sızanaqların bağırsağın parazitar invaziyaları ilə əlaqəsi olmadığı üçün bu cür metodlara ehtiyac duyulmur. Dr. Mehdi bundan əlavə söyləyir ki, sızanaqların müalicəsində bağırsaq yuma hadisəsinin plasebodan başqa faydası ola bilməz. Sızanaqlardan ötürü zond udularaq endoskopik müayinələrə ehtiyac duyulmur. Sızanaq sırf dəri xəstəliyidir, müalicəsiylə dermatoloq məşquldur.

Mehdi doktor sızanaq müalicəsi adı ilə ozonoterpiya, lazerterapiya, plazmofarez, naməlum tərkibli sistemlərin vurulmasının çivzələrin müalicəsi üçün faydasız olduğunu vurğulayır. Bəzən sızanaqların yaranmasında gənə və ya demodeks parazitinin rolu olduğunu düşünərək bəzi mərkəzlərdə həm yerli, həm də xaricə gənə müalicəsi təyin edilir. Adi sızanaqların yaranmasında gənələri rolu olmadığı üçün bu cür müalicələr tövsiyyə edilmir. Mehdi doktor qeyd edir ki, adi sızanaqların müalicəsi zamanı əsasən yerli və daxilə antibioterpiya aparılmalıdır. Aknenin antibiotik müalicəsi də dermatologiya cəmiyyətlərinin tövsiyyəsinə uyğun aparılmalıdır. Mehdi həkim əlavə edir ki, vulqar akne müalicəsi zamanı keratolitiklərdən də tez-tez istifadə edilməlidir. Soydaşlarımızın roaccutane olaraq tanıdığı izotretinoin dərmanı da həm yerli, həm də xaricə verilə bilər. Roaccutane dərmanı hətta sızanaqlardan birdəfəlik qurtulmağı da vəd edən bir preparatdır. Lakin, doktor Mehdi İskəndərli onu da vurğulayır ki,  oral izotretinoin dərmanı ciddi yan təsirlərindən dolayı yalnız təcrübəli dermatoloq tərəfindən təyin və nəzarət edilməlidir. Aknedə dieta mühüm yerə malikdir. Doktor Mehdi xəstələrə dieta da verir. 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Dermatoloq Mehdi İskəndərli Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Türkiyə, Ege Universitetinde rezidentura keçmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi kimi elmi məqalələri pubmed platformasında dərc edilmişdir, ölkəmizdə ilk dəfə meymunçiçəyi xəstəliyini aşkar etmişdir, Avropa Dermatovenerologiya Akademiyasının (EADV) üzvüdür.

2 Responses

    1. Şikayətlərini düzəlmirsə müraciət edə bilərsiz. Səbəbləri aşkar edəndən sonra müvafiq müalicələr təyin edilər sizə. Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, 🌐: https://mehdiiskandarli.com Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur 🍃🌺☘️

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir