Hidroksixloroxin dərmanı nə üçün istifadə edilir ?

Hidroksixloroxin-dərmanı.jpg

Hidroksixloroxin dərmanı ilk dəfə malyariya xəstəliyi əleyhinə istifadə edilməyə başlanılsa da ikinci dünya müahribəsi zamanı dərmanın başqa müsbət təsirlərə malik olduğu müşahidə edilmişdir. 1955-ci ildə FDA hidroksixloroxin dərmanını revmatoid artrit, qırmızı qurd eşənəyi və ya lupus xəstəliyinin müalicəsə üçün təsdiqləmişdir. Lakin, bu dərman sadəcə revmatoloji deyil, bir sıra dermatoloji xətəliklərin müalicəsində uğurla istifadə edilir. Dermatoloq Mehdi İskəndərli onu də əlavə etmişdir ki, antimalyariyal təsirdən savayı hidroksixlorokin dərmanı aşağıdakı müsbət təsirlərə malikdir:

Hidroksixloroxin dərmanı immun hüceyrələrdən sayılan leykositlərin aktivliyini aşağa salaraq iltihab əleyhinə təsir göstərir. İmmunomoduyator təsirindən dolayı avtoimmun revmatizmal xəstəliklərdə istifadə edilir. Sadəcə lupus xəstəliyi, revmatoit artritdə deyil, eyni zamanda dermatomiozit, sklerodermia kimi sistem xəstəliklərin müalicəsində istifadə edilir. Bir sıra avtoimmun mənşəli dəri xəstəlikləri bu dərmandan fayda görür.

Antiaqreqant təsirə malikdir. Yəni qan laxtalanmasından məsul olan trombositlərin bir birinə yapışmasını əngəlləyərək tromboz əleyhinə təsirə   malikdir. Avtoimmun mənşəli damar xəstəliklərində xüsusən, vaskulopati, vaskulit, Buerger xəstəliyi və digər trombofiliya hallarında antitromboz bir dərman kimi uğurla istifadə edilir.

Günəşin ultrabənövşəyi şüalarında (UV) qoruma xüsusiyyəti vardır. Beləki, bəzi dəri xəstəlikləri günəşlə tətikləndiyi üçün günəşdən qoruyucu kimi hidroksixloroxin dərmanı tez-tez istifadə edilir. Qırmızı qurd eşənəyi xəstəliyi bu dərmandan fayda görən ən önəmli dəri xəstəliyidir. Fotoprotektiv xüsusiyyətindən dolayı fotosensitivlik problemi olanlarda istifadəsi mümkündür.

Son elmi araşdırmalar onu göstərir ki, hidroksixloroxin antineoplastik təsirə malikdir. Şiş hüceyrələrinin çoxalmasını əngəlləyərək kanserdən qoruyucu təsirə malikdir.

Uzun müddət xinin qəbul edən metabolik sindromu olan revmatoid artrit və lupus xəstələri müayinələrində müşahidə edilmişdir ki, diabet xəstələrinin həm qan şəkər miqdarında, həm də lipid profilində azalma və normallaşma mövcuddur.

Kininlərin antimikrobial təsirini isə malyariya paraziti əleyhinə müalicələr sübut etmişdir. Lakin, sonrakı araşdırmalar hidroksixloroxin preparatı Q qızdırması, HIV  infeksiyasında müsbət təsirə malik olduğu aşkarlanmıdır. HIV-in çoxalmasını əngəlləyir.

Hal hazırki koronavirus pandemiyası sırasında xininlərin antimikrobial özəlliklərinə güvənilərək xüsusən hidroksixloroxin dərmanı COVID-19 xəstələri üçün verilmişdir və xəstələrdə düzəlmə müşahidə edilmişdir. Xininlər koronavirusların hüceyrəyə daxil olmasını əngəlləyərək çoxalmasına mane olur, eyni zamanda törətdiyi şiddətli iltihabir reaksiyanı əngəlləyir. FDA təsdiqi olmasa da bir çox ölkələrdə COVID-19 xəstəliyi əleyhinə istifadə edilir. Bu dərman koronavirus xəstələri üçün nəzərdə tutulub. Sağlam insanların virusdan qorunmaq məqsədi ilə istifadəsi tövsiyyə edilmir.

Dermatoloq onu da əlavə edir ki, bu dərmanın ciddi yan təsirləri də vardır. Həkim təyinatı olmadan istifadəsi qadağandır. Ən ciddi yan təsir retinopatiya problemidir. Əgər düzgün istifadə edilməsə xəstədə korluq problemi yarana bilər. Qlukoza 6 fosfat dehidrogenaza enizimində qüsuru olanlara verilməməlidir. Psoriaz və ya pullu dəmrov xəstəliyi olanlara əks göstərişdir. Cünki, kininlər psoriazı provokasiya edərək artıra bilər. Sümük iliyi supresiyasına bağlı müxtəlif qan xəstəlikləri xüsusən aqranulositoz, leykopeniya, trombositopenia, anemia və s. meydana gələ bilər. Siqaret çəkmək bu dərmanın terapevtik təsirlərini azaldır. Odur ki, bu dərmanı atanlar siqareti buraxmalıdırlar. Peşəkar dəri həkimi Mehdi İskəndərli sonda vurğulamışdır ki, bu dərmanı uzun müddət həkim nəzarəti olmadan istifadəsi dəri və selikli qişalarda düzəlməyən hiperpiqmentasiya problemi və kardiomiopatiya dediyimiz ürək xəstəlikləri də yarada bilər.

 

 

 

dermatoloq mehdi iskəndərli

Uzm. Dr. Mehdi İskəndərli

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.


Şərh Bildir

E-mail adresiniz yayımlanmayacaq. Lazımı sahələr * işarəsi ilə qeyd olunub.




ŞƏFANIZI BİZDƏ TAPIN





ŞƏFANIZI BİZDƏ TAPIN